Bir ayda ikinci qəza... Piyadaların həyatı təhlükədədir
Digərləri 13 Yan 2026 14:03:00 60 0
Paytaxtın Xətai rayonu Gəncə prospektində piyadaların təhlükəsizliyi baxımından riskli vəziyyət yaranıb.
Bu xəbəri də oxu: Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başlayıb
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, ərazidə piyadaların hərəkət etdiyi pilləkənlər birbaşa yolun hərəkət hissəsinə birləşir. Nəticədə bir anda yolun hərəkət hissəsinə çıxan vətəndaşlar avtomobilləri idarə edən sürücülərin diqqətinin ümidinə qalır, qəza ehtimalı kəskin artır. Son olaraq yanvarın 11-də axşam saatlarında burada pilləkəndən enən sərnişini maşın vurararaq ağır xəsarətlər yetirib. Mətbuatda yayılmış məlumata görə, bir ay əvvəl, daha dəqiq desək ötən ilin 5 dekabr tarixində də bu keçidin üzərində piyadanı maşın vuraraq öldürüb. Oxşar hadisə ötən ilin avqustunda da baş verib. Bunlar hələ bildiyimiz hadisələrdir.
Vətəndaşların sözlərinə görə, Xəzər dairəsindən Ukrayna dairəsinə doğru hərəkət etdikdə ilk keçid olan bu yerdə yol kənarında marşrut avtobuslarının dayanacağı da var. Orada avtobusların dayanması sürücülərin ani olaraq piyada keçidinə çıxan vətəndaşları görməsini bir qədər də çətinləşdirir. Yolun kənarında səkinin olmaması və hərəkətin təşkilindəki qüsurlar gələcəkdə də ağır hadisələrin baş verməsini qaçılmaz edir.
Mütəxəssislər bildirirlər ki, bu ərazidə yol infrastrukturunda dəyişiklik edilməli, piyadaların hərəkət şəraiti yaxşılaşdırılmalı, müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir.
AYNA-dan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə piyadaların təhlükəsizliyi üçün əsas problem səkilərin olmamasıdır:
"Səki olmadığından yolu keçmək istəyən piyadalar üçün görmə məhdudiyyəti yaranır. Təhlükəsizliklə bağlı məsələnin həlli istiqamətində iş aidiyyatı qurum tərəfindən səkilərin inşası həyata keçirildiyi təqdirdə görülə bilər.
Hərəkət iştirakçıları ərazidə quraşdırılan nişanların və nişanlanma xətlərinin tələblərinə riayət etməlidirlər".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdər
Rusiyanın Venesuelaya satdığı hava hücumundan müdafiə sistemlərinin fakt
Xalq artisti Gülyanaq Məmmədova oğlu Fikrətlə bağlı paylaşımı ilə di
İtaliyanın Piedmont bölgəsində itkin düşmüş alpinist süni intellektin
Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Məmmədli
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərç
Xanəndə Pərviz Qasımovun son açıqlaması maraq doğurub.
Misir Mərdanov kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalin
Müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında növbəti dəyişiklik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtə
Ailəsini xüsusi amansızlıqla qətlə yetirən Əhməddən yeni xəbər var.
Bu gün 110 kV-luq "Zaqatala-1" hava xəttinin Balakən rayonu ərazis
Bakıda "Şəhidlər Xiyabanı"nda 20 Yanvar faciəsinin otuz beş
"Azercell"in ötən il kredit üçün xidmət haqqının artırılmas�
