Qızıl nə vaxta qədər BAHALAŞACAQ? Bugünə olan QİYMƏTLƏR
Digərləri 14 Yan 2026 09:00:00 88 0
Azərbaycan qızıl bazarında qiymətlər günbəgün dəyişir və müşahidələrə əsasən, qiymətlərdə hər gün cüzi artım tendensiyası qeydə alınır.
Bu xəbəri də oxu: Sevinc Osmanqızı və digərlərinə hökm oxundu
Bunu Son.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O bildirib ki, bu dinamika yerli qiymətlərin beynəlxalq birjalarda formalaşan trendlərə uyğun tənzimlənməsi, həmçinin logistika, məmulatın hazırlanması (işçilik) və digər əlavə xərclərin yekun satış qiymətinə təsiri ilə izah olunur.
"Dünya bazarında isə qızılın qiyməti son günlər tarixi maksimum səviyyələrə yaxınlaşıb.
Daxili bazarda qiymətlərin formalaşması ticarət subyektləri üzrə fərqlənir. Fərqlər əsasən məhsulun brendi, dizayn xüsusiyyətləri, çəkisi və işçilik səviyyəsi kimi amillərdən asılı olaraq müəyyən edilir".
Təxmini qiymət aralıqları aşağıdakı kimidir:
999 əyar: metal dəyəri təxminən 250 ₼, məmulat satış qiyməti 280-300 ₼ 750 əyar (18K): metal dəyəri təxminən 187 ₼, məmulat satış qiyməti 220-250 ₼ 585 əyar (14K): metal dəyəri təxminən 147 ₼, məmulat satış qiyməti 170-190 ₼
Ümumilikdə bazarda alıcılıq qabiliyyətində kəskin azalma müşahidə edilmir. Xüsusilə 585 və 750 əyarlı qızıl seqmentində tələbin nisbətən sabit qaldığı, investisiya yönümlü alışlarda isə külçə və sikkə məhsullarına marağın artdığı qeyd olunur. Qiymətli daşlar üzrə bazarda nəzərəçarpacaq dalğalanma qeydə alınmır və satışlar əsasən stabil şəkildə davam edir".
Fərid Zöhrabov Son.az
Bakı Dövlət Universitetində (BDU) yanvarın 15-də "Audiovizual mediada
Tayvanda tikilməsi nəzərdə tutulan bu körpü ənənəvi iki qülləli asma
Almaniyada çalışan bir inşaat işçisi marketdən alış-veriş etdikdən so
Əgər canınız pizza istəyirsə, amma xəmir hazırlamağa vaxtınız və ya
Yayın ən dadlı və ətirli meyvələrini qışda mürəbbə, sous, keks və t
Yeni araşdırma göstərir ki, insan beynində yaşlanma prosesi üç kritik d�
"Atom Keks" - quru meyvələr, qoz və kök ilə ləzzəti zənginlə�
Azərbaycan kişiləri orta testosteron göstəricisinə görə dünya üzrə 4-
Hipertoniyanın yaratdığı ən əhəmiyyətli zərərlərdən biri böyrək di
50 yaşdan yuxarı qadınlar qida rasionlarına xüsusi diqqət yetirməlidir, �
Türkiyəni ağuşuna alan soyuq və yağışlı hava şəraiti həyatı iflic e
"2000 manat rüşvət istənildi, vermədiyi tədqirdə şərlənərək iş
"Dərman içmədən 'zəhərli zob'dan xilas oldum".
''Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yard�
Bir çoxumuz mağazadan aldığımız əti elə öz qablaşdırmasında - yəni
