Fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlandı
Digərləri 20 Noy 2025 12:27:00 74 0
2026-cı ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlanıb.
Bu xəbəri də oxu: “Moskva danışıqlara açıqdır”
Bu barədə Son.az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Yaz fəsli Azərbaycana martın 20-si saat 18:45:53-ə daxil olacaq
Bildirilib ki, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. Bu zaman Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur. Həmin gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.
Sentyabrın 23-ü gecə ilə gündüz bərabərləşəcək
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 21 saat 45 dəqiqə 01 saniyə olacaq.
Qış fəsli Azərbaycana Bakı vaxtı ilə dekabrın 22-si saat 00:50:09-da daxil olacaq
2026-cı ildə qış fəsli Azərbaycana Bakı vaxtı ilə dekabrın 22-si saat 00:50:09-da daxil olacaq. Bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi müşahidə olunacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq. Fəslin uzunluğu 88 gün 23 saat 34 dəqiqə 27 saniyə təşkil edəcək.
ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilən və Ceffri Ep�
Olaylar.az xəbər verir ki, tanınmış yazıçı-publisist Yunus Oğuzun dörd
Biznes qurmaq və müxtəlif şəxsləri işə düzəltmək adı ilə aldadaraq
Oğuz şəhərində küçələrin ənənəvi qaydada hər il olduğu kimi əsasl
"Mərkəzdə istifadə olunan avadanlıqların böyük bir hissəsi robotik
Son dövrlərdə uşaq qidalarına olan tələbat nəzərəçarpacaq dərəcəd�
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan
"Miss Universe 2025" beynəlxalq gözəllik müsabiqəsində xoşagəl
Bu məqalə Baku Network üçün beynəlxalq ticarət və qlobal iqtisadi təhl�
Gürcüstanda 20 hərbçinin ölümü ilə nəticələnən C-130 hərbi-nəqliyy
"YouTube" mobil tətbiqində tamamilə yeni mesajlaşma funksiyasını
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Amerika-Səudiyyə biznes
ABŞ Dövlət katibinin müavini Allison Huker Şəhidlər xiyabanını ziyarət
"Elgizlə izlə" verilişində gözlənilməz anlar yaşanıb. Proqram
"Bakı Şəbəkəsi" İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrədd
