Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək


Digərləri 13 Yan 2026 12:24:00 74 0

Ramiz Mehdiyevin yoldaşını Misir Mərdanov əvəz edəcək

Misir Mərdanov kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı əvəzləyəcək. 

Son.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Məlumata əsasən, o, hazırda boş qalan kafedralardan birinə rəhbərlik edəcək. Söhbət daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi Hesablama riyaziyyat kafedrasından gedir. Bildirilir ki, Misir Mərdanov məhz bu kafedranın müdiri kimi fəaliyyətə başlayacaq.

Mənbələrin verdiyi informasiyaya görə, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və "Ramiz Mehdiyev işi"dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir. Universitetə yaxın mənbələr də bu məlumatı təsdiqləyirlər.

Qeyd edək ki, Misir Mərdanov uzun illərdir Azərbaycan elmi və təhsil ictimaiyyətində tanınmış simalardan biridir. O, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsində ali təhsil alıb. Daha sonra elə həmin fakültədə uzun müddət pedaqoji və inzibati fəaliyyət göstərib. 1978-1989-cu illərdə isə M. Mərdanov Mexanika-riyaziyyat fakültəsində dekan müavini vəzifəsində çalışıb. BDU-da sonuncu iş yeri rektor vəzifəsi olub. Məhz bu səbəbdən onun yenidən Mexanika-riyaziyyat fakültəsinə qayıdacağı gözləntilər sırasındadır.

Məlumat üçün bildirək ki, Mexanika-riyaziyyat fakültəsinin tərkibində hazırda 9 kafedra fəaliyyət göstərir. Hazırda onlardan yalnız Hesablama riyaziyyat kafedrasının rəhbəri vəzifəsi boşdur. Bu kafedraya bir müddət əvvələdək Qalina Mehdiyeva rəhbərlik edirdi. Onun işdən çıxarılmasından sonra isə bu strukturda rəhbərlik məsələsi açıq qalıb.

Bakı Dövlət Universitetinin rəsmi saytında da hazırda bu kafedranın müdiri ilə bağlı heç məlumat yenilənməyib. Bu isə yeni təyinatın yaxın zamanda açıqlana biləcəyi ehtimalını artırır. Universitetə yaxın dairələrdə Misir Mərdanovun məhz bu boşluğu dolduracağı ilə bağlı müzakirələr aparıldığı bildirilir.

Bir çoxları hesab edir ki, Misir Mərdanovun bu vəzifəyə gətirilməsi fakültənin elmi və təşkilati işlərinin yenidən aktivləşdirilməsinə töhfə verə bilər. Onun həm akademik, həm də idarəçilik təcrübəsi bu baxımdan mühüm amil sayılır. Xüsusilə, Hesablama riyaziyyat kimi strateji bir sahədə güclü rəhbərliyin vacibliyi vurğulanır.   Məsələ ilə bağlı Misir Mərdanovla əlaqə saxladıq. O hazırda işlərinin qaydasında olduğunu bildirdi: "Yeni təklifləri biraz keçəndən sonra maraqlanarsınız. Qoy qırxı çıxsın (gülür) İlk xəbəri də sizə verərəm".

Bakı Dövlət Universitetində yendən fəaliyyət göstərəcəyini də istisna etməyən keçmiş nazir hər şeyin ola biləcəyini də vurğuladı. 

Hazırda rəsmi qurumlar tərəfindən bu təyinatla bağlı açıqlama verilməsə də, Modern.az-ın əldə etdiyi məlumatlar prosesin artıq son mərhələdə olduğunu göstərir. Gözləntilərə görə, yaxın günlərdə məsələ ilə bağlı rəsmi qərar elan olunacaq.

