Azərbaycanlı müğənni 6 il əlil arabasında qalıb: "2ci dərəcəli əlilliyim var"
Şou-biznes 13 Yan 2026 16:39:00 61 0
Aparıcı və müğənni Ellada Eyvazova təsirli, eyni zamanda ümid verən həyat hekayəsini bölüşərək etirafları ilə diqqət çəkib.
Bu xəbəri də oxu: Rəqsanə Nəsimi Nəbizadədən danışdı
Son.az-ın məlumatına görə, onun yaşadıqları dinləyən hər kəsə güc və inam aşılayır.
Sənıtçi bildirib ki, 9 yaşından 15 yaşına qədər əlil arabasında olub və xəstəliyi səbəbindən ikinci dərəcəli əlilliyi var. O illəri xatırlayan aparıcı deyib ki, uşaqların qaçdığını görəndə həmişə bir arzu ilə yaşayırdı: "Bir gün mən də onlar kimi qaçacağam".
Aparıcı qeyd edib ki, ən çətin anlarında onun ən böyük dayağı anası olub:
"Anam həmişə gəlib saçımı sığallayırdı. Bir dəfə pis itələmişdim, bu hadisə hələ də yadımdadır. Əllərim tutmurdu, hər işimi anam görürdü. Ailədə yalnız anam mənim bir gün ayağa qalxacağıma inanırdı. Elə bu inam da mənim içimdəki ümidin sönməsinə imkan vermədi".
Ellada Eyvazova anasının bir sözünü isə həyatının dönüş nöqtəsi adlandırıb. Anası ona demişdi ki, "Bir gün aparıcı olacaqsan və efirdən "Analar Günü"ndə məni təbrik edəcəksən". Bu sözlər illər sonra onun üçün əsas motivasiyaya çevrilib.
Universiteti bitirdikdən sonra işlədiyini, ailəsinə maddi və mənəvi dəstək olduğunu deyən Ellada, anasının arzusunu reallaşdırmaq üçün Azərbaycan dilini səlis şəkildə öyrəndiyini vurğulayıb. O, bildirib ki, təhsilini rus dilində alsa da, danışıqda çətinlik çəkirmiş və bu səbəbdən üzərində ciddi işləyib.
Bundan sonra sosial şəbəkələrdə paylaşımları maraq doğurub, ifa etdiyi mahnılar bəyənilib və müxtəlif dəvətlər almağa başlayıb. O, məkanlarda, el şənliklərində çıxış etdiyini, hətta bir gün öz mahnılarını efirdə səsləndirməyi arzuladığını deyib.
Ellada Eyvazova ilk efirə çıxışı ilə bağlı da səmimi etiraf edib:
"Mənə zəng gəldi, amma səhnəyə geyinməyə yaxşı paltarım belə yox idi. Geyimimi çətinliklə düzəldib efirə çıxdım. Bəyəndilər və ikinci dəfə zəng edib dedilər ki, sizi aparıcı kimi görmək istəyirik".
Bu gün üzündəki təbəssümün əsas səbəbkarının yenə də anası olduğunu deyən Ellada Eyvazova sözlərini belə tamamlayıb:
"Xəstə olanda dişlərimə qədər məni anam yuyurdu. Bu gün haradayamsa, onun sayəsindədir".
Ellada Eyvazovanın həyat hekayəsi təkcə bir uğur yolu deyil, eyni zamanda ana sevgisinin, inamın və mübarizliyin gücünü göstərən nümunədir.
Musa Son.az
Son günlər metroda qiymətlərin artacağı ilə bağı məlumatlar yayılıb.
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 v�
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öld
Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqət çəkib.
Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada mü
Bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadis
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Hakim Abdullayev
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Son hökumət iclasında Paşinyanın xidməti avtomobilinin nömrə nişanları
Aktyor Taleh Yüzbəyovun səmimi etirafı sosial şəbəkələrdə və mediada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli italyan bəstə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
