Röya: "Mənə görə evini 3 dəfə banka qoyub, KREDİT GÖTÜRÜB"
Şou-biznes 19 Yan 2026 15:50:00 67 0
Xalq artisti Röya Ayxan mərhum bəstəkar Nailə Mirməmmədli ilə bağlı illər sonra səmimi etiraflar edib.
Bu xəbəri də oxu: Vüsalənin efirdə göz yaşları "sel oldu"
Son.az xəbər verir ki, pop ulduz Nailə xanımın həm musiqiçi, həm də ana kimi ona böyük dəstək verdiyini bildirib.
Röya qeyd edib ki, karyerasının çətin dövrlərində Nailə Mirməmmədli hər zaman onun yanında olub və bu dəstəyi gizlətməyi düzgün saymır:
"O, musiqiçi qadın və ana olaraq mənə çox arxa durub. Bunu gizlətmək olmaz. Konsertlər verəndə dostlarımı sponsor kimi qeyd edirəm, amma həmişə konsertlərimi öz hesabıma etmişəm".
Xalq artisti bildirib ki, bəzi vaxtlar maddi çətinliklərlə üzləşib və məhz həmin məqamlarda Nailə Mirməmmədli ona kömək əlini uzadıb:
"Elə vaxtlar olub ki, konsert verməyə pulum çatmayıb. Nailə xanım üç dəfə mənə görə evini banka qoyub kredit götürərək həmin pulu mənə verib. Bu, inanılmaz bir fədakarlıq idi. Mənə inanmaya da bilərdi".
Sənətçi vurğulayıb ki, məhz bu səbəbdən Nailə Mirməmmədlinin ailəsinə hər zaman dəstək olmağa çalışır:
"Ona görə də Nailə xanımın ailəsinin yanında hərtərəfli olmağa çalışıram. O, mənim ən çətin günlərimdə yanımda olub".
Sənətçi həmçinin xatirələrini bölüşərək bildirib ki, mərhum bəstəkarın həyat yoldaşı Hikmət müəllim zarafatla ondan pulları nə vaxt qaytaracağını soruşarmış.
Qeyd edək ki, Röya Ayxanın bu etirafları dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Musa Son.az
Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi
Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. Bel�
Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan 21-i səhərədək
Bu gün mediada hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Fo
Ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələ
Yanvarın 19-da Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbə sakini, Və
Meyxanaçı Balaəli Maştağalı açıqlaması ilə gündəmə gəlib.
İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından olan şəhid Vüqar İsmay�
Ailə qurmaq istəyən gənclər toya aylar öncədən hazırlaşırlar.
ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılan və Qəzzada növb�
İsrailin Azərbaycandakı sabiq səfir Eitan Naeh vəfat edib.
