Səhv seçim körpəyə baha başa gələ bilər Pediatr xəbərdarlıq edir
Digərləri 20 Noy 2025 11:42:00 77 0
Son dövrlərdə uşaq qidalarına olan tələbat nəzərəçarpacaq dərəcədə artıb. Valideynlər körpələr üçün keyfiyyətli və təhlükəsiz yemək almağa çalışdıqca qiymətlər də artır.
Bu xəbəri də oxu: Qayınana kürəkəninə böyrəyini verdi
Bəs uşaq yeməkləri seçərkən nələrə diqqət edilməlidir?
Son.az xəbər verir ki, pediatr Günay Məhərrəmovanın sözlərinə görə, düzgün seçilməyən qida körpədə həzm problemi və allergiyaya səbəb ola bilər:
"Əsas seçim ana südüdür. Lakin bəzi istisna hallar vardır ki, bu zaman həkim tərəfindən uşaqlara süni qidalar təyin olunur. Qidaları valideynlər yox, həkimlər təyin etməlidirlər".
Valideynlər isə bildirirlər ki, körpənin aylıq qidalarına 180-200 manat, xüsusi qidaya ehtiyac olduqda isə 250 manata qədər vəsait tələb olunur:
"Uşaq yeməkləri çox bahadır. Hər valideynin gücü çatmır o yeməkləri almağa, qiymətlər necə deyərlər kəllə-çarxdır".
İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, qiymətin bu qədər yüksək olmasının əsas səbəbi bu məhsulların ölkəmizə xaricdən idxal olunması ilə bağlıdır:
"Yerli istehsalla bağlı stimullaşdırıcı addımlar atılarsa, həm qiymət sabitliyi yaranar, həm də bazarda rəqabət formalaşar. Belə olan halda valideynlərin üzərinə düşən yük bir qədər azalmış ola bilər".
Aysel Əkbər Son.az
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan
"Miss Universe 2025" beynəlxalq gözəllik müsabiqəsində xoşagəl
Bu məqalə Baku Network üçün beynəlxalq ticarət və qlobal iqtisadi təhl�
Gürcüstanda 20 hərbçinin ölümü ilə nəticələnən C-130 hərbi-nəqliyy
"YouTube" mobil tətbiqində tamamilə yeni mesajlaşma funksiyasını
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Amerika-Səudiyyə biznes
ABŞ Dövlət katibinin müavini Allison Huker Şəhidlər xiyabanını ziyarət
"Elgizlə izlə" verilişində gözlənilməz anlar yaşanıb. Proqram
"Bakı Şəbəkəsi" İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrədd
Şəmkir şəhərində aparılan yoxlama zamanı satışda külli miqdarda saxta
Türkiyəli aktrisa Hazal Kaya yenilənmiş görünüşü ilə sosial şəbəkə
Süd demək olar ki, hər evin əsas qida məhsullarından biridir. Lakin mütə
Ev işlərində ən çox rast gəlinən problemlərdən biri də krantlarda əm�
Qış aylarının sevimlisi olan qaz tüklü gödəkçələr yüngül, isti və
Dünyada ən çox içilən içkilərdən biri olan çay səhv formada qəbul edi
