Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Digərləri 12 Yan 2026 12:00:00 94 0
Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində artım qeydə alınıb. Ən çox bahalaşma Səbail və Yasamal rayonlarında müşahidə olunub. Ən zəif artım isə Qaradağ və Pirallahıda olub.
Bu xəbəri də oxu: İrakli Qaribaşvili həbs olundu
Bəs bu il üçün proqnoz nədir?
Son.az xəbər verir ki, rieltor Anar Rəfiyevin sözlərinə görə, ən çox qiymət artımı çıxarışı olan torpaq sahələrində müşahidə olunur:
"Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir. Xəzərin sahilindəki evlərin qiyməti də mərkəzdəki evlərin qiymətinə yaxınlaşıb. Buna səbəb isə bağ evlərinin istirahət üçün tikilməsi artıq populyarlaşıb. Lakin belə bir faktor var ki, əmlaka çox baha qiymət qoyanda ona maraq azalır".
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki,hər hansı yeni tikinti sahəsinin icrası ərazidəki torpaq sahəsinin və bütünlükdə daşınmaz əmlakın qiymətinin artımına səbəb olur:
"Bakı şəhərinin baş planı 2040-cı ilədək həyata keçməsi elə bir zərurət yaradır ki, torpaq sahələri daha çox tələb olunsun. Buna görə də torpaq sahələrinin qiyməti gələn ildə də artımı olacağı gözlənilir".
Ekspert qeyd edir ki, 2026-cı ildə bir çox sənədsiz yaşayış evlərinin rəsmiləşdirilməsi gözlənilir. Bu proses torpağın təyinatının dəyişdirilməsi əsasında həyata keçirilə bilər.
Aysel Əkbər Son.az
Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tut
Əməkdar artist Aybəniz Haşımova anası ilə bağlı paylaşım edib.
Son illər süni intellekt texnologiyalarının sürətlə yayılması və demə
Dünya şöhrətli aktyor Ceki Canın son açıqlaması geniş rezonans doğurub
2026-cı il bir çox bürc üçün emosional yenilənmə, taleyüklü tanışlı
Pirəkəşkül və Ağdərədə 12-16 yanvar tarixlərində müddəti başa çat
Məşhur aparıcı Fulya Öztürk ilə müğənni Hadise arasında sosial şəb�
Türkiyədə əlverişsiz hava şəraiti gündəlik həyata mənfi təsir göst�
Baltanı cinayət alətinə çevirməklə xuliqanlıq etməkdə ittiham olunan X
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Yanvarın 16-da Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam K
Lökbatanda 66 yaşlı kişi dəm qazından boğularaq ölüb.
