Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib FOTO


Digərləri 17 Noy 2025 11:25:00 61 0

Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib  FOTO

Noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən "Çin Ziyarətçiləri Sammiti" (China Visitors Summit) keçirilib. 

Son.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev  cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. 

O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə "China Ready" konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. 

Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb. 

Çin Xalq Respublikasının səfiri Lu Mey bildirib ki, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətlə inkişaf edib. Çin və Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib. 

O qeyd edib ki, bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür. Səfir vurğulayıb ki, bu kimi tədbirlər Çin və Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

"China Visitors Summit" Çin turizm şirkətlərinin iştirakı ilə hər il dünyanın müxtəlif ölkələrində keçirilərək ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilən beynəlxalq platforma kimi çıxış edir. 

Bakıda ilk dəfə təşkil olunan tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. 


Xəbərə aid fotolar

"Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur" like
  • 17 Noy 10:53  
Siyasət "Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur"

Azərbaycan bu gün 100 faizlik genişzolaqlı internet əhatə dairəsi ilə re

arrow Ətraflı
DSX əməkdaşı buna görə ölübmüş  DETALLAR like
  • 17 Noy 10:45  
Digərləri DSX əməkdaşı buna görə ölübmüş DETALLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölü

arrow Ətraflı
Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb like
  • 17 Noy 10:40  
Siyasət Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Üm

arrow Ətraflı
Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək  TƏŞVİŞƏ DÜŞMIYİN like
  • 17 Noy 10:35  
Digərləri Pirəkəşkül və Ağdərədə partlayış səsləri eşidiləcək TƏŞVİŞƏ DÜŞMIYİN

17-21 noyabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə

arrow Ətraflı
Axi̇l qalxanı Tayfun raketlərinə qarşı: görünməz müharibədə kim üstün gələcək? like
  • 17 Noy 10:22  
Siyasət Axi̇l qalxanı Tayfun raketlərinə qarşı: görünməz müharibədə kim üstün gələcək?

Beynəlxalq münasibətlər tarixində elə anlar olur ki, bir-birindən ayrı g

arrow Ətraflı
Maşın alverçilərinə bəd xəbər  Qaydalar dəyişdi like
  • 17 Noy 10:12  
Digərləri Maşın alverçilərinə bəd xəbər Qaydalar dəyişdi

Gələn ildən bütün maşınların qiymətində artım olacaq. Bahalaşma yanv

arrow Ətraflı
Yazıçı Anar yayılan görüntülərdən danışdı  "Xatırlamıram..." like
  • 17 Noy 10:06  
Digərləri Yazıçı Anar yayılan görüntülərdən danışdı "Xatırlamıram..."

Sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar R

arrow Ətraflı
Bakının iki qəsəbəsində işıq olmayacaq  Bu tarixdə like
  • 17 Noy 09:22  
Digərləri Bakının iki qəsəbəsində işıq olmayacaq Bu tarixdə

Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri

arrow Ətraflı
İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib  FOTO like
  • 17 Noy 09:02  
Siyasət İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib FOTO

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında 17 Noyabr - Milli Dirç

arrow Ətraflı
Nə çovdar, nə də kəpəkli… Ən sağlam çörək bunlar imiş like
  • 17 Noy 08:41  
Digərləri Nə çovdar, nə də kəpəkli… Ən sağlam çörək bunlar imiş

Son illərdə xəstəliklərin artması ilə sağlam qidalanmaya maraq da yüks�

arrow Ətraflı
Kiberdələduzların yeni fırıldağı  "İş təklifi" like
  • 17 Noy 08:08  
Digərləri Kiberdələduzların yeni fırıldağı "İş təklifi"

"İş təklifi" adı altında bank kartlarının icarəyə götürülm

arrow Ətraflı