Ramil Qasımov Kavaradossi partiyasını ilk dəfə ifa edərək 27 illik arzusunun gerçəkləşməsindən danışıb


Kriminal 13 Yan 2026 14:44:00 62 0

Ramil Qasımov Kavaradossi partiyasını ilk dəfə ifa edərək 27 illik arzusunun gerçəkləşməsindən danışıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasını Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasının səhnəsində tamaşaçılara təqdim edib.

Kavaradossi partiyasını ilk dəfə Əməkdar artist Ramil Qasımov ifa edib ki, bu da onun 27 illik arzusunun gerçəkləşməsi olub.

"Xatirimdədir, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C. Puççininin "Toska" operasına baxmışdım. Toska rolunda dövrümüzün canlı əfsanəsi Xuraman Qasımova, Kavaradossi rolunda Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, dirijor pultunda isə musiqi mədəniyyətimizin canlı əfsanəsi Rauf Abdullayev dayanırdı.

Həmin axşam səslənən musiqi məni dərindən heyran etmişdi. Xüsusilə Kavaradossinin ölüm səhnəsi, onun ariyaları və bütövlükdə əsərin musiqi üzərində qurulan dramatik xətti yaddaşıma silinməz iz salmışdı. Elə həmin gün içimdə bir hiss yaranmışdı - bir gün bu partiyanı özüm ifa etmək arzusu. O arzu gerçəyə çevrildi. Mən Kavaradossi partiyasını ifa etdim.

Tamaşanın ilk anlarından etibarən yanımda əziz dostum, çalışdığım Teatrın direktoru, dünya şöhrətli tenor Yusif Eyvazovun səmimi dəstəyini və diqqətini hiss etdim. Dirijor Əyyub Quliyevin yüksək peşəkarlığı, solistlərin vahid ansambl ruhu və ən əsası - səhnə ilə birgə nəfəs alan opera sevərlərin sevgisi bu gecəni mənim üçün daha da dəyərli etdi. Hər birinə dərin təşəkkürümü bildirirəm. Bu, sadəcə bir tamaşa deyil - illər boyu yaşadılan bir arzunun səhnədə canlanması idi.", - deyə opera ifaçısı vurğulayıb.. 

Tamaşada Toska rolunda Əməkdar artist İlahə Əfəndiyeva, Skarpia rolunda isə Əməkdar artist Anton Fershtandt çıxış edib.

Həmçinin tamaşada Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan və Fatimə Məmmədova iştirak ediblər.

Dirijor pultu arxasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyev olub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az

İlham Əliyev Çıldıran kəndində görülmüş işlərlə tanış olub like
  • 13 Yan 14:27  
Siyasət İlham Əliyev Çıldıran kəndində görülmüş işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər

arrow Ətraflı
Prezident Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub like
  • 13 Yan 14:24  
Siyasət Prezident Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliye

arrow Ətraflı
Müəllimlərin NƏZƏRİNƏ:Növbəti mərhələ başlayır like
  • 13 Yan 14:20  
Digərləri Müəllimlərin NƏZƏRİNƏ:Növbəti mərhələ başlayır

İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş m

arrow Ətraflı
Əmrah azərbaycanlı müğənni ilə bağlı paylaşım etdi like
  • 13 Yan 14:14  
Şou-biznes Əmrah azərbaycanlı müğənni ilə bağlı paylaşım etdi

Türkiyənin məşhur müğənnisi Emrah Çinarə Məlikzadə ilə bağlı payla

arrow Ətraflı
Bir ayda ikinci qəza...  Piyadaların həyatı təhlükədədir like
  • 13 Yan 14:03  
Digərləri Bir ayda ikinci qəza... Piyadaların həyatı təhlükədədir

Paytaxtın Xətai rayonu Gəncə prospektində piyadaların təhlükəsizliyi ba

arrow Ətraflı
"Venesuelanın məğlubiyyətində Rusiyanın da rolu var" like
  • 13 Yan 13:43  
Dünya "Venesuelanın məğlubiyyətində Rusiyanın da rolu var"

Rusiyanın Venesuelaya satdığı hava hücumundan müdafiə sistemlərinin fakt

arrow Ətraflı
Xalq artisti övladları ilə FOTOlarını yaydı like
  • 13 Yan 13:28  
Şou-biznes Xalq artisti övladları ilə FOTOlarını yaydı

Xalq artisti Gülyanaq Məmmədova oğlu Fikrətlə bağlı paylaşımı ilə di

arrow Ətraflı
İtkin düşən alpinisti süni intellekt "tapdı" like
  • 13 Yan 12:55  
Digərləri İtkin düşən alpinisti süni intellekt "tapdı"

İtaliyanın Piedmont bölgəsində itkin düşmüş alpinist süni intellektin

arrow Ətraflı
BakıQuba yolunda zəncirvari qəza like
  • 13 Yan 12:44  
Digərləri BakıQuba yolunda zəncirvari qəza

Bakı-Quba avtomobil yolunda zəncirvari qəza olub.

arrow Ətraflı
“Qazı kəsdilər, bu soyuqda odun peçinə möhtac qaldıq”  ŞİKAYƏT like
  • 13 Yan 12:41  
Digərləri “Qazı kəsdilər, bu soyuqda odun peçinə möhtac qaldıq” ŞİKAYƏT

Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli

arrow Ətraflı
Oktay Kaynarca da saxlanıldı like
  • 13 Yan 12:40  
Şou-biznes Oktay Kaynarca da saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərç

arrow Ətraflı
Məşhur çempion xanəndə idmandan UZAQLAŞIR? like
  • 13 Yan 12:30  
Şou-biznes Məşhur çempion xanəndə idmandan UZAQLAŞIR?

Xanəndə Pərviz Qasımovun son açıqlaması maraq doğurub.

arrow Ətraflı
Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək like
  • 13 Yan 12:24  
Digərləri Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək

Misir Mərdanov kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalin

arrow Ətraflı
Elnarə yenə adını "dəyişdi" like
  • 13 Yan 12:20  
Şou-biznes Elnarə yenə adını "dəyişdi"

Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında növbəti dəyişiklik

arrow Ətraflı