Metroda qiymətlər qalxacaq? RƏSMİ AÇIQLAMA
Digərləri 13 Yan 2026 16:30:00 76 0
Son günlər metroda qiymətlərin artacağı ilə bağı məlumatlar yayılıb.
Bu xəbəri də oxu: Resepti artıq həkim yox, süni intellekt yazır Bizi nələr gözləyir?
Son.az xəbər verir ki, bu məlumatların yayılmasında səbəb "Bakı Metropoliteni" QSC-nin maliyyə departamentinin rəisi Kamal Hüseynlinin açıqlaması olub.
O bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.
Bu açıqlama isə insanlar arasında metroda qiymətlərin qalxacağı fikirlərini formalaşdırıb.
"Bakı Metropoliteni" QSC-dən Son.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ictimai nəqliyyat üzrə vahid tarif modeli tətbiq olunur. Bununla yanaşı, uzunmüddətli perspektivdə tarif siyasətinin daha ədalətli, əlçatan və iqtisadi cəhətdən balanslı qurulması məqsədi ilə alternativ modellər üzərində analitik işlər aparılır.
Qeyd olunub ki, bu çərçivədə məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif mexanizmləri beynəlxalq təcrübə əsasında qiymətləndirilir, müxtəlif şəhər metropolitenlərinin tətbiq etdiyi modellər öyrənilir və yerli şərtlərə uyğunluğu təhlil olunur:
"Aparılan araşdırmalar hazırda qərar qəbuletmə mərhələsində deyil, lakin onların nəticələri gələcəkdə tarif siyasətinin təkamülü üçün analitik əsas formalaşdıracaq".
Mina Mikayılova Son.az
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 v�
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Lənkəranda idarə etdiyi avtomobillə məktəbli bacı-qardaşı vuraraq öld
Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqət çəkib.
Bir ay əvvəl Gürcüstanda ağır yol qəzası keçirən və xəstəxanada mü
Bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadis
Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Hakim Abdullayev
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
Son hökumət iclasında Paşinyanın xidməti avtomobilinin nömrə nişanları
Aktyor Taleh Yüzbəyovun səmimi etirafı sosial şəbəkələrdə və mediada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli italyan bəstə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər
Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş m
