“2030cu ilə qədər 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq”
Digərləri 21 Noy 2025 00:18:00 77 0
"Növbəti sertifikatlaşdırma mərhələsində 35 faiz əmsalından deyil, vahid əmsaldan istifadə etməyi planlaşdırırıq. Müxtəlif dövlət qurumlarının birgə qərarı əsasında bu əmsal dəqiqləşdiriləcək və yəqin ki, bu, müəllimin əməkhaqqısının artmasına səbəb olacaq".
Bu xəbəri də oxu: Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək
Son.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin "Diqqət mərkəzində" verilişində deyib.
O bildirib ki, mərhələli şəkildə 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq:
"Müəllimimizin oturmağa yeri belə yoxdur. Ən yaxşı halda öz sinfi olan müəllimlərimiz var, onların da dərs saatı çoxdur. 12-13 saat dərsi olan müəllimin öz iş otağı yoxdur. Buna görə də, müəllimin rifahını yüksəldək deyəndə ilk növbədə maaşını yüksəldək, daha sonra işə aidliyini, motivasiyasını yüksəldək və iş şəraitini yaxşılaşdıraq deyirik".
Nazir qeyd edib ki, tam ştata keçən müəllimin aylıq əməkhaqqısı orta əməkhaqqıdan 2 dəfə çox olarsa və 20 min müəllim bu əməkhaqqını alarsa, təhsildə köklü islahatların başlanğıcı qoyulacaq:
"Tam ştatlı müəllim həftəlik 30-36 işləyəcək, onun 18-24 saatı tədrislə məşğul olacaq. Təbii ki, bu bütün müəllimlərin bir hissəsidir, qalan müəllimlər yenə də saathesabı dərs deməyə davam edəcəklər. Çünki biz kiçik məktəbləri bu sistemə keçirə bilməyəcəyik, söhbət böyük məktəblərdən gedir".
Emin Əmrullayev əlavə ki, proses üçün infrastruktur imkanları mövcuddur, yeni infrastruktur da yaradılacaq:
"Müəllim öz iş yeri ilə qürur duymalıdır, həvəslə iş yerinə gəlməlidir. Müəllim dərsdən əlavə olaraq, başqa müəllimin dərsini dinləyib tövsiyələr verə bilər. Şagirdlər üçün metodoloji tövsiyələr hazırlaya bilər".
Dünyada nadir rast gəlinən Cayuga ördəyinin yumurtası həm görünüşü,
Qış aylarında evdəki radiator yalnız istilik mənbəyi deyil, düzgün isti
"Şəhərdə oturanda elə gözəl qızlar görürəm ki... Düşünürəm
"Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır".
Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərin
"Bayati şiraz"ı belə süni intellektlə düzəldiblər. İrad da bi
Bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyy
Bakıda fəaliyyət göstərən "Caspian International" Hospitalda ça
Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbinin direktoru İlah�
Əməkdar artist Mətanət İsgəndərli Səma və Səbinə bacılarının onun
Günlük həyatın yorucu ritmi, texnologiyanın həddindən artıq istifadəsi
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən rəsmi olaraq diplomati
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ç
Sosial Xidmətlər Agentliyi "Təmiz Dünya" Qadınlara Yardım İB-d�
