Həsən Həsənov: Atropatena ölkəsinin yaranması haqqında dəqiq məlumatı Strabon deyil, Ammian Marsellin verir


Digərləri 19 Yan 2026 16:08:00 67 0

Həsən Həsənov: Atropatena ölkəsinin yaranması haqqında dəqiq məlumatı Strabon deyil, Ammian Marsellin verir

Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş iclasda çıxış edən Prezident İlham Əliyev milli tarix elminin problemləri üzərində xüsusilə dayanmışdır.

O, konkret olaraq qeyd etmişdir: "Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər. Onlar bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın yaratmaq və qurmaq bacarığı əsrlərin dərinliklərinə gedib çıxır."

Bu vəzifə kontekstində Atropatena adlı ölkənin yaranmasının dəqiq vaxtının və tarixi şəraitinin müəyyənləşdirilməsi ən mühüm elmi problemlərdən biridir.

Antik mənbələrdə Atropatena adlı ölkənin yaranma dövrünün tədqiqatçıları tərəfindən qəbul edilən iki fərqli məlumat mövcuddur. Əksər tədqiqatçılar üçün əsas mənbə olaraq Strabonun Makedoniyalı İsgəndərin imperiyasının süqutu dövrünü təsvir edən məlumatdır, digəri isə Ammian Marsellinin Atropatenanın yaranmasını birmənalı şəkildə Assuriya imperiyasının süqutu dövrünə aid edən məlumatıdır.

Bu iki məlumat üzərində daha ətraflı dayanmaq istərdik.

Strabon yazır: Atropatiya Midiyası; öz adını sərkərdə Atropatdan almışdır. O, Böyük Midiyanın bir hissəsi olan bu ölkənin makedoniyalılara tabe olmasına yol vermədi. Həqiqətən də, kral elan edilən Atropat bu ölkəni öz qərarı ilə müstəqil etdi və bu günə qədər hakimiyyət onun nəslində irsi olaraq qalmaqdadır" (Strabon, Coğrafiya, XI, XIII, 1).

Tədqiqatçıların əksəriyyəti hesab edir ki, burada yeni bir dövlətin yaradılmasından bəhs olunur və bu dövlət öz yaradıcısının şərəfinə Atropatena adlandırılmışdır.

Bəs doğrudanmı belədir?

Strabonun məlumatının ənənəvi tarixşünaslıq yozumu belə bir fərziyyəyə əsaslanır ki, Atropatena Makedoniyalı İsgəndərin imperiyasının süqutundan sonra Atropatın siyasi fəaliyyəti nəticəsində yeni dövlət kimi yaranmışdır. Lakin Strabonun mətninin bu cür yozumu metodoloji baxımdan zəifdir və onun ifadələrindən birbaşa irəli gəlmir.

Əvvəla, Strabonun məlumatında yeni bir dövlətin təsis olunmasına dair birbaşa göstərişi yoxdur. Strabonun əsas ifadəsi - "bu ölkəni öz qərarı ilə müstəqil etdi" (ἐποίησεν αὐτόνομον τὴν χώραν) - yeni bir qurumun yaradılmasını deyil, artıq mövcud olan ərazinin siyasi-hüquqi statusunun dəyişdirilməsini nəzərdə tutur. Antik siyasi terminologiyada "müstəqil etmək" anlayışı əvvəllər xarici hakimiyyət altında olmuş ərazilərə tətbiq olunur, yeni yaradılan dövlətlərə deyil.

Bundan əlavə, Strabon yeni bir siyasi qurumun formalaşmasından deyil, Atropatın "bu ölkənin Böyük Midiyanın bir hissəsi kimi makedoniyalılara tabe olmasına yol verməməsindən" bəhs edir. Bu ifadə ex nihilo, yəni "heç nədən" yaranmanı deyil, ərazi və etnosiyasi subyektin davamlılığını göstərir. Əgər yeni dövlətin yaradılmasından söhbət getsəydi, Strabon digər hallarda olduğu kimi κτίζειν, συνιστάναι (yaratmaq, təsis etmək) terminlərindən istifadə edərdi ki, bu mətndə belə terminlər yoxdur.

Strabonun "Atropatiya Midiyası öz adını Atropatdan almışdır" fikrinə də xüsusi diqqət yetirilməlidir. Müasir ənənəvi tarixşünaslıq bunu ölkənin adının onun banisinin şərəfinə verilməsi kimi izah edir. Halbuki bu, antik onomastikanın xüsusiyyətlərini nəzərə almayan retrospektiv şərhdir. Antik mənbələrdə hökmdarın adı ilə ölkənin adının üst-üstə düşməsi çox vaxt adlandırma aktının nəticəsi deyil, sülalə və ya titul ənənəsinin məhsulu olurdu.

