Xəmir yoğurmadan pizza ləzzəti: Sobada kartof əsaslı kolbasalı dilimlər
Digərləri 14 Yan 2026 08:08:00 77 0
Əgər canınız pizza istəyirsə, amma xəmir hazırlamağa vaxtınız və ya həvəsiniz yoxdursa, bu resept tam sizin üçündür. Un əvəzinə kartofdan istifadə edilən bu üsul həm daha yüngül, həm də çox doyumlu bir dad yaradır.
Bu xəbəri də oxu: Birləşmiş Təcrid Ştatları: Amerikada evsizlik faciəsi
Son.az lazım olan ərzaqları təqdim edir: Əsas hissə üçün: 3-4 ədəd orta boy kartof, 1 yumurta, bir ovuc rəndələnmiş holland pendiri (kaşar), duz və istiot.
Üzəri üçün: Tomat pastası (və ya pizza sousu), kolbasa (sucuk), bibər, qarğıdalı və bol miqdarda rəndələnmiş holland pendiri.
Hazırlanma qaydası Kartofları soyun və rəndənin iri gözündən keçirin. Kartofun suyunu ovuclarınızla yaxşıca sıxın (bu, pizzanın xırtıldayan olması üçün ən vacib addımdır).
Suyunu sıxdığınız kartofları bir qaba tökün. Üzərinə yumurta, rəndələnmiş pendir və ədviyyatları əlavə edib yaxşıca qarışdırın.
Soba sinisinə yağlı kağız sərin. Kartof qarışığını sininin üzərinə yayaraq orta qalınlıqda, dairəvi və ya dördbucaqlı forma verin.
Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada kartoflar qızarana və bir-birinə yapışana qədər (təxminən 15-20 dəqiqə) bişirin.
Sobadan çıxardığınız kartof tabanının üzərinə tomat pastası çəkin. Daha sonra bol pendir və doğranmış kolbasaları (və digər istədiyiniz inqrediyentləri) düzün.
Yenidən sobaya qoyun və pendirlər əriyib kolbasalar bişənə qədər saxlayın.
Kartofların suyunu nə qədər yaxşı sıxsanız, pizzanızın alt hissəsi bir o qədər möhkəm və dadlı olar. Lalə Qüdrətova Son.az
Yayın ən dadlı və ətirli meyvələrini qışda mürəbbə, sous, keks və t
Yeni araşdırma göstərir ki, insan beynində yaşlanma prosesi üç kritik d�
"Atom Keks" - quru meyvələr, qoz və kök ilə ləzzəti zənginlə�
Azərbaycan kişiləri orta testosteron göstəricisinə görə dünya üzrə 4-
Hipertoniyanın yaratdığı ən əhəmiyyətli zərərlərdən biri böyrək di
50 yaşdan yuxarı qadınlar qida rasionlarına xüsusi diqqət yetirməlidir, �
Türkiyəni ağuşuna alan soyuq və yağışlı hava şəraiti həyatı iflic e
"2000 manat rüşvət istənildi, vermədiyi tədqirdə şərlənərək iş
"Dərman içmədən 'zəhərli zob'dan xilas oldum".
''Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yard�
Bir çoxumuz mağazadan aldığımız əti elə öz qablaşdırmasında - yəni
Müğənni Günel Zeynalova ötən gün həkim Dilqəm Məhərrəmovla yayımlad
Milyonçu Ağamusa Nağıyevin nəvəsi, Tarix elmləri üzrə fəlsəfə doktor
Bir çox insan sarımsaqlı kartof püresi hazırlayarkən ən böyük səhvə y
