Buz dövrünü xatırladan görüntülər: qar 4cü mərtəbəyə çatdı
Digərləri 17 Yan 2026 21:37:00 59 0
Rusiyanın Kamçatka bölgəsində günlərdir davam edən şiddətli qar fırtınası həyatı iflic edib. Qarın hündürlüyü bəzi yerlərdə 3 metri keçib, hətta binaların dördüncü mərtəbəsinə qədər ucalıb. Təbii fəlakət nəticəsində iki nəfər həyatını itirib.
Bu xəbəri də oxu: Bakıda kişi metroda öldü
Son.az xəbər verir ki, güclü qar yağışı və külək səbəbindən bölgədə fövqəladə vəziyyət elan olunub. Yollar tamamilə bağlanıb, nəqliyyatın hərəkəti dayanıb və bir çox kəndlərlə əlaqə kəsilib. Paytaxt Petropavlovsk-Kamçatski şəhərində məktəblər bağlanıb, ictimai nəqliyyat fəaliyyətini dayandırıb.
Havanın bir qədər isinməsi ilə damlarda toplanan nəhəng qar kütlələri sürüşərək insanların üzərinə düşüb. İki fərqli binanın damından düşən qarın altında qalan 60 və 63 yaşlı iki kişi dünyasını dəyişib. Səlahiyyətlilər vətəndaşları binaların yaxınlığında gəzməməyə çağırıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyi qeyri-adi görüntülər paylaşıb. Evlərində sıxılıb qalan yaşlı insanlara kömək etmək üçün xilasedicilər hündürlüyü bir neçə metr olan qar yığınlarının içində tünellər qazmaq məcburiyyətində qalıblar.
Bölgənin Fövqəladə Hallar naziri Sergey Lebedev sakinləri ehtiyatlı olmağa çağırıb: "Temperatur yüksəldiyi üçün damlardakı nəhəng qar kütlələri sürüşməyə başlayıb. Lütfən, binaların yanından keçərkən başınızın üzərinə diqqət yetirin." Lalə Qüdrətova Son.az
Bakıda evdə halı pisləşən gənc qız yolda ölüb.
Aparıcı-prodüser Tarix Əliyevin ailəsində xoş gün yaşanıb.
Efirdə qalmaqal yaşanıb. Son.az xəbər verir ki, Azərbaycan Quş Əti, Y
Xəbər verdiyimiz kimi, Ucarın Qazıqumlaq kəndi ərazisində "Mercedes&
Aparıcı Elşən Orucov, İlkin Həsəni və müğənni Zamiq Hüseynov aparıc
Bir çox insan pəhriz saxladığını və sağlam qidalandığını düşünsə
Bilirəm ki, İranda iqtisadi vəziyyət qənaətbəxş deyil, xalqın dolanış
Hər il budama mövsümündə ortaya çıxan tonlarla budaq və bitki tullantıs
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov "Atom elekt
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qə
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
Sosial şəbəkə və bəzi saytlarda yayılan görüntülərdə Bakıdan Gənc�
Son günlər Türkiyənin bir sıra bölgələrində, eləcə də Rusiyanın pay
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan
