Kömür kimi qara yumurtalar qızıldan da dəyərlidir: 195 manata satılır
Digərləri 21 Noy 2025 00:12:00 80 0
Dünyada nadir rast gəlinən Cayuga ördəyinin yumurtası həm görünüşü, həm də xüsusiyyətləri ilə kolleksiya məhsullarını belə kölgədə qoyur. Tamamilə qara rəngi ilə seçilən bu xüsusi yumurtalar son dövrdə qlobal bazarda böyük maraq cəlb edir. Yalnız üzvi təsərrüfatlarda və məhdud sayda istehsal edilən Cayuga yumurtaları yüksək antioksidant tərkibi ilə də diqqət çəkir.
Bu xəbəri də oxu: Robot Putin üçün rəqs etdi VİDEO
Son.az xəbər verir ki, xaricdə satışa çıxarılan 12 ədədlik Cayuga yumurtası paketi 114,84 dollara təklif olunur. Bu da hazırkı məzənnə ilə təxminən 195 manat edir. Bir yumurtanın qiyməti isə təxminən 16 manata bərabərdir. Bu səbəbdən Cayuga yumurtası bəzi ölkələrdə "qızıldan da dəyərli" adlandırılır.
Cayuga ördəyinin yumurtalarının ən diqqətçəkən xüsusiyyəti onların kömür kimi qara qabığa sahib olmasıdır. Bu rəng ördəyin genetik piqment quruluşundan qaynaqlanır. Yumurtalar təzə olanda demək olar ki, mürəkkəb qədər qara olur, inkubasiya müddəti uzandıqca isə rəng açılaraq boz tonlara keçir. Yüksək qida dəyərinə malik Cayuga yumurtaları zülal, təbii antioksidant və yaxşı xolesterin baxımından olduqca zəngindir.
Cayuga ördəklərinin istehsalı məhdud olduğundan yumurta məhsuldarlığı də aşağıdır. Üzvi şəkildə bəslənən və geniş sahələrdə yetişdirilən bu cins digər ördək növləri ilə müqayisədə il ərzində daha az yumurta qoyur. Bu səbəbdən yumurtaların qiyməti hər il artmağa davam edir.
Qış aylarında evdəki radiator yalnız istilik mənbəyi deyil, düzgün isti
"Şəhərdə oturanda elə gözəl qızlar görürəm ki... Düşünürəm
"Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır".
Sığınacaqda qalan yeniyetmə qız itkin düşüb.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərin
"Bayati şiraz"ı belə süni intellektlə düzəldiblər. İrad da bi
Bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyy
Bakıda fəaliyyət göstərən "Caspian International" Hospitalda ça
Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbinin direktoru İlah�
Əməkdar artist Mətanət İsgəndərli Səma və Səbinə bacılarının onun
Günlük həyatın yorucu ritmi, texnologiyanın həddindən artıq istifadəsi
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ tərəfindən rəsmi olaraq diplomati
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ç
Sosial Xidmətlər Agentliyi "Təmiz Dünya" Qadınlara Yardım İB-d�
Ford şirkəti 27 ildən sonra rəsmi olaraq Focus avtomobilinin istehsalını d