Bu nəticə Roma tarixçisi Kvint Kurtsi Rufun məlumatı ilə dolayı yolla təsdiqlənir. O yazır ki, Atropat Midiya satrapı təyin olunmazdan əvvəl Arsak adını daşıyırdı. Bu fakt Atropat adının şəxsi ad deyil, əvvəlcədən mövcud olan ölkənin adından törəmiş sülalə titulu ola biləcəyini göstərir. Bu halda Strabonun məlumatı advermə aktı deyil, hökmdarın adı ilə regionun adının uyğunluğunun qeydidir.

Beləliklə, Strabonun mətninin Atropatenanın "yaradılması" barədə mənbə kimi təqdim edilməsi səhvdir və əslində onun məzmununun sərhədlərini aşan genişləndirici şərhdir.

Strabonun məlumatı Atropatenanın diadoxlar dövründə (İsgəndərin varisləri) yaranmasını təsdiqləmir; əksinə, detallı təhlil göstərir ki, Strabon daha əvvəl mövcud olmuş dövlətçiliyin bərpasını təsvir edir. Buna görə də onun şahidliyi IV əsr Roma tarixçisi Ammian Marsellin və digər mənbələrin təsdiqlədiyi Atropatenanın daha erkən yaranmsına qarşı arqument sayıla bilməz.

Ammian Marsellin (IV əsr) yazır:"Sol tərəfdə Girkaniya (Xəzər) dənizi ilə həmsərhəd olan Midiya uzanır. Kitablarda oxunduğu kimi, Böyük Kirin hakimiyyətindən və Persiyanın yüksəlişindən əvvəl bu ölkə assurları məğlub etdikdən sonra bütün Asiyanın hökmranı olmuşdur; silah gücü ilə alınmış onların bir çox vilayətləri ümumi olaraq Atropatena adlandırılmışdır". (Ammian, XXIII, 6, 27).

Niyə 19 yanvar ilin ən pis günü hesab edilir? like
  • 19 Yan 16:00  
Digərləri Niyə 19 yanvar ilin ən pis günü hesab edilir?

Yanvar ayının 19-u "ilin ən depressiv günü" hesab edilir.

arrow Ətraflı
Tanınmış aparıcı həbs edildi like
  • 19 Yan 15:55  
Şou-biznes Tanınmış aparıcı həbs edildi

Türkiyəli aparıcı Esra Ezmeci 10 ay müddətinə həbs cəzasına məhkum ed

arrow Ətraflı
Röya: "Mənə görə evini 3 dəfə banka qoyub, KREDİT GÖTÜRÜB" like
  • 19 Yan 15:50  
Şou-biznes Röya: "Mənə görə evini 3 dəfə banka qoyub, KREDİT GÖTÜRÜB"

Xalq artisti Röya Ayxan mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı il

arrow Ətraflı
Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib like
  • 19 Yan 15:49  
Digərləri Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi

arrow Ətraflı
Bakıda oğurluq edən qardaşlar like
  • 19 Yan 15:21  
Kriminal Bakıda oğurluq edən qardaşlar

Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Bel�

arrow Ətraflı
Çovğun olacaq, yollar buz bağlayacaq like
  • 19 Yan 15:16  
Digərləri Çovğun olacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək

arrow Ətraflı
İqbal Ağazadənin kabinetində əməliyyat keçirilib?  AÇIQLAMA like
  • 19 Yan 15:14  
Digərləri İqbal Ağazadənin kabinetində əməliyyat keçirilib? AÇIQLAMA

Bu gün mediada hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qər

arrow Ətraflı
Prezident və birinci xanım İsveçrəyə səfərə gedib  FOTO like
  • 19 Yan 15:09  
Siyasət Prezident və birinci xanım İsveçrəyə səfərə gedib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Fo

arrow Ətraflı
BÜRCLƏR üçün həftənin like
  • 19 Yan 15:00  
Digərləri BÜRCLƏR üçün həftənin

Astroloqlar bu həftə bürclər üçün şanslı hesab edilən günləri açıq

arrow Ətraflı
Azərbaycanda nikah və boşanmaların sayı azalıb like
  • 19 Yan 14:47  
Digərləri Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələ

arrow Ətraflı
Qazi virusdan öldü like
  • 19 Yan 14:46  
Digərləri Qazi virusdan öldü

Yanvarın 19-da Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini, Və

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı açıqlandı like
  • 19 Yan 14:23  
Digərləri Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlanıb.

arrow Ətraflı
Ermənilərin "2ci Mübariz" adlandırdığı Vüqar "Doni", qəhrəman ŞƏHİDİMİZ like
  • 19 Yan 14:15  
Digərləri Ermənilərin "2ci Mübariz" adlandırdığı Vüqar "Doni", qəhrəman ŞƏHİDİMİZ

İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Vüqar İsmay�

arrow Ətraflı
Toy edənə toy tuturlar  Şadlıq evlərində kəskin bahalaşma var like
  • 19 Yan 14:00  
Digərləri Toy edənə toy tuturlar Şadlıq evlərində kəskin bahalaşma var

Ailə qurmaq istəyən gənclər toya aylar öncədən hazırlaşırlar. 

arrow Ətraflı