Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Digərləri 19 Noy 2025 12:06:00 62 0
Noyabrın 18-19-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki "Diri Baba" türbəsinə, İsmayıllı rayonundakı "Basqal" Dövlət Tarix-Mədəniyyət və "Lahıc" Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib. Səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.
Bu xəbəri də oxu: Cəlilabadın bu kəndlərində işıq yoxdur
Ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan və dövlət mühafizəsinə götürülən "Diri Baba" türbəsində jurnalistlərə məlumat verilib ki, türbə 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən birinin şərəfinə tikilib. Türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verir.
"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda media mənsublarına bildirilib ki, qoruq İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir. "Basqal" Qoruğu ərazisində tarixi müdafiə istehkamları, 1531-ci ildə inşa edilən Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına aid Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, XVII əsrə aid tarixi hamam, sənətkarlıq karxanaları, tarixi evlər kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Basqal həm də 500 ilə yaxın yaşı olan, 1563-cü ildə əkilmiş tarixi çinar ağacı ilə məşhurdur.
Bildirilib ki, Dövlət Turizm Agentliyi "Basqal" Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir. 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfər çərçivəsində "Basqal" Qoruğu ərazisinə də baş çəkib, burada aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.
Son dövrlərdə Basqalda sayca üçüncü küçə tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib, mərasim evi yaradılıb. Bununla yanaşı, Qoruğun ərazisində XIX əsrin ortalarında inşa edilmiş Hacı Bədəl məscidində, İkinci Dünya müharibəsi dövründə İtaliyada partizan kimi döyüşlərdə iştirak etmiş Məmməd Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi ərazisində bərpa və konservasiya işləri davam etdirilir.
Mediaturda iştirak edən jurnalistlər "Basqal" Qoruğu ərazisində kəlağayı istehsalı emalatxanasında ustalarla görüşərək ipəyin boyanması və kəlağayının qəliblənməsi proseslərini yaxından izləyiblər. Bildirilib ki, 2014-cü ildə "Qadın baş örtüyü Kəlağayının hazırlanması və simvolikası" UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Sonda qonaqlar Basqal mətbəxinin incisi, Basqal halvasının hazırlanması prosesi ilə tanış olublar. "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğunda mediatur iştirakçılarına bildirilib ki, qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qoruq ərazisində dövlət mühafizəsinə götürülmüş onlarla tarixi yaşayış evi yerləşir.
"Honda" 256 mindən çox avtomobilini geri çağırır.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinə "Geran-2"
"Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş
Reper Orxan Zeynallı 3 günlük konsert proqramı ilə səhnəyə çıxmağa ha
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Lənkəranda qadına qarşı zorakılıq hadisəsi baş verib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayənd
Sosial şəbəkələrdə qadınlara şirnikləndirici təkliflər edilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətin
Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz
Toyota ailə dostu funksionallığı və müasir zərifliyi ilə yenilənmiş Co
Paytaxtın Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksinin ərazisin
"2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 ay
Xəbər verdiyimiz kimi, Azərbaycan rəqs sənətinin əfsanəsi, xalq artisti,
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampl
