Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır Politoloq rəyi


Siyasət 17 Noy 2025 12:25:00 55 0

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır  Politoloq rəyi

Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanın əlaqələrinin sürətlə genişlənməsi regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına səbəb olur. Bu dinamika, xüsusilə, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən sonra daha da güclənib və yeni regional konsepsiyaların aktuallaşmasına gətirib çıxarıb.

Son.az xəbər verir ki, bu barədə politoloq Rufiz Hafizoğlu AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaşanan proseslər fonunda Azərbaycanın həm Cənubi Qafqazda super dövlət, Yaxın Şərqdə vasitəçi, Avropada etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi, eyni zamanda Mərkəzi Asiya platformalarında paralel aktiv iştirakı artıq adi diplomatiya çərçivəsindən kənara çıxır. Politoloq bunu "ikiqat identiklik" adlandırılan yeni geopolitik model kimi qiymətləndirib.

"Azərbaycanın coğrafi mövqeyi onu tarixən həm Qafqaz regionunda, həm də Xəzər hövzəsi və Türk dünyası daxilində koordinasiya edən körpü dövlətinə çevirib. Bu amil ölkə rəhbərliyi tərəfindən strateji şəkildə və yüksək siyasi ustalıqla istifadə olunub. Artıq Azərbaycan, sadəcə, körpü rolunda çıxış etmir, regional sistemin identiklik və təsir gücünə sahib aktoruna çevrilib", - deyə Rufiz Hafizoğlu vurğulayıb.

O qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda faktiki şəkildə yeni güc mərkəzidir. Eyni zamanda, Mərkəzi Asiyada və geniş mənada Türk dünyasında yalnız enerji və nəqliyyat baxımından deyil, siyasi və ideoloji baxımdan da birləşdirici funksiyanı yerinə yetirir.

"Türk Dövlətləri Təşkilatı, Türk İnvestisiya Fondu, türk zirvələri, sadəcə, mədəni əməkdaşlıq platformaları deyil, eyni zamanda, siyasi və iqtisadi koordinasiya mexanizmlərinin yaradılması istiqamətində strateji addımlardır. Azərbaycan bu prosesin ən aparıcı dayaqlarından biridir", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, Çin-Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa xəttini birləşdirən Orta Dəhliz artıq təkcə nəqliyyat infrastrukturu deyil, "geosiyasi dəhliz" statusu qazanır və bu marşrutda Azərbaycanın rolu həlledicidir.

"Münaqişə ocağı" imicini arxada buraxan Azərbaycan, öz gücü ilə beynəlxalq hüququ bərpa edərək yeni regional şərtləri diktə edən dövlət statusu qazanıb. Bu, Bakı ilə əməkdaşlığı Mərkəzi Asiya ölkələri üçün daha da cəlbedici edir, eyni zamanda, Qərb üçün Azərbaycanın etibarlı tərəfdaş kimi rolunu gücləndirir.

Politoloq hesab edir ki, Azərbaycan Cənubi Qafqazı "lokal zona"dan çıxararaq daha geniş geosiyasi məkanlara inteqrasiya etdirə bilib ki, bu da ölkənin ən mühüm strateji nailiyyətlərindən biridir.

Rufiz Hafizoğlunun fikrincə, bu gün Azərbaycan Mərkəzi Asiya üçün həm Türkiyə ilə əməkdaşlığın platforması, həm də Rusiyadan asılılığın azaldılmasında alternativ siyasi vektordur. "Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiya platformalarında paralel fəallığı "ikiqat identiklik" modelini nəzəri düşüncə olmaqdan çıxararaq real strateji xəttə çevirir", - deyə o bildirib.

R.Hafizoğlu sonda qeyd edib ki, proses bu dinamika ilə davam edərsə, yaxın illərdə Azərbaycan təkcə Cənubi Qafqazın lideri deyil, bütün Türk dünyasında və Avrasiya məkanında sistemqurucu aktor kimi çıxış edəcək: "Bu halda "ikiqat identiklik" anlayışı, sadəcə, akademik termindən ibarət olmayacaq, Azərbaycanın yeni dövlət konsepsiyasının əsasını təşkil edəcək".

Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir?  AÇIQLAMA  FOTO like
  • 17 Noy 12:19  
Digərləri Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir? AÇIQLAMA FOTO

Azərbaycanda son günlər ərzində sosial şəbəkələrdə "9990" v

arrow Ətraflı
Nanə susqunluğunu pozdu: 3 ay sonra... like
  • 17 Noy 12:00  
Şou-biznes Nanə susqunluğunu pozdu: 3 ay sonra...

Tele-aparıcı Nanə Ağamalıyeva uzun müddət sonra sosial şəbəkə hesabı

arrow Ətraflı
Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib  FOTO like
  • 17 Noy 11:25  
Digərləri Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib FOTO

Noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda

arrow Ətraflı
"Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur" like
  • 17 Noy 10:53  
Siyasət "Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur"

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə re

arrow Ətraflı
DSX əməkdaşı buna görə ölübmüş  DETALLAR like
  • 17 Noy 10:45  
Digərləri DSX əməkdaşı buna görə ölübmüş DETALLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölü

arrow Ətraflı
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb like
  • 17 Noy 10:40  
Siyasət Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Üm

arrow Ətraflı
Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək  TƏŞVİŞƏ DÜŞMIYİN like
  • 17 Noy 10:35  
Digərləri Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək TƏŞVİŞƏ DÜŞMIYİN

17-21 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə

arrow Ətraflı
Axi̇l qalxanı Tayfun raketlərinə qarşı: görünməz müharibədə kim üstün gələcək? like
  • 17 Noy 10:22  
Siyasət Axi̇l qalxanı Tayfun raketlərinə qarşı: görünməz müharibədə kim üstün gələcək?

Beynəlxalq münasibətlər tarixində elə anlar olur ki, bir-birindən ayrı g

arrow Ətraflı
Maşın alverçilərinə bəd xəbər  Qaydalar dəyişdi like
  • 17 Noy 10:12  
Digərləri Maşın alverçilərinə bəd xəbər Qaydalar dəyişdi

Gələn ildən bütün maşınların qiymətində artım olacaq. Bahalaşma yanv

arrow Ətraflı
Yazıçı Anar yayılan görüntülərdən danışdı  "Xatırlamıram..." like
  • 17 Noy 10:06  
Digərləri Yazıçı Anar yayılan görüntülərdən danışdı "Xatırlamıram..."

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar R

arrow Ətraflı
Bakının iki qəsəbəsində işıq olmayacaq  Bu tarixdə like
  • 17 Noy 09:22  
Digərləri Bakının iki qəsəbəsində işıq olmayacaq Bu tarixdə

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri

arrow Ətraflı