30 min manata analıq təklif olunur Kirayə, bilet pulu da verilir: Qanun nə deyir?
Digərləri 19 Noy 2025 11:30:00 77 0
Sosial şəbəkələrdə qadınlara şirnikləndirici təkliflər edilir.
Bu xəbəri də oxu: Bank sektorunda tarixi rekord: Depozitlər ilk dəfə bu həddə çatdı!
Son.az xəbər verir ki, tiktok-da edilən paylaşımlarda qadınlara Gürcüstanda daşıyıcı ana olmaq imkanı yaradılacağı və bunun müqabilində 18 min dollar pul ödənəcəyinə dair vəd verirlər. Hətta, qadın daha gəncdirsə ona ödənən məbləğ daha çox olur. Bu ödənişdən əlavə təyyarə bileti, gediş-gəliş və qalmaq xərcləri də qarşılanır.
Kişi sonsuz olanda süni mayalanma köməyə çatır, qadın sonsuz olanda isə vəziyyət dəyişir. Əgər qadının uşaqlığı olduğu halda yumurtalıqları fəal deyilsə, övlad dünyaya gətirə bilmir. Əgər cütlük uşaq istəyirsə mütləq surroqat anaya ehtiyac olur. Bu səbəbdən də sosial şəbəkələrdə belə təkliflər ortaya çıxır.
Genetik cəhətdən ana yumurtası və ata sperması vasitəsilə mayalanmış, 3-5 günlük inkişaf mərhələsində olan embrion onu dünyaya gətirməyə razı olan surroqat ananın bətninə yerləşdirilir. Uşaq doğulduqdan sonra bioloji valideynlərinə təhvil verilir.
Bəs bu prosesə nəzarət hüquqi müstəvidə necə tənzimlənir?
"Ailə Məcəlləsində "surroqat ana" anlayışı mövcud olsa da, bu prosesin bütün mərhələlərini tənzimləyən konkret hüquqi norma yoxdur. Surroqat ananın hüquqları və öhdəlikləri, doğulacaq uşağın sonrakı hüquqi statusu, eləcə də bu məsələləri əhatə edən "Reproduktiv sağlamlıq haqqında" qanunun hələ də qəbul edilməməsi səbəbindən, surroqat analıq məsələsi qanunvericilik müstəvisində tənzimlənməmiş qalır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda qadın sonsuzluğunun sayında artım var. Qadın sonsuzluğu diaqnozu təyin edilən xəstələrin sayı 2022-ci ildə 1 688, 2023-cü ildə isə 2 026 nəfər olub.
İsmayıl Son.az
Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz
Toyota ailə dostu funksionallığı və müasir zərifliyi ilə yenilənmiş Co
Paytaxtın Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksinin ərazisin
"2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 ay
Xəbər verdiyimiz kimi, Azərbaycan rəqs sənətinin əfsanəsi, xalq artisti,
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Trampl
Müharibənin artıq aydın cəbhə xətləri olmayan, tankların deyil, alqorit
"Vikipediyanın yaradıcısı" kimi tanınan Cimmi Ueyls verdiyi son m
Mərkəzi Bank son illərdə bank sektorunun maliyyə dayanıqlığının artır
"WhatsApp" iOS istifadəçiləri üçün beta versiyada multihesab də
Ölkəmizin rəqəmsallaşma siyasəti artıq formalaşıb və dövlətin rəqə
Aktyor Billi Bob Tornton keçmiş həyat yoldaşı Ancelina Colinin qanını da�
"Caspian International" Hospitalın bir qrup vəzifəli şəxsi həkim
Türkiyənin Bursa şəhərində midye yedikdən sonra halı pisləşən 4 gənc
