Bayram günlərinin məzuniyyət dövrünə düşməsi ilə bağlı yeni QAYDA
Digərləri 16 Yan 2026 18:02:00 76 0
Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklik ediləcək.
Bu xəbəri də oxu: Azərbaycana dondurucu qış gəlir – Bakı üçün xəbərdarlıq edildi
Son.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Daha əvvəl əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmirdi.
Qanuna əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq.
Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.
Daha əvvəl məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilirdi.
Qanuna əsasən, inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, vahid tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində veriləcək. Son.az
Fransa Prezidenti Emmanuel Makron açıqlayıb ki, ölkəsi Qrenlandiyaya hərbi
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMB�
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətind�
Hamiləliyə və doğuşa görə əlavə məzuniyyət müəyyənləşdiriləcək
Gecə növbəsinə işə təyin edilərkən işçilərin ailə vəzifələrinin
Bakıya girişin ödənişli olub-olmayacağı ilə bağlı hələlik rəsmi mə
Əmək funksiyalarının məsafədən (distant) iş formasında yerinə yetirilm
Müğənni Rahidə Baxışova "Öz aramızda" verilişində şəxsi h�
Uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətind�
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Əfqan S�
"Bizimləsən" verilişinin efirində gərginlik yaşanıb.
Azərbaycanın bir sıra rayonlarında bir neçə bələdiyyəyə məxsus müxt�
Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi&qu
Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2026-cı il 18 yanvar tarixind�
