Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb


Digərləri 19 Yan 2026 13:05:00 65 0

Ombudsman 20 Yanvarla bağlı bəyanat yayıb

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ silahlı qüvvələri tərəfindən Azərbaycan xalqının milli iradəsinin və müstəqillik tələblərinin zorakılıq yolu ilə boğulması məqsədilə mülki əhaliyə qarşı həyata keçirilmiş hərbi müdaxilədən 36 il ötür. İnsanlıq əleyhinə törədilmiş bu qanlı hadisə nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub.

Son.az xəbər verir ki, bu barədə Ombudsmanın mətbuat xidmətinin məlumatında qeyd olunub.

Məlumatda bildirilib ki, kütləvi itkilərlə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdəndir.

"Həmin gecə Bakı şəhərində və respublikanın digər bölgələrində mülki və silahsız əhaliyə qarşı qeyri-mütənasib hərbi güc tətbiqi nəticəsində 150 nəfər dinc sakin qətlə yetirilib, 744 nəfər yaralanıb, nəticədə beynəlxalq hüquq normaları ilə bərabər, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları da kobudcasına pozulub, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulub.

"Dinc əhaliyə qarşı hərbi güc tətbiqi, xəbərdarlıq edilmədən və real təhlükə mövcud olmadan insanların həyat və sağlamlığına qəsd edilməsi beynəlxalq insan hüquqları hüququna görə yolverilməzdir və dövlətlərin fövqəladə vəziyyətlərdə belə riayət etməli olduqları mütləq hüquqların pozuntusu hesab olunur. Bu baxımdan, 20 Yanvar hadisələri beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulduğunu təsdiq edir.

O dövrdə ən ciddi bəyanatı xalqımızın Moskvada yaşayan Ulu Öndəri Heydər Əliyev Azərbaycan xalqı adından vermişdi. Təzyiqlərə və şəxsi təhlükəsizlik risklərinə baxmayaraq, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat qarşısında çıxış edərək dinc əhaliyə qarşı törədilmiş bu ağır cinayəti açıq şəkildə pisləməsi, onun birbaşa keçmiş SSRİ rəhbərliyinin məsuliyyəti olduğunu bəyan etməsi 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymətin verilməsi baxımından mühüm tarixi əhəmiyyət kəsb etmişdir.

Bununla yanaşı, beynəlxalq ictimaiyyət və aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən həmin dövrdə bu hadisələrə lazımi siyasi-hüquqi qiymətin verilməməsi beynəlxalq ədalət prinsiplərinin pozulması ilə nəticələnmiş, cəzasızlıq mühitinin formalaşmasına zəmin yaratmışdır. BMT-nin insan hüquqları mexanizmləri çərçivəsində kütləvi və ağır pozuntulara vaxtında və prinsipial reaksiya verilməməsi sonrakı mərhələlərdə regionda insan hüquqlarına qarşı törədilmiş digər ağır cinayətlər üçün əlverişli zəmin yaratmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, 20 Yanvar faciəsinin beynəlxalq hüquq normaları prizmasından obyektiv və hərtərəfli araşdırılması, bu hadisələrin insanlıq əleyhinə cinayət kimi tanınması, habelə yalnız icraçıların deyil, qərar qəbuletmə prosesində iştirak etmiş bütün məsul şəxslərin hüquqi cavabdehliyinin təmin edilməsi ədalətin bərpası baxımından zəruridir.

Bu istiqamətdə beynəlxalq təşkilatları, xüsusilə BMT-nin müvafiq mexanizmlərini prinsipial mövqe sərgiləməyə, 20 Yanvar hadisələrini törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi, bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsi məqsədilə birgə əməkdaşlığa dəvət edirəm.

20 Yanvar şəhidlərinin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır", bəyanatda qeyd edilib.

Sabah Bakıda qar yağacaq like
  • 19 Yan 12:53  
Digərləri Sabah Bakıda qar yağacaq

Yanvarın 20-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Türkiyədə fabrikdə güclü yanğın başladı like
  • 19 Yan 12:52  
Digərləri Türkiyədə fabrikdə güclü yanğın başladı

Türkiyənin İstanbul vilayətinin Tuzla rayonunda fabrikdə güclü yanğın b

arrow Ətraflı
Sumqayıtda 1000 abonentin qazı kəsiləcək like
  • 19 Yan 12:51  
Digərləri Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatında fasilə olacaq.

arrow Ətraflı
Şəbnəm Tovuzlunun SƏHHƏTİ PİSLƏŞDİ like
  • 19 Yan 12:43  
Digərləri Şəbnəm Tovuzlunun SƏHHƏTİ PİSLƏŞDİ

Müğənni Şəbnəm Tovuzlunun səhhətində problem yaranıb. 

arrow Ətraflı
Metroda ölən 41 yaşlı şəxsin kimliyi məlum oldu like
  • 19 Yan 12:37  
Digərləri Metroda ölən 41 yaşlı şəxsin kimliyi məlum oldu

Yanvarın 17-si "Bakı Metropoliteni"nin "20 Yanvar" stansiy

arrow Ətraflı
Bu ölkədə fövqəladə vəziyyət elan edildi, xeyli sayda ölən var like
  • 19 Yan 12:22  
Dünya Bu ölkədə fövqəladə vəziyyət elan edildi, xeyli sayda ölən var

Çilidə ölkənin cənubunda yerləşən Nuble və Biobio bölgələrində dava

arrow Ətraflı
Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub  FOTO like
  • 19 Yan 12:20  
Siyasət Leyla Əliyeva Efiopiyada “MESOB” dövlət xidməti mərkəzində olub FOTO

Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Heydər

arrow Ətraflı
7 Azərbaycan vətəndaşı Rusiyadan çıxarıldı like
  • 19 Yan 12:11  
Digərləri 7 Azərbaycan vətəndaşı Rusiyadan çıxarıldı

Rusiyanın Novosibirsk vilayətində ölkədə qalma qaydalarını pozan 97 əcn

arrow Ətraflı
Tərtərdə əməliyyat  Elməddin Xıdırovun evində avtomat aşkarlandı like
  • 19 Yan 12:04  
Digərləri Tərtərdə əməliyyat Elməddin Xıdırovun evində avtomat aşkarlandı

Tərtərdə tutulan şəxsdə narkotik vasitə və avtomat aşkarlanıb.

arrow Ətraflı
Gədəbəydə qadın dəm qazından boğularaq öldü like
  • 19 Yan 11:57  
Digərləri Gədəbəydə qadın dəm qazından boğularaq öldü

Gədəbəy rayonunda 54 yaşlı qadın dəm qazından boğularaq ölüb.

arrow Ətraflı
2026cı ildə hər BÜRC üçün taleyüklü tarixlər like
  • 19 Yan 11:55  
Digərləri 2026cı ildə hər BÜRC üçün taleyüklü tarixlər

2026-cı il bir çox bürc üçün dönüş nöqtələri, yeni başlanğıclar v

arrow Ətraflı
"2026cı ildə güclü zəlzələlər olacaq"  Seysmoloq həmin ölkələri açıqladı like
  • 19 Yan 11:50  
Dünya "2026cı ildə güclü zəlzələlər olacaq" Seysmoloq həmin ölkələri açıqladı

Beynəlxalq seysmoloji qurumlar və xarici media 2026-cı ildə dünyada güclü

arrow Ətraflı
Polşa səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi like
  • 19 Yan 11:44  
Dünya Polşa səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağlığı verdi

Polşanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsi ilə bağlı başsağl

arrow Ətraflı