İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir
Digərləri 21 Noy 2025 01:06:00 85 0
Abşeronun Xırdalan şəhərində yaşayan, iki azyaşlı uşağın anası Rəvanə Mehdiyeva dünyasını dəyişən həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilmədiyini bildirir.
Bu xəbəri də oxu: Zaxarova Ukrayna dilində çağırış etdi: Qaçın, oğlanlar!
Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Rəvanə Mehdiyeva 10 ildən çox qeyri-rəsmi nikahda yaşadığı Samir Mustafayevin bir il əvvəl vəfat etdiyini, lakin bu günə qədər onun rəsmi ölüm şəhadətnaməsini əldə edə bilmədiyini deyir. Kirayədə yaşayan ailənin hər hansı sosial təminatı yoxdur və iki azyaşlı uşağın bütün məsuliyyəti gənc ananın üzərinə düşüb.
Sənədin olmaması ailənin durumunu daha da ağırlaşdırıb. Hazırda xadimə işləyən Rəvanə aldığı minimal maaşla həm kirayə pulunu, həm gündəlik xərcləri, həm də uşaqların ehtiyaclarını qarşılamağa çalışır.
Qadın aidiyyəti qurumlardan məsələnin araşdırılmasını, həyat yoldaşının ölüm sənədinin verilməsi prosesinin sürətləndirilməsini və uşaqların sosial müdafiə hüquqlarının bərpasını xahiş edir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, müraciət araşdırılacaq.
Ədliyyə Nazirliyindən də qeyd olunub ki, vətəndaşın şikayəti araşdırılacaq və nəticə barədə məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: Son.az
Mütəxəssislər insan orqanizmində qocalma prosesinin bütün yaşlarda eyni
Baş rollarını Sinem Ünsalla Ozan Akbabanın paylaşdığı "Uzak şehir
Çindən gətirilən avtomobillərin daşınma qiymətlərində son bir neçə h
Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev du
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üz
Dünəndən bəri Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidləri S
"Növbəti sertifikatlaşdırma mərhələsində 35 faiz əmsalından deyil
Dünyada nadir rast gəlinən Cayuga ördəyinin yumurtası həm görünüşü,
Qış aylarında evdəki radiator yalnız istilik mənbəyi deyil, düzgün isti
"Şəhərdə oturanda elə gözəl qızlar görürəm ki... Düşünürəm
"Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır".
Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərin
"Bayati şiraz"ı belə süni intellektlə düzəldiblər. İrad da bi
