Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub FOTO
Siyasət 19 Yan 2026 12:20:00 86 0
Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.
Bu xəbəri də oxu: Prezident və birinci xanım İsveçrəyə səfərə gedib FOTO
Son.az xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın Dövlət qulluğu üzrə federal komissarı (nazir) Mekuria Haile qarşılayıb.
Bildirilib ki, "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB", dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.
Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
COP29 çərçivəsində 2024-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasie arasında keçirilən görüş zamanı Efiopiya tərəfi ölkədə "ASAN xidmət" təcrübəsinin tətbiqinə maraq göstərib və bu istiqamətdə Azərbaycanın dəstəyini xahiş edib.
Ötən dövr ərzində Dövlət Agentliyinin mütəxəssisləri Efiopiyanın dövlət qulluqçuları üçün təlimlər keçirib, Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı hüquqi və digər zəruri sənədləri, həmçinin "ASAN xidmət" mərkəzlərində istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədlərini hazırlayıb, xidmətlərin vahid standartını müəyyən ediblər.
Rusiyanın Novosibirsk vilayətində ölkədə qalma qaydalarını pozan 97 əcn
Tərtərdə tutulan şəxsdə narkotik vasitə və avtomat aşkarlanıb.
Gədəbəy rayonunda 54 yaşlı qadın dəm qazından boğularaq ölüb.
2026-cı il bir çox bürc üçün dönüş nöqtələri, yeni başlanğıclar v
Beynəlxalq seysmoloji qurumlar və xarici media 2026-cı ildə dünyada güclü
Polşanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağl
Pakistanın Barişal şəhərindən 50 kilometr şimal-qərbdə 5,9 bal gücünd
Bakıda dələduzluq hadisəsi qeydə alınıb.
Sosial şəbəkələrdə yayılan video geniş diqqət çəkib.
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir.
Meyxanaçı-müğənni Samirə Yusifqızı "Öz aramızda" verilişini
Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyah
Pirəkəşkül və Ağdərədə 19-23 yanvar tarixlərində istismar müddəti b
Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilm
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni güclənd
