Ermənilərin "2ci Mübariz" adlandırdığı Vüqar "Doni", qəhrəman ŞƏHİDİMİZ
Digərləri 19 Yan 2026 14:15:00 90 0
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Vüqar İsmayılovun (Doni ləqəbli) xatirəsinə həsr edilmiş videomaterial yayılıb.
Bu xəbəri də oxu: Onlara ikiqat maaş veriləcək
Son.az xəbər verir ki, görüntülər onun adını daşıyan və qəhrəmanlığına ithaf edilən bulağın qarşısından paylaşılıb.
Bildirilib ki, şəhid Vüqar İsmayılovun həlak olmasından sonra ermənilər sosial şəbəkələrdə onunla bağlı paylaşımlar edərək "İkinci Mübariz İbrahimovu məhv etdik" kimi ifadələr işlədiblər.
Məlumata görə, V. İsmayılov 44 günlük Vətən müharibəsi zamanı yaralanıb və hərbi hospitalda müalicə alırmış. Lakin Xankəndi istiqamətində əməliyyatların başladığını eşidən kimi müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə cəbhəyə qayıdıb və döyüşlərə qoşulub.
Şəhidin döyüş zamanı öz dəstəsindən ayrılaraq düşmənə qarşı təkbaşına irəlilədiyi, yaralı olmasına baxmayaraq mübarizəni davam etdirdiyi bildirilir. Çətin və keçilməz ərazidə gedən döyüşlər zamanı Vüqar İsmayılov qəhrəmancasına şəhid olub. Ərazinin mürəkkəbliyi səbəbindən onun nəşini döyüş meydanından yalnız iki gün sonra çıxarmaq mümkün olub.
Qeyd edək ki, İsmayılov Vüqar Məmmədqasım oğlu 1992-ci ilin oktyabr ayının 17-də Şabran rayonunda sadə bir ailədə dünyaya gəlib. Ailənin dörd övladından, iki qardaşdan biri, evin böyük oğlu idi. Orta məktəbi bitirdikdən sonra, 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb. Orta məktəbdə oxuyarkən həm də idmanla, sambo ilə məşğul olub. Hərbi xidmətini başa vurduqdan sonra isə həyatını yenidən hərb ilə bağlayıb. 6 il Daxili Qoşunlarda, sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərib. Kiçik leytenant hərbi rütbəsini daşıyıb.
Ailə qurmaq istəyən gənclər toya aylar öncədən hazırlaşırlar.
ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan və Qəzzada növb�
İsrailin Azərbaycandakı sabiq səfir Eitan Naeh vəfat edib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvv�
Türkiyənin İstanbul vilayətinin Tuzla rayonunda fabrikdə güclü yanğın b
Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə olacaq.
Yanvarın 17-si "Bakı Metropoliteni"nin "20 Yanvar" stansiy
"Keçmiş ərimlə duet oxumağa xanımı icazə verməz"
Bu gündən Bakı Marafonu 2026-ya qeydiyyat başlayıb.
Çilidə ölkənin cənubunda yerləşən Nuble və Biobio bölgələrində dava
Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Heydər
Rusiyanın Novosibirsk vilayətində ölkədə qalma qaydalarını pozan 97 əcn
