5 min növ arasından dünyanın ən yaxşı pendiri seçildi
Digərləri 24 Noy 2025 04:04:00 80 0
İsveçrədə keçirilən Dünya Pendir Müsabiqəsində 5 minə yaxın pendir növü arasında birinci yerə İsveçrə istehsalı yetişmiş Gruyère layiq görülüb.
Bu xəbəri də oxu: Samirin ailəsinin son durumu açıqlandı
Son.az xəbər verir ki, münsiflər heyəti pendirin unikal aroması və uzun davam edən dadına görə ona tam bal verib.
Son.az xəbər verir ki, dağ südçülük təsərrüfatında istehsal olunan yetişmiş Gruyère, güclü aroması və balanslı quruluşu ilə rəqiblərini geridə qoyub. Münsiflər pendirin nadir rast gəlinən aromatik keçidləri və ağızda buraxdığı uzun dad profilinin qərarda həlledici rol oynadığını vurğulayıb.
Finalda pendiri dəyərləndirən britaniyalı mütəxəssis Perry Wakeman dadı belə təsvir edib: "Ağızda yağlı karamellə qovrulmuş şəkərin notları hiss olunur. Ədviyyat, meyvə və yüngül kömür dadının birləşməsi çoxqatlı bir aroma yaradır. Üç fərqli pendir dadandan sonra belə bu pendirin dadı hələ də damaqda qalırdı."
Dəyərləndirmə zamanı bütün pendirlər üzərində heç bir işarə olmayan ağ masalarda təqdim edilib. Manchego, Brie, Parmesan, Gouda kimi klassik növlərlə yanaşı, inək, qoyun, camış, dəvə və hətta eşşək südündən hazırlanan qeyri-adi pendirlər də yarışmada yer alıb. Bəzilərinin çiçəklərlə bəzədilmiş rəngli qabıqları belə münsiflərin diqqətini çəkib.
Gruyère istehsalçısı Pius Hitz ənənəvi istehsal balansını qorumaq üçün istehsal gücünü artırmağı düşünmədiklərini deyib. O, birinci yerin "illərin zəhmətinin qarşılığı" olduğunu bildirib.
Beynəlxalq nüfuza malik Dünya Pendir Müsabiqəsi hər il fərqli ölkədə təşkil olunur. 2026-cı il yarışması isə İspaniyanın Kordoba şəhərində keçiriləcək.
Lalə Qüdrətova Son.az
Böyrək sağlamlığını qorumaq üçün bəzən səhərlər etdiyimiz kiçik
Azərbaycanda ailədaxili münasibətlərin vəziyyətini göstərən son statis
Yatmazdan əvvəl nəyi və nə vaxt yemək orqanizmin sağlamlığı və yuxunu
Bakının Yasamal rayonunda yanan binada tüstüdən zəhərlənərək ölən Mi
Dünya kakao bazarında qiymətlər yenidən yüksəlib. Mütəxəssislər xəb
Çin təqviminə görə 2026-cı il fevralın 17-dən "At ili" başlay
Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapıs
Güney Azərbaycan aşıq məktəbinin tanınmış nümayəndəsi, "canlı
Məşhur türk serialı Kral Kaybederse barədə gözlənilən qərar rəsmən
Mütəxəssislər soyuqdəymə və qrip mövsümündə itburnu çayının faydal
Elektrik xərclərini gizlicə artıran 8 cihaz müəyyən edilib. Mütəxəssis
Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik
Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak görüşdən son
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı növb
