Azərbaycana soyuq hava dalğası gəlir
Digərləri 17 Yan 2026 18:44:00 77 0
Son günlər Türkiyənin bir sıra bölgələrində, eləcə də Rusiyanın paytaxtı Moskvada müşahidə olunan güclü qar yağışı və kəskin şaxtalı hava şəraiti bölgədə hava proseslərinə təsiri ilə diqqət çəkir. Bu fondda sözügedən hava sistemlərinin Azərbaycana mümkün təsirləri maraq doğurur.
Son.az xəbər verir ki, meteoroloq Cavid Hüseynov Sfera.az-a açıqlamasında qonşu ölkələrdə müşahidə olunan qarlı və şaxtalı hava şəraitinin eyni dərəcədə ölkəmizə təsir göstərməsə də, meteoroloji proqnozlara əsasən, bu soyuq hava dalğasının özünü iki mərhələdə büruzə verəcəyini bildirib.
Onun sözlərinə görə, siklonik fəaliyyətlə əlaqədar olan hava kütlələri Qafqaz dağları ilə qarşılaşdıqda və Xəzər dənizinin təsiri ilə çox vaxt öz termodinamik xüsusiyyətlərini dəyişir: "Türkiyədə hökm sürən qarlı hava şəraiti və Rusiyadan (Moskvadan) gələn Arktika mənşəli soyuq hava kütlələri Azərbaycana yanvarın 17-si gündüzdən etibarən daxil olmağa başlayacaq və bu proses yanvarın 22-dək davam edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8°C enəcək".
Meteoroloq əlavə edib ki, Bakıya sulu qar, rayonlara qar yağacaq: "Paytaxt Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi proqnozlaşdırılır.Dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yüksək dağlıq ərazilərdə isə temperaturun mənfi 15-20°C-dək düşəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi temperaturun daha aşağı hiss olunmasına (effektiv temperatur) səbəb olacaq".
Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan
Amerikalı iş adamı İlon Mask "OpenAI" və "Microsoft" ş
ABŞ Prezidenti Donald Trampın hamiləlik zamanı parasetamol qəbulunun uşaql
Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) "Artemid
İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
Sosial şəbəkələrdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücün�
Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3
Son illər Azərbaycanda çoxmərtəbəli binaların sayı sürətlə artsa da,
"Nvidia"nın baş icraçı direktoru Censen Huan inkişaf etmiş süni
Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının h
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əs
"Taxt-tac oyunları" teleserialının əsaslandığı "Buz və od
Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Za
Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər b�
