“Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun...”
Digərləri 25 Dek 2025 09:52:00 75 0
"Bir anlıq gördüm ki, torpaq üzümə gəldi. Sonra özümü itirdim, nələr olduğunu bilmədim. Gözümü açanda baxdım ki, havadan asılı dayanmışam".
Bu xəbəri də oxu: “Azərbaycan dili dərslərinin saatları artırılmalıdır”
Son.az xəbər verir ki, bunu "Baku TV"yə açıqlamasında ötən ilin bu günü AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Tofik Devrişov deyib.
"Kəməri açdım, üzüaşağı yerə düşdüm. Əlim bütün qan idi. Oğlumu çağırdım, "hə, ata" dedi, gördüm ki, sağdır. Elə bil dünyanı mənə verdilər. Bu faciəni yaşayan bilər. Allahdan arzu edirəm ki, heç kəs bunu yaşamasın.
Bir anda təyyarədə titrəyiş oldu. Həmin vaxt qalxdı, buludlara girdi. Artıq elə bir vəziyyət idi ki, tullanmaq da mümkün deyildi. Həmin vaxt Hökumə xanım dedi ki, sərt eniş olacaq, özünüzü möhkəm tutun və başınızı qabaq oturacağa sıxın.
Hadisədən sonra sol qolum və ayağım işləmədi. İndi ayağım yaxşıdır, amma qolum 50% işləyir, yuxarı qalxmır", - deyə o əlavə edib.
Samir Devrişov isə bildirib ki, hadisə zamanı hamını həyəcan bürümüşdü: "Komandanı verdilər, təyyarə yerə çırpıldı. O an atam məni çağırdı, cavab verdim. Bir anlıq huşum itmişdi, amma sonradan tam özünə gəldi. Təyyarədən çıxanda Zaqataladan bir qız da dedi ki, xahiş edirəm, məni də çıxarın. Ayağından zədə almışdı, qışqırırdı. Ondan qan çox gedirdi. Ora köməyə çox insan gəlmişdi. Biz çox böyük faciədən çıxmışıq. Bu, möcüzədir".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-i Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
"Höküməsiz keçən bir ili təsvir belə edə bilmərəm. İllər keçs�
Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi ar
Rusiyanın 62 yaşlı Xalq artisti Qriqori Leps 19 yaşlı nişanlısı Avrora K
Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a m
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında AZAL faciəsinin ildö
Vanna otağını təmiz saxlamaq təkcə estetika deyil, həm də gigiyena məs�
Taxta qaşıqlar uzun illərdir mətbəxlərin ayrılmaz hissəsidir. Ancaq son
Orta yaş dövründə özünə inamın azalması gələcəkdə demensiya riskini
Mütəxəssislər bildirirlər ki, boğaz ağrısı hər zaman dərman istifadə
Türkiyəli aktyor Ozan Akbabanın həyat yoldaşı Buket Akbabanın səhhətind
Yakutiyada mənfi 50 dərəcə selsi temperaturun gözlənildiyi barədə xəbə
Mətbəxdə gigiyenanı təmin etmək cihazlara müntəzəm qulluq etməkdən ba
Məşhur amerikalı aktyor Pet Finn xərçənglə uzun sürən mübarizədən s
