AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı Milli Qəhrəmanların məzarları ziyarət edilib FOTO
Digərləri 25 Dek 2025 09:40:00 64 0
Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri Xiyabanda ekipaj üzvlərinin məzarlarını ziyarət edilib.
Bu xəbəri də oxu: Onlara vəzifə verildi
Son.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, AZAL prezidenti Samir Rzayev və AZAL əməkdaşları, mərhumların ailə üzvləri İkinci Fəxri xiyabanda qəzada həyatlarını itirən Milli Qəhrəmanlar Hökümə Əliyeva, İqor Kşnyakin, Aleksandr Kalyaninovun məzarlarını ziyarət ediblər.
Xatırladaq ki, 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə ("AZAL") məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.
İnsan tələfat və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib və 29 nəfərin həyatını xilas etmək mümkün olub. Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumat daxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyata keçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardım göstərilib.
İlkin hesabat aşağıdakı faktları təsdiq edir:
1. 25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapmışdır.
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında AZAL faciəsinin ildö
Vanna otağını təmiz saxlamaq təkcə estetika deyil, həm də gigiyena məs�
Taxta qaşıqlar uzun illərdir mətbəxlərin ayrılmaz hissəsidir. Ancaq son
Orta yaş dövründə özünə inamın azalması gələcəkdə demensiya riskini
Mütəxəssislər bildirirlər ki, boğaz ağrısı hər zaman dərman istifadə
Türkiyəli aktyor Ozan Akbabanın həyat yoldaşı Buket Akbabanın səhhətind
Yakutiyada mənfi 50 dərəcə selsi temperaturun gözlənildiyi barədə xəbə
Mətbəxdə gigiyenanı təmin etmək cihazlara müntəzəm qulluq etməkdən ba
Məşhur amerikalı aktyor Pet Finn xərçənglə uzun sürən mübarizədən s
Ötən il AZAL-a məxsus "Embraer 190" təyyarəsinin Aktauda qəzaya
"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran haqqında aparılan
Azərbaycan hökuməti yerli icra hakimiyyəti başçılarının tabeliyində f�
