Hər kəs zibil deyib atır, amma sərvət qazandırır: Xarici ölkələr növbəyə düzülüb alır
Digərləri 19 Yan 2026 08:41:00 54 0
Mətbəxlərimizdə meyvə yeyərkən və ya yemək hazırlayarkən zibil qutusuna atdığımız meyvə çəyirdəkləri və qabıqları, əslində xarici ölkələr üçün böyük bir xammal mənbəyidir. Xüsusilə Avropa və Uzaq Şərq ölkələri bu "tullantıları" tonlarla idxal edir.
Bu xəbəri də oxu: Turşu yeməyin xərçəngə qarşı FAYDALARI
Son.az bu sahədə ən çox tələbat görən məhsulları təqdim edir:
Gilasın saplağı qurudularaq çay və arıqlama məhsulları üçün Avropaya satılır. Bundan əlavə, ərik, şaftalı və gilasın çəyirdəkləri kosmetika sektorunda (skrab və yağlar üçün) və bio-yanacaq istehsalında istifadə olunur.
Sitrus meyvələrinin qabıqları ətriyyat, qida sənayesi (şirniyyat əlavələri) və təmizlik vasitələrinin istehsalı üçün qızıl dəyərindədir. Xüsusilə qurudulmuş qabıqlar yüksək qiymətə alıcı tapır.
Narın qabığı tərkibindəki yüksək antioksidantlara görə əczaçılıq sənayesində dərman istehsalı üçün istifadə edilir. Bir vaxtlar zavodların zibil olaraq kənara atdığı bu qabıqlar indi ixracatın önəmli bir hissəsinə çevrilib.
Qoz və Fındıq qabıqları - Bu sərt qabıqlar üyüdülərək sənaye sahələrində, metal təmizləmədə, kosmetik peeling məhsullarında və yüksək keyfiyyətli kömür istehsalında istifadə olunur.
Niyə xarici ölkələr bunları alır? İnkişaf etmiş ölkələr "sıfır tullantı" və "dövri iqtisadiyyat" modelinə keçdikləri üçün təbii mənbələrdən maksimum yararlanmağa çalışırlar. Bu tullantılar həm ucuz xammaldır, həm də tamamilə təbiidir. Lalə Qüdrətova Son.az
Çin uzunmüddətli kosmik missiyalar zamanı yüksək dəqiqliyi təmin edəcə
İranda növbəti dəfə gərginliyin yaşanması bu ölkənin tarixində böyü
Astrologiyada bəzi bürclər var ki, onların qəlbində pislik yoxdur. Bu bür
Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub.
Son illər arıqlamaq və sağlam yaşamaq məqsədilə bir çox insan çörəkd
Dünyada ən çox satılan 10 elektrik və "plug-in hybrid" avtomobill
Qış aylarında bir çox insan isinmək üçün tez-tez çay və digər isti i�
Turşular (xiyar, kələm, kələm turşusu, kimçi və s.) əsrlərdir qida ras
"İstənilən ev heyvanı infeksiya daşıyıcısı ola və sahiblərini al
Müğənni Şəbnəm Tovuzlunun səhhətində problem yaranıb.
"Mercor" şirkətinin 22 yaşlı təsisçisi Brendan Fudi dünyanın �
Suriyada Şam rəhbərliyi və YPG/SDG qruplaşması arasında atəşkəs əldə
Dünya şöhrətli kulinarlar və qidalanma mütəxəssisləri tərəfindən tə