Elnarə yenə adını "dəyişdi" like
  • 13 Yan 12:20  
Şou-biznes Elnarə yenə adını "dəyişdi"

Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında növbəti dəyişiklik

arrow Ətraflı
Prezident Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib like
  • 13 Yan 12:13  
Siyasət Prezident Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtə

arrow Ətraflı
Əhməddən yeni xəbər var: “Ataanasının yolunu gözləyir" like
  • 13 Yan 12:10  
Digərləri Əhməddən yeni xəbər var: “Ataanasının yolunu gözləyir"

Ailəsini xüsusi amansızlıqla qətlə yetirən Əhməddən yeni xəbər var.

arrow Ətraflı
ŞimalQərb regionunda 1 saat işıq olmayacaq like
  • 13 Yan 12:06  
Digərləri ŞimalQərb regionunda 1 saat işıq olmayacaq

Bu gün 110 kV-luq "Zaqatala-1" hava xəttinin Balakən rayonu ərazis

arrow Ətraflı
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başlayıb like
  • 13 Yan 12:02  
Digərləri Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başlayıb

Bakıda "Şəhidlər Xiyabanı"nda  20  Yanvar faciəsinin otuz beş

arrow Ətraflı
“Azercell” bu gündən qiymətləri artırdı like
  • 13 Yan 11:57  
Digərləri “Azercell” bu gündən qiymətləri artırdı

"Azercell"in ötən il kredit üçün xidmət haqqının artırılmas�

arrow Ətraflı
Dövlət qurumu qara görə xəbərdarlıq etdi  Bu yollar bağlana bilər like
  • 13 Yan 11:54  
Digərləri Dövlət qurumu qara görə xəbərdarlıq etdi Bu yollar bağlana bilər

Yaxın günlərdə Azərbaycan ərazisində əhəmiyyətli dərəcədə hava ş�

arrow Ətraflı
Gömrükdən kələm adı ilə keçirirdilər  İçindən narkotik çıxdı like
  • 13 Yan 11:54  
Digərləri Gömrükdən kələm adı ilə keçirirdilər İçindən narkotik çıxdı

Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər

arrow Ətraflı
Əvvəl göl idi, indi həyətlər su altındadır  ŞİKAYƏT like
  • 13 Yan 11:30  
Digərləri Əvvəl göl idi, indi həyətlər su altındadır ŞİKAYƏT

Abşeron rayon Saray qəsəbəsində evlərə qrunt suları dolur. 

arrow Ətraflı
Prokurorluğa qəbulun nəticələri açıqlandı: 2 müsabiqə, 107 qalib like
  • 13 Yan 11:27  
Digərləri Prokurorluğa qəbulun nəticələri açıqlandı: 2 müsabiqə, 107 qalib

Baş Prokurorluq tərəfindən elan edilən prokurorluq orqanlarına qulluğa q�

arrow Ətraflı
17 milyondan 500 minə: Məşhur şirkət nizamnamə kapitalını yenə azaltdı like
  • 13 Yan 11:25  
Digərləri 17 milyondan 500 minə: Məşhur şirkət nizamnamə kapitalını yenə azaltdı

Azərbaycanda lüks avtomobillərin satışı ilə məşğul olan "Avtolük

arrow Ətraflı
15 yaşlı qıza təcavüz edənlərdən biri tanınmış iş adamının oğlu imiş  İDDİA like
  • 13 Yan 11:20  
Digərləri 15 yaşlı qıza təcavüz edənlərdən biri tanınmış iş adamının oğlu imiş İDDİA

Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda 15 yaşlı qıza qarşı seksual xa

arrow Ətraflı
Ermənistan Rusiya sərhədçilərini ölkədən çıxarır like
  • 13 Yan 11:16  
Dünya Ermənistan Rusiya sərhədçilərini ölkədən çıxarır

Ermənistan hakimiyyəti Rusiya sərhədçilərini Türkiyə sərhədindəki Axu

arrow Ətraflı
Rza Pəhləvinin arvadı ilə görüntüləri gündəm oldu like
  • 13 Yan 11:10  
Dünya Rza Pəhləvinin arvadı ilə görüntüləri gündəm oldu

İranın mühacirətdə olan vəliəhd şahzadəsi Rza Pəhləvinin həyat yolda

arrow Ətraflı
Akopyanın Çin dilində danışması gündəm oldu like
  • 13 Yan 11:00  
Digərləri Akopyanın Çin dilində danışması gündəm oldu

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Çin

arrow Ətraflı