“Bakı Şəbəkəsi” İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib VİDEO FOTO


Digərləri 20 Noy 2025 10:18:00 74 0

“Bakı Şəbəkəsi” İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib  VİDEO  FOTO

"Bakı Şəbəkəsi" İB Milli Qəhrəman, şəhid jurnalist Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib.

"Bakı Şəbəkəsi" Araşdırmalar və Təhlil İctimai Birliyinin rəhbərliyi 20 noyabr 1991-ci ildə Qarakənd səmasında erməni terrorçuları tərəfindən vurulmuş helikopterdə faciəli şəkildə həlak olmuş jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Şahbazovun ailə üzvlərinə baş çəkib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində terror qurbanı olmuş şəhid jurnalistlərin xatirəsinə həsr olunan layihə çərçivəsində Fəxrəddin Şahbazovun ailə üzvləri ilə birgə xatirəsi anılıb.

İctimai Birliyin rəhbəri Elçin Ağacanov bildirib ki, şəhid jurnalistləri yad etmək üçün bir sıra layihələr həyata keçirilib və proses gələcəkdə də davam etdiriləcək: "Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Baku Network" Analitik Mərkəzi tərəfindən icra olunan "Azərbaycan əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" layihəsi çərçivəsində bu ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində şəhid jurnalistlərin xatirəsinə həsr edilən tədbir keçirilib, sərgi təşkil edilib. Fransanın nüfuzlu siyasətçiləri, ictimai xadimlər, Avropanın aparıcı media qurumlarının nümayəndələri və digər tanınmış şəxslərin iştirakı ilə keçirilən tədbirdə braşurlar da paylanılıb. Məqsədimiz erməni terrorunu bir daha dünyaya tanıtmaq, Azərbaycanın haqq və ədalət savaşını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi".

"Bakı Şəbəkəsi" Araşdrımalar və Təhlil İctimai Birliyinin layihə direktoru Sahil Kərimli isə bildirib ki, şəhidlərimizin, xüsusilə də peşə borcunu yerinə yetirərkən erməni terrorunun qurbanı olan media nümyəndələrinin xatirəsi bizim üçün daim əzizdir: "Biz Fransada keçirilən tədbirdə bir daha dünyaya çatdırdıq ki, erməni işğalçıları mülki insanlara qarşı müharibə cinayətləri törədiblər. İstər 1-ci Qarabağ müharibəsi zamanı, istərsə də 44 günlük Vətən Müharibəsi dövründə erməni terrorçuları mülki şəxsləri, jurnalistlərimizi qətlə yetiriblər. Biz şəhidlərimizin əziz xatirəsini uca tutaraq bu həqiqətləri dünyaya çatdırmaq istədik. Bu gün də, gələcəkdə də bu kimi layihələr davam etdiriləcək".

Şəhid jurnalistin həyat yoldaşı Nəsibə Şahbazova bildirib həyat yoldaşı çox ağır təbiətli, zəhmətkeş, qayğıkeş, ailəsinə, xüsusilə də dostlarına məsuliyyətli, dostcanlı, anasını, atasını, ailəsini sevən, valideynlərinə böyük hörmətlə yanaşan biri idi. Düzdür, hər gün eyni söhbəti edirik, amma hər il noyabrın 20-si bizim üçün ən ağır gündür. Bizim ailə Fəxrəddinsiz yaşadı. Uşaqlar Fəxrəddinsiz böyüdü. Fəxrəddinin övladları ilə bağlı nə boyda arzuları var idi. Allah prezidentimizin canını sağ eləsin. Düşünürəm ki, onun "dəmir yumruğ"u olmasa idi, bu qədər möhkəm olmazdıq. Hamı o "dəmir yumruq" ətrafında birləşdi, bütün azərbaycan xalqı, igidləri prezidentimizi dəstəklədi. Prezidentimizin yanındayıq. O, "dəmir yumruğ"unu bir dəfə hamıya göstərdi. Mənə elə gəlir ki, biz bird aha müharibə görmərik.

Fəxrəddin Şahbazovun qızı Əminə Şahbazova isə deyib ki, atası şəhid olanda yaşı az olduğundan onu xatırlamır: ancaq xırda epizodlar yadımızda qalıb.Hamısı da çox gözəl xatirələrdir. Hələ uşaq yaşlarımızdan bizimlə maraqlanmağı az da olsa, yadımdadır. Çəkilişdən qayıtıdıqdan sonra çəkdiklərini bizə göstərirdi. Uşaqlıqdan qürur hissi ilə böyümüşük. Hara getmişiksə, Milli Qəhrəman övladı adı başımızın üstündə olub. O necə Vətənə layiq olmaq üçün bu yola giribsə, biz də ona, adına, Vətənə layiq yaşamağa çalışmışıq. Biz sonadək o adla yaşayacğıq.


