“Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir” Yunus Oğuz
Digərləri 12 Yan 2026 12:52:00 92 0
"Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir. Yəni faktiki olaraq ABŞ Rusiyanı və Çini sıradan çıxarıb və dünyanı təkbaşına idarə etmək istəyir. Təbii ki, bunun əsas səbəbi təkcə geosiyasət deyil, həm də geoiqtisadiyyat və geostrateji vəziyyətdir. Bu gün dünyada üç əsas resurs uğrunda mübarizə gedir: enerji resursları, təbii sərvət və mədən ehtiyatları, bir də su hövzələri. Hazırda hər biri uğrunda qlobal miqyasda mübarizə aparılır".
Bu xəbəri də oxu: Pişiyiniz niyə kölgəniz kimi hər yerdə arxanızca gəlir?
Son.az xəbər verir ki, bu fikirləri yazıçı-publisist, siyasi şərhçi Yunus Oğuz Olaylar.az-a açıqlamasında söyləyib:
"Bu gün İranla bağlı çox ciddi proseslər baş verir. Birinci faktor İranın daxilində xalqdır - insanlar ayağa qalxır. İkinci faktor Amerikadır. ABŞ İranla Çin arasında gizli neft ticarətinin qarşısını almaq istəyir. Amerika çox yaxşı bilir ki, əgər Çini ram etmək istəyirsə onda olmayan enerji resurslarının qarşısını almalı və İranla birbaşa danışıqlar aparmaq lazımdı. Amerika İranda siyasi və ideoloji rejimi birmənalı şəkildə dəyişmək istəyir. Amma Çin dəyişmək istəmir. Bilirsiniz ki, Çindən və Hindistandan üç marşrut üzrə məhsul daşınır. Bunlardan biri baha da olsa Qırmızı dəniz üzərindən, ikincisi demək olar ki, artıq Rusiya sıradan çıxarılıb. Üçüncü marşrut Şimal Buzlu okeanı üzərindən həyata keçirilir ki, bu da xeyli xərc tələb edir. Dördüncü marşrut isə Çinin təklif etdiyi "Bir kəmər, bir yol" layihəsidir və bu yol Azərbaycandan keçir. Məhz bu səbəbdən Azərbaycan geosiyasi baxımdan mühüm mövqedədir. Azərbaycan isə dünyada şaxələndirilmiş yaşıl enerji layihəsini həyata keçirir. Amerika istəmir ki, İran kimi ideoloji rejimə malik bir ölkənin sərhədləri üzərindən məhsullar daşınsın. Bu onun üçün strateji risk yaradır. Maraqlı tərəfi odur ki, bu məsələdə Rusiya İranın əleyhinə mövqe tutur. Nəyə görə? Çünki əgər Amerika İran-Çin neft axınını kəsərsə, Rusiya Çinə daha çox neft sata biləcək. Ona görə də ABŞ İranla bağlı birbaşa danışıqlar və ya təzyiqlər yolu ilə bu axını dayandırmaq niyyətindədir. Burada başqa bir aktor da var - Avropa. Tramp Qrenlandiya mövzusu ilə Avropanın diqqətini yayındırır və bu məsələ istəsə də, istəməsə də Avropanı parçalayır. Dördüncü güclü faktor isə Türkiyədir. Türkiyədə də siyasi rejimi dəyişmək istəyən qüvvələr var. Lakin ölkənin daxili problemləri mövcuddur - xüsusilə kürd məsələsi. Türkiyə hazırda diqqətini əsasən Suriyaya yönəldib, amma İranı da yaxından izləyir. Əsas sual budur: bu aktorlar bir-biri ilə necə razılaşacaqlar?
Bilirsiniz ki, məsələn Çin Venesuela neftinin təxminən 80 faizini alırdı. İndi bunu Amerika satacaq. Eyni ssenari İran üçün də hazırlanır: Çin neft almaq istəyəndə onu Amerikadan alsın. Ona görə də düşünürəm ki, gec-tez ABŞ İrana müdaxilə edəcək. Ola bilsin, bu çox yaxın zamanda baş versin. Bu müdaxilə nəticəsində Amerika İranda ideoloji və siyasi rejimi dəyişəcək. Əgər İran buna razı olmazsa, vəziyyət çox ağırlaşacaq. İran siyasi və iqtisadi islahatlara getsə federativ dövlət yaranacaq. Molla rejimi də bunu istəmir, çünki son nəticədə, bu ölkənin parçalanması deməkdir.Ona görə də,dövləti xalqlar həbsxanasına çevirib. Şahın oğlunun hakimiyyətə gətirilməsi məsələsi də gündəmdədir. Məncə, bu daha çox İsrailin oyunudur. Amma Tramp açıq şəkildə bildirib ki, "ondan dövlət başçısı olmaz".
Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb.
Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə olunma
Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyado
"Kızılcık şerbeti" serialında məşhur aparıcı Saba Tümer də
Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril
Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma ba
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu
Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti mə
"1ST Construction" şirkətinin dövlət qarşısında külli miqdarda
Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində art�
Kanal S TV-də yayımlanan "Aysu ilə Şou" verilişinin aparıcısı
Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tut
