Vüqar Qurbanov əslində nə demişdi? Təcili yardım fərqli çalışacaq
Digərləri 20 Dek 2025 10:55:00 71 0
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun 2025-ci ilin yekunlarına və gələcək planlarına dair brifinqdə təcili tibbi yardımla bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə narazılığa səbəb olub.
Son.az xəbər verir ki, bəzi paylaşımlarda sanki TƏBİB təcili tibbi yardımı bilərəkdən gec göndərirmiş kimi rəy yaradılır ki, bu isə həqiqəti əks etdirmir.
Vüqar Qurbanov brifinqdə bildirib ki, təcili tibbi yardım müraciətləri kateqoriyalara bölünür. İzah edib ki, təcili yardım resursu çox dəyərli və həyati təhlükə olan hallara yönəldilməli olan bir xidmətdir. Məhz bu məqsədlə gələn ilin əvvəlindən çağrı mərkəzlərində daha təkmil və sistemli mexanizmin tətbiqi nəzərdə tutulur. Yeni sistem çərçivəsində hər bir xəstənin çeşidlənməsi aparılacaq.
Onun sözlərinə görə, çeşidlənmə zamanı vətəndaşın zəng zamanı bildirdiyi şikayətlər əsasında ona konkret suallar ünvanlanacaq və simptomlara uyğun olaraq çağırışın dərəcəsi müəyyən ediləcək:
"Məsələn, vətəndaş yalnız 37 dərəcə qızdırmasının olduğunu bildirirsə, bu hal həyat üçün təhlükə yaratmayan simptom kimi qiymətləndirilə bilər və çağırış aşağı prioritetlə qeydə alınar".
Qeyd edilib ki, çağırışlarda sıxlıq olmadığı hallarda təcili tibbi yardım daha qısa müddətdə göndərilir. Lakin sıxlıq zamanı prioritet çağırışlara üstünlük verilir və ilk növbədə həyati təhlükə yaradan hallara müdaxilə olunur:
"Yüngül qızdırma, arterial təzyiqin ölçülməsi kimi hallarda isə təcili tibbi yardımın müəyyən müddət ərzində gecikməsi mümkündür".
Vüqar Qurbanov nəzərə çatdırıb ki, kritik hallarda təcili tibbi yardımın gecikməsi ilə bağlı son dövrlərdə şikayətlərin sayı xeyli azalıb:
"Növbəti ildən elektron sistemin tam tətbiqindən sonra isə təcili tibbi yardımla bağlı mövcud sıxlığın aradan qalxacağı gözlənilir".
Mina Mikayılova Son.az
Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında gör
Müğənni Şəbnəm Tovuzlu özünə təm-təraqlı doğum günü partisi edib
Dekabr ayı bəzi bürclər üçün maliyyə baxımından sürprizlərlə yadda
Şaxta baba Yeni İlin əsas simvoludur. Mifiklərə əsasən, o, ağ saçlı, y
Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictim
Xəbər verdiyimiz kimi, Kürdəmirdə məktəblini elektrik cərəyanı vurub.
Tanınmış vəkil Turan Abdullazadə meyxanaçı Rəşad Dağlının amnistiyay
Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun qəbirüstü abidəsi haz
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Sosial mediada Ömrü Sultani adı ilə tanınan bloger Sultanova Tünzalə ilə
Müğənni bacılar Sevil və Sevinc "Öz aramızda" verilişinin qona
ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hav
Türkiyə mətbəxinin sevilən dadlarından biri olan fındıq lahmacun nazik x
Sosial mediada məzmun istehsalçısı olan İnza aclıq çəkmədən 23 kilo ar
