“Xiaomi” brendi “REDMI Note 15” seriyasını təqdim edir: “REDMI Titan Durability” etibarlılığı və flaqman imkanları


Digərləri 16 Yan 2026 18:10:00 66 0

“Xiaomi” brendi “REDMI Note 15” seriyasını təqdim edir: “REDMI Titan Durability” etibarlılığı və flaqman imkanları

"Xiaomi" brendi REDMI Note 15 Pro+ 5G, REDMI Note 15 Pro 5G, REDMI Note 15 Pro və REDMI Note 15 modellərinin daxil olduğu "REDMI Note 15" seriyasının qlobal buraxılışını elan edib. "REDMI Titan Durability" konsepsiyasının birləşdirdiyi yeni məhsul xətti uzunmüddətli batereya ömrünü, yüksək qorumanı, suya və toza davamlılığı, həmçinin yenilənmiş mobil çəkiliş və performans imkanlarını özündə cəmləşdirir.

"Xiaomi" smartfonların buraxılışı ilə eyni zamanda "Mijia Smart Audio Glasses" və "REDMI Buds 8 Lite" kimi məhsullarını təqdim etməklə ağıllı cihazlar ekosistemini daha da genişləndirib. 

Gündəlik ssenarilər üçün etibarlılıq

"REDMI Titan Durability" seriyanın bütün modellərini əhatə edir və "REDMI Note" xətti üçün yeni möhkəmlik standartı müəyyən edir. REDMI Note 15 Pro+ 5G, 100W HyperCharge və reversiv şarj dəstəyi ilə 6500 mA·s tutumlu silisium-karbon batareyası ilə təchiz edilib. Bütün "Pro" modellərində batareyalar 1600 şarj dövrəsindən sonra tutumun ən azı 80%-ni saxlayır. Baza "REDMI Note 15" modeli son dərəcə nazik korpusda 6000 mA·s tutumlu batareya ilə təchiz edilib. 

Seriyanın yüksək modelləri "SGS Premium Performance" sertifikatına malikdir. Bu modellər "REDMI Titan Structure" arxitekturası və Corning® Gorilla® Glass Victus® 2 şüşəsi sayəsində 2,5 metrədək hündürlükdən düşməyə davamlıdır. Xarici təsirlərə qarşı qorunma üçün REDMI Note 15 Pro+ 5G və REDMI Note 15 Pro 5G modelləri IP66 / IP68 / IP69 / IP69K standartlarına uyğundur, Wet Touch 2.0 texnologiyası isə bütün məhsul xəttində hətta nəm barmaqlarla toxunuş zamanı ekranın düzgün işləməsini təmin edir. Kameralar və AI imkanları

REDMI Note 15 Pro+ 5G və REDMI Note 15 Pro 5G inteqrasiya edilmiş zum, HDR və AI emalı dəstəyinə malik yeni HPE sensorlu 200 MP-lik kamera ilə təchiz edilib. "Pro" modelləri 23-92 mm aralığında fokus məsafəsi diapazonu təklif edir, REDMI Note 15 və REDMI Note 15 5G modelləri isə 3× optik zum səviyyəsinə malik 108 MP-lik kameralara malikdir.  Bütün seriyada çəkiliş və kontentin redaktəsi üçün Dynamic Shots 2.0, AI Remove Reflection və AI Beautify kimi  AI alətləri mövcuddur.

Performans və multimedia

Flaqman məhsul Snapdragon® 7s Gen 4 əsasında çalışır və seriya üçün ilk dəfə olaraq "Xiaomi IceLoop" soyutma sistemi ilə təchiz olunub. Bütün modellər "Google Gemini" və "Circle to Search"u dəstəkləyir, ən yüksək versiya isə əlavə olaraq "Xiaomi HyperAI" platformasına və şəbəkə olmadan səsli mesajların ötürülməsi üçün "Xiaomi Offline Communication" texnologiyasna malikdir.

Smartfonlar 3200 nit pik parlaqlığa, 400%-ə qədər təkmilləşdirilmiş səs gurluğu imkanlarına malik 6,83 düymədək ölçülü böyük AMOLED ekranlarla təchiz olunub.

Məhsullar və qiymətlər

"REDMI Note 15" seriyasından olan smartfonları artıq "Kontakt", "İrşad", "Baku Electronics" və "Soliton"un rəsmi pərakəndə satış şəbəkələrində aşağıdakı tövsiyə olunan qiymətlərlə əldə edə bilərsiniz:

●       REDMI Note 15 - 489,99 AZN-dən 

●       REDMI Note 15 Pro - 719,99 AZN-dən 

●       REDMI Note 15 Pro 5G - 819,99 AZN-dən 

●       REDMI Note 15 Pro+ 5G - 1 019,99 AZN-dən 

Məhsullar və xüsusi təkliflər haqqında ən aktual məlumatları "Xiaomi"nin tərəfdaşlarından və rəsmi onlayn platformalarından dəqiqləşdirməyiniz tövsiyə olunur.

Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşib like
  • 16 Yan 18:08  
Digərləri Alimentlə əlaqədar işçinin maaşından tutulmanın yuxarı həddi müəyyənləşib

Əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması q

arrow Ətraflı
Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA like
  • 16 Yan 18:02  
Digərləri Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA

Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklik ediləcək.

arrow Ətraflı
Fransadan ABŞyə qarşı sərt addım like
  • 16 Yan 17:50  
Digərləri Fransadan ABŞyə qarşı sərt addım

Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, ölkəsi Qrenlandiyaya hərbi

arrow Ətraflı
Kiberpolis qanunsuz onlayn kazino oyunlarına qarşı mübarizəni davam etdirir like
  • 16 Yan 17:42  
Kriminal Kiberpolis qanunsuz onlayn kazino oyunlarına qarşı mübarizəni davam etdirir

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMB�

arrow Ətraflı
Uşağın doğulmasına görə atalara ödənişli məzuniyyət veriləcək like
  • 16 Yan 17:41  
Digərləri Uşağın doğulmasına görə atalara ödənişli məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətind�

arrow Ətraflı
Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək like
  • 16 Yan 17:40  
Digərləri Bir sıra hallarda hamilələrə əlavə məzuniyyət veriləcək

Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək

arrow Ətraflı
Gecə növbəsində işləyənlərə ŞAD XƏBƏR like
  • 16 Yan 17:38  
Digərləri Gecə növbəsində işləyənlərə ŞAD XƏBƏR

Gecə növbəsinə işə təyin edilərkən işçilərin ailə vəzifələrinin

arrow Ətraflı
Bakıda yollar ödənişli olacaq – QİYMƏT AÇIQLANDI like
  • 16 Yan 17:38  
Digərləri Bakıda yollar ödənişli olacaq – QİYMƏT AÇIQLANDI

Bakıya girişin ödənişli olub-olmayacağı ilə bağlı hələlik rəsmi mə

arrow Ətraflı
Distant işin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək like
  • 16 Yan 17:36  
Digərləri Distant işin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək

Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilm

arrow Ətraflı
"Elə bilirdim ki, qadın sevəndə gözəlləşir" like
  • 16 Yan 17:35  
Şou-biznes "Elə bilirdim ki, qadın sevəndə gözəlləşir"

Müğənni Rahidə Baxışova "Öz aramızda" verilişində şəxsi h�

arrow Ətraflı
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək like
  • 16 Yan 17:34  
Digərləri Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətind�

arrow Ətraflı
Yeni sədr Əfqan Cəlilov kimdir?  DOSYE like
  • 16 Yan 17:21  
Digərləri Yeni sədr Əfqan Cəlilov kimdir? DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Əfqan S�

arrow Ətraflı
Bələdiyyə torpaqları satışa çıxarılır  SİYAHI like
  • 16 Yan 17:12  
Digərləri Bələdiyyə torpaqları satışa çıxarılır SİYAHI

Azərbaycanın bir sıra rayonlarında bir neçə bələdiyyəyə məxsus müxt�

arrow Ətraflı