Yunanıstandan Türkiyə ilə bağlı qalmaqallı paylaşım
Digərləri 14 Noy 2025 00:48:00 59 0
13 noyabr 2025 - Türkiyə, Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan "C130" tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 hərbçisinin kədərini yaşadığı bir vaxtda, Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmi sosial media hesabından edilən paylaşım böyük narazılıq yaradıb.
Bu xəbəri də oxu: Qaxın yeni icra başçısı kollektivə təqdim olunub FOTO
Son.az xəbər verir ki, Yunan Hərbi Hava Qüvvələrinin rəsmi hesabında "C130" tipli hərbi təyyarələrin fotoları paylaşılaraq, onların altına "Günün fotosu" qeydi əlavə edilib.
Bu paylaşım Türkiyədə və sosial mediada böyük hiddətlə qarşılanıb və istifadəçilər tərəfindən "hörmətsizlik" və "təxribat" kimi qiymətləndirilib.
Artan reaksiyalardan sonra Yunan Hərbi Hava Qüvvələri paylaşımı qısa müddət ərzində silib.
Daha sonra Türkiyədə şəhid olan 20 hərbçiyə hörmət əlaməti olaraq, Yunan Hərbi Hava Qüvvələrinin komandanı Korgeneral Dimosfenis Qriqoriadis tərəfindən imzalanmış rəsmi başsağlığı mesajı paylaşılıb. İctimaiyyət arasında geniş müzakirələrə səbəb olan paylaşım silinsə də, Türkiyə Xarici İşlər Nazirliyinin Yunanıstana şifahi nota verdiyi bildirilib.
Xatırladaq ki, Türkiyəyə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsi, 11 noyabr 2025-ci il tarixində Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış, təyyarədə olan 20 hərbçi şəhid olmuşdu. Lalə Qüdrətova Son.az
Yaşı 50-dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir.
Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikasının paytaxtı Pe
Bakı metrosunun genişləndirilməsində Türkiyə təcrübəsindən yararlanac
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Xəbər verdiyimiz kimi, 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il t
Yapon alimlərinin hazırladığı intervallı gəzinti metodu gündəlik gəzin
Türkiyənin İzmir bölgəsinin Karşıyaka rayonunda çoxsaylı cinayətlərd�
Əməkdar artist Elza Seyidcahan yeni açıqlaması ilə diqqət çəkib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin
Gürcüstanda təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyə
Noyabrın 14-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Həkim bəzi populyar qida əlavələrinin faydasız olduğunu bildirib.
Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi
Noyabrın 12-nə keçən gecə başlayan maqnit qasırğası artıq təxminən 3
Ermənistan sülhün nə olduğunu bilmir və təcrübəsi yoxdur.
