WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb


Digərləri 16 Yan 2026 18:21:00 74 0

WUF13 ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb

15 yanvar 2026-cı il tarixində BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təmsil olunan Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti arasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bütün təşkilati məsələləri ehtiva edən mühüm saziş imzalanıb.

Son.az WUF13-ün Təşkilat Komitəsinə istinadən xəbər verir ki, Ev Sahibi Ölkə Sazişi əsasında hazırlanmış bu razılaşma BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev tərəfindən Cenevrədə imzalanıb.

Bu sənədin imzalanması 17-22 may 2026-cı il tarixlərində Bakıda "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusu altında keçiriləcək WUF13-ə hazırlıq prosesində mühüm mərhələni ifadə edir. Sözügedən Saziş 2023-cü ilin dekabrında imzalanmış ev sayibliyinə dair Sazişin məntiqi davamı olmaqla, tədbirin hazırlanmasını praktiki mərhələyə keçirir.

Anar Quliyev UN-Habitat və Azərbaycan arasında səmərəli əməkdaşlığı və şəhərsalmanın inkişafı sahəsində birgə layihələri yüksək qiymətləndirdiyini bildirib. O, Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Milli Şəhərsalma Forumunun təşkili, eləcə də Ümumdünya Məskunlaşma Günü münasibətilə 2023-cü ildə Bakıda keçirilmiş tədbirlərin bunu təsdiqləyini qeyd edib.

O əlavə edib: "Bu gün Azərbaycan insan mərkəzli ağıllı şəhərlər üzrə beynəlxalq təlimatların hazırlanmasına dair Qlobal Ekspert İşçi Qrupunda iştirakı və "Hər kəs üçün münasib mənzil" qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunda həmsədrlik etməsi vasitəsilə qlobal şəhərsalma gündəliyinin formalaşmasına fəal töhfə verir. UN-Habitat ilə tərəfdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsi möhkəm zəmin yaradacaq və dayanıqlı, inklüziv və insan yönümlü şəhərlərin təşviqinə töhfə verəcək."

Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək like
  • 16 Yan 18:20  
Digərləri Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək

Pedaqoji işçilərə əmək məzuniyyətinin verilməsi qaydasında dəyişikli

arrow Ətraflı
İşçi hərbi xidmətə çağırılanda ona ödənilən müavinətin miqdarı artırılıb like
  • 16 Yan 18:19  
Digərləri İşçi hərbi xidmətə çağırılanda ona ödənilən müavinətin miqdarı artırılıb

Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişi

arrow Ətraflı
Ailə vəzifələrinə görə işçilər arasında ayrıseçkiliyə yol vermək qadağan edilib like
  • 16 Yan 18:18  
Digərləri Ailə vəzifələrinə görə işçilər arasında ayrıseçkiliyə yol vermək qadağan edilib

Ailə vəzifələrinə görə işçilər arasında hər hansı birbaşa və ya d

arrow Ətraflı
Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq like
  • 16 Yan 18:15  
Digərləri Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq

Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb.

arrow Ətraflı
Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydalarında dəyişiklik edilib like
  • 16 Yan 18:12  
Digərləri Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydalarında dəyişiklik edilib

Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ö

arrow Ətraflı
Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşib like
  • 16 Yan 18:08  
Digərləri Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşib

Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması q

arrow Ətraflı
Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA like
  • 16 Yan 18:02  
Digərləri Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA

Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklik ediləcək.

arrow Ətraflı
Fransadan ABŞyə qarşı sərt addım like
  • 16 Yan 17:50  
Digərləri Fransadan ABŞyə qarşı sərt addım

Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, ölkəsi Qrenlandiyaya hərbi

arrow Ətraflı
Kiberpolis qanunsuz onlayn kazino oyunlarına qarşı mübarizəni davam etdirir like
  • 16 Yan 17:42  
Kriminal Kiberpolis qanunsuz onlayn kazino oyunlarına qarşı mübarizəni davam etdirir

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMB�

arrow Ətraflı
Uşağın doğulmasına görə atalara ödənişli məzuniyyət veriləcək like
  • 16 Yan 17:41  
Digərləri Uşağın doğulmasına görə atalara ödənişli məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətind�

arrow Ətraflı
Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək like
  • 16 Yan 17:40  
Digərləri Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək

arrow Ətraflı
Gecə növbəsində işləyənlərə ŞAD XƏBƏR like
  • 16 Yan 17:38  
Digərləri Gecə növbəsində işləyənlərə ŞAD XƏBƏR

Gecə növbəsinə işə təyin edilərkən işçilərin ailə vəzifələrinin

arrow Ətraflı
Bakıda yollar ödənişli olacaq – QİYMƏT AÇIQLANDI like
  • 16 Yan 17:38  
Digərləri Bakıda yollar ödənişli olacaq – QİYMƏT AÇIQLANDI

Bakıya girişin ödənişli olub-olmayacağı ilə bağlı hələlik rəsmi mə

arrow Ətraflı