Xəbərə aid video

Saxta araqlar satan mağaza aşkarlandı  FOTO like
  • 20 Noy 10:00  
Digərləri Saxta araqlar satan mağaza aşkarlandı FOTO

Şəmkir şəhərində aparılan yoxlama zamanı satışda külli miqdarda saxta

arrow Ətraflı
Məşhur aktrisanı LAĞA QOYDULAR: "Dişləri ağzına böyükdür" like
  • 20 Noy 09:26  
Şou-biznes Məşhur aktrisanı LAĞA QOYDULAR: "Dişləri ağzına böyükdür"

Türkiyəli aktrisa Hazal Kaya yenilənmiş görünüşü ilə sosial şəbəkə

arrow Ətraflı
Südü illərdir soyuducuda səhv yerdə saxlayırmışıq like
  • 20 Noy 08:41  
Digərləri Südü illərdir soyuducuda səhv yerdə saxlayırmışıq

Süd demək olar ki, hər evin əsas qida məhsullarından biridir. Lakin mütə

arrow Ətraflı
Krantdakı ərpi belə aradan qaldırın: Həm ucuz, həm təbii like
  • 20 Noy 08:08  
Digərləri Krantdakı ərpi belə aradan qaldırın: Həm ucuz, həm təbii

Ev işlərində ən çox rast gəlinən problemlərdən biri də krantlarda əm�

arrow Ətraflı
Paltaryuyana cəmi üç damla əlavə edin: Gödəkçəniz ilk günkü kimi olacaq like
  • 20 Noy 07:35  
Digərləri Paltaryuyana cəmi üç damla əlavə edin: Gödəkçəniz ilk günkü kimi olacaq

Qış aylarının sevimlisi olan qaz tüklü gödəkçələr yüngül, isti və

arrow Ətraflı
Azərbaycanlıların ən sevimli içkisi qaynar qəbul ediləndə xərçəng yaradırmış like
  • 20 Noy 07:08  
Digərləri Azərbaycanlıların ən sevimli içkisi qaynar qəbul ediləndə xərçəng yaradırmış

Dünyada ən çox içilən içkilərdən biri olan çay səhv formada qəbul edi

arrow Ətraflı
Orqan qədər vacibdir  Balans pozulanda xəstəliklər ağır yaranır like
  • 20 Noy 06:06  
Digərləri Orqan qədər vacibdir Balans pozulanda xəstəliklər ağır yaranır

Son illər adını çox eşitdiyimiz mikrobiota anlayışı bədənimizdə, xü

arrow Ətraflı
Metanol zəhərlənməsi ilə bağlı xəbərdarlıq like
  • 20 Noy 04:04  
Digərləri Metanol zəhərlənməsi ilə bağlı xəbərdarlıq

Alkoqol qəbulundan 12-48 saat sonra yaranan görmənin dumanlanması, göz qar�

arrow Ətraflı
Hər kəsin etdiyi təhlükəli səhv: Bu yeməkləri ikinci dəfə isitməyin! like
  • 20 Noy 02:02  
Digərləri Hər kəsin etdiyi təhlükəli səhv: Bu yeməkləri ikinci dəfə isitməyin!

Bəzi qidaların təkrar qızdırılması sağlamlıq üçün ciddi risk yarada

arrow Ətraflı
“Moskva danışıqlara açıqdır” like
  • 20 Noy 01:29  
Digərləri “Moskva danışıqlara açıqdır”

"Rusiya Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqları davam

arrow Ətraflı
Zelenski ABŞnin sülh planı fonunda mövqeyini açıqladı like
  • 20 Noy 01:26  
Dünya Zelenski ABŞnin sülh planı fonunda mövqeyini açıqladı

Ukrayna anlamlı formatlarda sülhün bərqərar olması üçün işləməyə ha

arrow Ətraflı
Qışda qadınlarda istəksizliyin səbəbi açıqlandı like
  • 20 Noy 01:01  
Digərləri Qışda qadınlarda istəksizliyin səbəbi açıqlandı

Soyuq aylarda seksual istəkdə azalma bir neçə amillə bağlıdır.

arrow Ətraflı
Bu üsulla soyuducunuz bir də buzlamayacaq like
  • 20 Noy 00:50  
Digərləri Bu üsulla soyuducunuz bir də buzlamayacaq

Evdə ən vacib məişət texnikalarından biri olan soyuducunun zaman keçdikc

arrow Ətraflı