Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırıldı


Digərləri 14 Noy 2025 18:14:00 84 0

Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırıldı

Amerika Birləşmiş Ştatlarında (Kaliforniyanın Sakramento şəhərində) yaşayan, özünü siyasətçi kimi təqdim edən Vaqif Cəfər oğlu Allahverdiyev Baş Prokurorluğa çağırılıb.

Son.az "Teleqraf"a istinadən xəbər verir ki, ABŞ-də "Viktor Aleksandr" kimi təsbit olunmuş, təqsirləndirilən şəxs, 1952-ci il təvəllüdlü Vaqif Cəfər oğlu Allahverdiyevə Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.

Ona izah edilib ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 21 noyabr 2025-ci il tarixdə 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına gəlməlidir.

Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 252006069 saylı cinayət işi üzrə 21 fevral 2025-ci il tarixdə Vaqif Allahverdiyevin barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.

Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2025-ci il tarixli qərarı ilə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. 18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

V.Allahverdiyev 2017-ci ilin mart-may aylarının istintaqa məlum olmayan tarixlərində ayrı-ayrı epizodlar olmaqla 5 video müraciət hazırlayıb. O, həmin videolarda təkrarən Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan çıxışlar edib. Abdullayev hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa, konstitusiyanın zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edib.

Eləcə də təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar edib.

Təqsirləndirilən şəxsə izah edilib ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmsil olunmaq və digər prosessual hüquqlara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.

Təqsirləndirilən şəxs Vaqif Allahverdiyevə xəbərdarlıq edilib ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla, barəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.


Xəbərə aid fotolar

“Bakı Metropoliteni”ndə yeni təyinat like
  • 14 Noy 18:10  
Digərləri “Bakı Metropoliteni”ndə yeni təyinat

"Bakı Metropoliteni" QSC-nin Ətraf mühit, sağlamlıq və təhlük�

arrow Ətraflı
Kəmalə Günəşlinin oğlu ilk dəfə EFİRDƏ like
  • 14 Noy 18:00  
Şou-biznes Kəmalə Günəşlinin oğlu ilk dəfə EFİRDƏ

Müğənni Kəmalə Günəşlinin oğlu Rəşid ilk dəfə "Tarixin bir gü

arrow Ətraflı
Tramp onu əfv etdi like
  • 14 Noy 17:50  
Digərləri Tramp onu əfv etdi

ABŞ Prezidenti Donald Tramp 2024-cü ildə insayder məlumat ötürməsində t�

arrow Ətraflı
Xəstə uşağın görüntülərini paylaşıb 10 min manat yığmışdı, həmin pul ailəyə verildi  FOTO like
  • 14 Noy 17:26  
Digərləri Xəstə uşağın görüntülərini paylaşıb 10 min manat yığmışdı, həmin pul ailəyə verildi FOTO

Bakı şəhəri, Xəzər rayon sakini Mirvari Turabovanın səhhətində problem

arrow Ətraflı
Azərbaycanda əhalinin gəlirləri artdı like
  • 14 Noy 15:25  
Digərləri Azərbaycanda əhalinin gəlirləri artdı

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin nominal gəlirlə

arrow Ətraflı
Azərbaycanda silah zavodunda qəza  Ölən var like
  • 14 Noy 15:24  
Digərləri Azərbaycanda silah zavodunda qəza Ölən var

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinq

arrow Ətraflı
Türkiyəli aktyor işçisini döydü, saxlanıldı like
  • 14 Noy 15:20  
Şou-biznes Türkiyəli aktyor işçisini döydü, saxlanıldı

Türkiyəli tanınmış aktyor Bahadır Ünlü işçisini oğurluq ittihamı il

arrow Ətraflı
“Kəmər bağlı olmasaydı…”  qəzadan danışdı like
  • 14 Noy 00:55  
Şou-biznes “Kəmər bağlı olmasaydı…” qəzadan danışdı

Uşaqları və sürücüsü ilə bərabər qəzaya düşən məşhur aktrisa Öz

arrow Ətraflı
Karapetyan həbsdə qaldı like
  • 14 Noy 00:54  
Digərləri Karapetyan həbsdə qaldı

Ermənistanın Antikorrupsiya Məhkəməsinin hakimi Karen Amiryan Rusiya əsill

arrow Ətraflı
Yunanıstandan Türkiyə ilə bağlı qalmaqallı paylaşım like
  • 14 Noy 00:48  
Digərləri Yunanıstandan Türkiyə ilə bağlı qalmaqallı paylaşım

13 noyabr 2025 - Türkiyə, Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğray

arrow Ətraflı
Yaşı 50dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir like
  • 13 Noy 22:00  
Digərləri Yaşı 50dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir

Yaşı 50-dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir.

arrow Ətraflı
Rusiyada qırıcı təyyarə qəzaya uğradı  Ölənlər var like
  • 13 Noy 21:40  
Digərləri Rusiyada qırıcı təyyarə qəzaya uğradı Ölənlər var

Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Pe

arrow Ətraflı
İstanbul metrosu “Bakı Metropoliteni” QSCyə yarım milyona məsləhət verəcək like
  • 13 Noy 21:29  
Digərləri İstanbul metrosu “Bakı Metropoliteni” QSCyə yarım milyona məsləhət verəcək

Bakı metrosunun genişləndirilməsində Türkiyə təcrübəsindən yararlanac

arrow Ətraflı
Arayik Harutyunyana ömürlük cəza istənildi like
  • 13 Noy 21:25  
Siyasət Arayik Harutyunyana ömürlük cəza istənildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

arrow Ətraflı
“Deyirdi “əlindən güclə qaçdım”  Xəyalənin anası like
  • 13 Noy 20:52  
Kriminal “Deyirdi “əlindən güclə qaçdım” Xəyalənin anası

Xəbər verdiyimiz kimi, 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il t

arrow Ətraflı