Fəxri Qasımovun şirkətində 300ə yaxın işçi ixtisar edildi "Aylardır maaşlarını ala bilmirlər"
Digərləri 12 Yan 2026 13:10:00 87 0
"Guavalab" şirkətində işçilər kütləvi ixtisar edilib və əməkdaşlar aylardır maaşlarını ala bilmir.
Bu xəbəri də oxu: Karl Qustav Yunqdan orta yaş böhranı üçün dərman kimi söz: "Həyat 40 yaşında başlayır"
Son.az xəbər verir ki, 2025-ci ilin sentyabr ayında "Guavalab"da təxminən 300 əməkdaş ixtisar edilib.
Bildirilir ki, həmin tarixdən bu günədək sentyabr və oktyabr ayları üzrə əməkhaqları, istifadə olunmamış məzuniyyət ödənişləri və ixtisara görə qanunla nəzərdə tutulan kompensasiyalar əməkdaşlara ödənilməyib.
Məsələ ilə bağlı əməkdaşlar tərəfindən bütün müvafiq dövlət qurumlarına rəsmi müraciətlər edilsə də, indiyədək hər hansı konkret nəticə əldə olunmayıb.
İddialara görə, ixtisardan sonra əməkdaşların əksəriyyəti şirkətin rəsmi məlumat platforması hesab edilən "Telegram" işçi qrupundan çıxarılıb, bununla da onların məlumatlara çıxışı məhdudlaşdırılıb. Qrupda qalan əməkdaşlara isə rəsmi məlumat verilmədiyi, yazışma imkanlarının da ofis rəhbəri Fəxri Qasımov tərəfindən məhdudlaşdırıldığı bildirilir.
Keçmiş əməkdaşların sözlərinə görə, rəsmi direktor Fəxri Qasımova dəfələrlə müraciət edilib. Son dörd ay ərzində dəfələrlə ödənişlərin "bu həftə həyata keçiriləcəyi" bildirilsə də, faktiki olaraq heç bir ödəniş icra olunmayıb. Hazırda isə Fəxri Qasımov əməkdaşların zənglərinə cavab vermir və göndərilən mesajlara baxmır, bu da hər hansı rəsmi kommunikasiya imkanını tamamilə aradan qaldırır.
Bundan əlavə, bir neçə əməkdaşın Orxan Nəsibov və Elxan Nəsibovla "Telegram" və "WhatsApp" vasitəsilə əlaqə saxlamağa çalışdığı, lakin bloklandıqları və yazışmaların qarşılıqlı şəkildə silindiyi qeyd olunur.
Bildirilir ki, rəhbərlik tərəfindən şirkətin bankrot olmadığı və bütün ödənişlərin ediləcəyi deyilsə də, Orxan Nəsibov 2026-cı il yanvarın 9-da rəhbər vəzifəsindən istefa verib.
Şikayətçilər problemin qanuni şəkildə həllinə nail olmaq istəyirlər.
Mina Mikayılova Son.az
Yanvarın 10-u Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerl
Yanvarın 13-də gözlənilən hava proqnozu açıqlanıb.
"Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru
Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb.
Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə olunma
Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyado
"Kızılcık şerbeti" serialında məşhur aparıcı Saba Tümer də
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril
Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma ba
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu
Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti mə
"1ST Construction" şirkətinin dövlət qarşısında külli miqdarda
Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində art�
