Aİnin Ukrayna münaqişəsinə dair sülh planının TAM MƏTNİ


Siyasət 23 Noy 2025 22:10:00 78 0

Aİnin Ukrayna münaqişəsinə dair sülh planının TAM MƏTNİ

Avropa İttifaqı Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik sülh planı ilə çıxış edib.

Son.az xəbər verir ki, Britaniyanın "The Telegraph" nəşri sənədin tam versiyasını dərc edib.

Qəzetin məlumatına görə, Aİ-nin irəli sürdüyü təkliflər aşağıdakılardır:

Münaqişə dayandırıldıqdan sonra etibarlı sülh və təhlükəsizlik üçün xüsusi tədbirlər görüləcək. Rusiya və Ukrayna havada, quruda və dənizdə atəşkəsə əməl etməyi öhdəsinə götürür. Moskva və Kiyev atəşkəsə riayət edilməsi ilə bağlı üçüncü ölkələr tərəfindən nəzarətin təşkilini dərhal müzakirə etməyə başlayır. Atəşkəsə nəzarəti ABŞ-ın rəhbərliyi altında Ukraynanın müttəfiqləri həyata keçirəcək. Monitorinq əsasən peyklər, PUA-lar və digər texniki vasitələrlə məsafədən aparılacaq. Tərəflərin atəşkəs pozuntuları barədə hesabat təqdim edə biləcəyi və vəziyyəti düzəltmək üçün tədbirləri müzakirə edəcəyi mexanizm yaradılacaq. Rusiya bütün deportasiya olunmuş ukraynalı uşaqları geri qaytaracaq. Bu proses beynəlxalq tərəfdaşlar tərəfindən nəzarət altında aparılacaq. Moskva və Kiyev hərbi əsirləri "hamı-hamıya" prinsipi ilə dəyişəcək, Rusiya bütün saxlanılan mülki şəxsləri azad edəcək. Ərazi məsələləri hazırkı təmas xətti əsasında müzakirə olunacaq. Davamlı atəşkəs əldə edildikdən sonra tərəflər humanitar yardım tədbirlərinə başlayacaq. Ukraynanın suverenliyi təsdiqlənəcək. Kiyev heç bir halda neytrallığa məcbur edilməyəcək. Ukrayna ABŞ-ın və NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər hüquqi cəhətdən təmin edilmiş təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna Silahlı Qüvvələrinə və ölkənin müdafiə sənayesinə heç bir məhdudiyyət qoyulmayacaq. UAvropa ölkələri və digər maraqlı dövlətlər kraynanın təhlükəsizliyinin təminatçıları olacaq. Ukrayna öz ərazisində müttəfiq qüvvələr yerləşdirmək hüququna malik olacaq. Alyansın bütün üzvlərinin razılığı olduğu halda Ukraynanın NATO-ya üzvlüyü mümkün hesab ediləcək. Ukrayna Avropa İttifaqına üzv olacaq. Ukrayna nüvə silahından imtina öhdəliyini və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini yerinə yetirməyə davam edəcək. Ərazi məsələləri Rusiya ilə danışıqlar yolu ilə, tam atəşkəs əldə edildikdən sonra həll ediləcək. Ərazi məsələləri razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna həmin sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyini öhdəsinə götürəcək. Ukrayna ABŞ-ın iştirakı ilə Zaporojye AES üzərində nəzarəti bərpa edəcək, Kaxovka SES üzrə nəzarətin təhvil mexanizmi yaradılacaq. Ukrayna Dnepr çayı boyunca maneəsiz gəmi hərəkəti hüququ əldə edəcək. Kiyev və tərəfdaşları iqtisadi əməkdaşlığı heç bir məhdudiyyət olmadan davam etdirəcək. Ukrayna tam bərpa ediləcək və zərərin ödənilməsi üçün maliyyə kompensasiyası alacaq. Rusiya aktivləri isə Moskva Ukraynaya dəymiş ziyanı ödəyənə qədər dondurulmuş vəziyyətdə qalacaq. Rusiyaya qarşı sanksiyalar davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər, lakin sülh razılaşması pozularsa, yenidən bərpa ediləcək. Avropada təhlükəsizlik məsələləri üzrə danışıqlar bütün ATƏT ölkələrinin iştirakı ilə başlanacaq. (APA)

