Rəşad Dağlı ilə bağlı AÇIQLAMA
Şou-biznes 20 Dek 2025 10:04:00 95 0
Tanınmış vəkil Turan Abdullazadə meyxanaçı Rəşad Dağlının amnistiyaya düşməməsi barədə etirazlara aydınlıq gətirib.
Bu xəbəri də oxu: Şəbnəm Tovuzlunun 400 nəfərlik dəbdəbəli ad günündən görüntülər
Son.az bildirir ki, T.Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, Rəşad Dağlı amnistiyaya düşmür, çünki o ağır cinayət törətdiyinə görə məhkum olunub.
"Məhz bu səbəbdən, təəsüflər olsun ki, amnistiya aktı məşhur meyxanaçı Rəşad Dağlı və bu qəbildən olan məhkumlara şamil olunmur. Amnistiya aktına əsasən, ilk dəfə ağır cinayət törətdiklərinə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilə bilər. Yəni azadlıqdan məhrumetmə cəzasının qalan müddəti 6 aydan çox olmasaydı, Rəşad Dağlı azad edilə bilərdi. Qeyd edim ki, amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş anti-terror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Göründüyü kimi, ağır və xüsusilə, ağır cinayətlərə görə məhkum olunanlar istisna olmaqla, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub", - vəkil bildirib.
Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun qəbirüstü abidəsi haz
Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Sosial mediada Ömrü Sultani adı ilə tanınan bloger Sultanova Tünzalə ilə
Müğənni bacılar Sevil və Sevinc "Öz aramızda" verilişinin qona
ABŞ ordusu Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə qarşı hav
Türkiyə mətbəxinin sevilən dadlarından biri olan fındıq lahmacun nazik x
Sosial mediada məzmun istehsalçısı olan İnza aclıq çəkmədən 23 kilo ar
Qırmızı çuğundur mürəbbəsi həm ənənəvidir, həm də az tanınır.
"Luna" qəbəli müğənni Aygün Sultəliyeva yaşadığı ağır h
İlin hər ayı üçün interyerdə, geyimdə, aksessuarlarda və manikürdə is
Yeni ildə hansı rənglərdə geyinmək xoşbəxtliyi, pulu və sevgini uzaqla�
Müğənni və model Müjgan Ayxan sənət yoluna necə başladığı ilə bağl
Eggnog yeni il və Milad dövründə ən çox hazırlanan klassik qış içkilə
Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metrostansiyası avtom
