Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar
Digərləri 21 Noy 2025 07:35:00 78 0
Dünyanın ən uzunömürlü cəmiyyətlərindən ilhamlanaraq hazırlanan xüsusi makaron resepti sosial mediada böyük marağa səbəb olub. Adətən yüksək karbohidrat tərkibli olduğu üçün mütəxəssislər tərəfindən çox tövsiyə olunmayan makaron bu reseptlə bütün fikirləri alt-üst edib. TikTok-da 660 mindən çox izləyicisi olan italiyalı şef Francesco Mattana izləyiciləri ilə "100 yaşına qədər yaşadan makaron" adlandırdığı reseptini paylaşıb.
Bu xəbəri də oxu: Keçmiş deputat Mehdiyevə aşiq imiş
Son.az xəbər verir ki, italyan şef Mattana hazırladığı tagliatelle primavera reseptini belə təsvir edir: "Sardinya mətbəxinin əsas tərkiblərindən olan lobya və paxlalılarla zəngin, sadə, amma olduqca qidalandırıcı bir yemək."
Şefin sözlərinə görə, yaşıl lobya və noxudun aroması, pomidor, limon, reyhan və nanənin təravəti, pecorino pendirinin özünəməxsus dadı bu yeməyi tamamilə bənzərsiz edir.
Mattana həmçinin bu tərəvəz qarışığının qızardılmış çörəyin üzərində və ya sobada bişirilən balıq üçün dadlı bir əsas kimi də istifadə edilə biləcəyini bildirir.
İtaliyanın Sardinya adası dünya üzrə "Mavi Bölgə" olaraq tanınan ilk ərazidir. Bu bölgələr sakinlərinin çox uzun ömürlü olması ilə məşhurdur.
Statistikaya görə, Sardiniyada hər 100 min nəfərdən təxminən 33,6-sı 100 yaşını keçir. Bu göstərici bölgəni yüz yaşlıların sıxlığı baxımından dünya liderinə çevirir.
Ənənəvi Sardinya pəhrizi tam taxıllı çörək, paxlalılar, bağ tərəvəzləri, meyvələr və zeytun yağı ilə zəngindir.
Bölgə sakinləri daha çox otla qidalanan qoyunların südündən alınan, omega-3 ilə zəngin pecorino pendirini istehlak edirlər. Ət isə əsasən yalnız bazar və xüsusi günlərdə yeyilir.
Uzunömürlü Makaronun Resepti
300 q tagliatelle makaronu
1/4 pırasa
2 diş sarımsaq
3 x.q. noxud
1 ovuc yaşıl lobya
1 ovuc kiçik pomidor
Evlərdə tez-tez istifadə olunan aromatik bitkilərdən biri olan dəfnə, əs
Süngərlərin rəngi onların hansı səthlər üçün istifadə edilməli oldu
Unutqanlıq son illərdə nəinki yaşlı insanlarda, hətta gənclərdə də ge
Ürək-damar xəstəlikləri dünyada ən çox görülən ölüm səbəblərind�
Son zamanlar sosial şəbəkələrdə satılan müxtəlif "diyetik hazır q
Vitamin və qida əlavələri bazarı sürətlə böyüsə də, mütəxəssislə
Meyxanaçı Vüqar Əbdülov həmkarı Namiq Qaraçuxurlu və Namiq Məna ilə b
Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəv
Mütəxəssislər insan orqanizmində qocalma prosesinin bütün yaşlarda eyni
Baş rollarını Sinem Ünsalla Ozan Akbabanın paylaşdığı "Uzak şehir
Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə h
Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev du
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üz
Dünəndən bəri Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidləri S