Son.az  

Yermak: ABŞ nümayəndə heyəti ilə ilk görüş çox məhsuldar keçib like
  • 23 Noy 22:04  
Dünya Yermak: ABŞ nümayəndə heyəti ilə ilk görüş çox məhsuldar keçib

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak görüşdən son

arrow Ətraflı
Zelenski: “Sülh ləyaqətli olmalıdır” like
  • 23 Noy 22:01  
Dünya Zelenski: “Sülh ləyaqətli olmalıdır”

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı növb

arrow Ətraflı
Rubio: “İndiyə qədər ən məhsuldar görüşümüz oldu” like
  • 23 Noy 21:59  
Dünya Rubio: “İndiyə qədər ən məhsuldar görüşümüz oldu”

ABŞ Dövlət katibi Marko Rubio Cenevrədə jurnalistlərə davam edən danış

arrow Ətraflı
Trampdan Zelenskini qəzəbləndirəcək Ukrayna açıqlaması like
  • 23 Noy 21:44  
Digərləri Trampdan Zelenskini qəzəbləndirəcək Ukrayna açıqlaması

ABŞ Prezidenti Donald Tramp Cenevrədə davam edən sülh danışıqları zaman

arrow Ətraflı
Restoran danışdı, 300 nəfəri dəvət etdi, sonda məclis olmadı like
  • 23 Noy 21:28  
Şou-biznes Restoran danışdı, 300 nəfəri dəvət etdi, sonda məclis olmadı

Əməkdar artist Ruhəngiz Allahverdiyeva ad günü üçün böyük məclis tə�

arrow Ətraflı
Samirin ailəsinin son durumu açıqlandı like
  • 23 Noy 21:11  
Digərləri Samirin ailəsinin son durumu açıqlandı

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı həlak olan Sami

arrow Ətraflı
Saxta hesablar ifşa olunacaq?  “X”dən yenilik like
  • 23 Noy 20:55  
Digərləri Saxta hesablar ifşa olunacaq? “X”dən yenilik

"X" sosial media platforması istifadəçilərin yerləşdiyi ölkəni

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 23 Noy 20:20  
Digərləri Bu yolda sürət həddi endirildi

Hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zı�

arrow Ətraflı
BakıQazax yolunda sıxlıq yaranıb like
  • 23 Noy 19:50  
Digərləri BakıQazax yolunda sıxlıq yaranıb

Bakı-Qazax yolunda yaranan sıxlığın aradan qaldırılması üçün YPX əm�

arrow Ətraflı
Rus ordusu bu bölgəni İTİRDİ like
  • 23 Noy 19:25  
Digərləri Rus ordusu bu bölgəni İTİRDİ

Ukrayna qüvvələri Pokrovskun mərkəzi rayonlarını təmizləyib və rus hə

arrow Ətraflı
Rəqsanədən xəbərdarlıq: “İctimaiyyəti çaşdırmayın”  FOTO like
  • 23 Noy 19:18  
Şou-biznes Rəqsanədən xəbərdarlıq: “İctimaiyyəti çaşdırmayın” FOTO

"Bəzi səhifələrə və özünü "media" kimi təqdim edən pro

arrow Ətraflı
25 yaşlı qadın dərmandan zəhərləndi like
  • 23 Noy 19:10  
Digərləri 25 yaşlı qadın dərmandan zəhərləndi

Göygöldə qadın dərmandan zəhərlənib.

arrow Ətraflı
"Əli Xameneiyə qarşı suiqəsd hazırlanır" like
  • 23 Noy 19:00  
Digərləri "Əli Xameneiyə qarşı suiqəsd hazırlanır"

Xarici düşmənlər İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xameneiyə qar

arrow Ətraflı
Hizbullahın Baş Qərargah rəisi öldürüldü like
  • 23 Noy 18:48  
Dünya Hizbullahın Baş Qərargah rəisi öldürüldü

Hizbullah Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilot

arrow Ətraflı