İstanbul metrosu “Bakı Metropoliteni” QSCyə yarım milyona məsləhət verəcək
Digərləri 13 Noy 2025 21:29:00 66 0
Bakı metrosunun genişləndirilməsində Türkiyə təcrübəsindən yararlanacaq. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"nin (AZCON Holding) tərkibində fəaliyyət göstərən Bakı Metropoliteninin genişləndirilməsi layihəsinə "Metro İstanbul A.Ş." öz töhfəsini verəcək.
Bu xəbəri də oxu: Kiberpolis “telegram”da azyaşlılara aid pornoqrafik məzmunlu videolar satan şəxsləri saxlayıb
Son.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az "Bakı Metropoliteni" QSC-dən məlumat əldə edib.
Məlumata görə, "Metro İstanbul" layihə çərçivəsində mühəndislik işləri üzrə məsləhət xidməti göstərəcək.
Bir müddət əvvəl "Metro İstanbul" "Bakı Metropoliteni"nin modernləşdirilməsi layihələri üzrə məsləhət xidmətləri göstərməklə bağlı müqavilə bağlayıb.
Müqaviləyə əsasən, "Metro İstanbul" Bakı metropoliteninin genişləndirilməsi layihəsi çərçivəsində mühəndislik işləri üzrə 586 500 manata məsləhət verəcək.
"Metro İstanbul"un baş direktor müavini Fatih Gültekin daha bir beynəlxalq müqavilə imzalamaqdan və Bakının inkişafına dəstək olmaqdan məmnun olduqlarını bildirib.
Xatırladaq ki, hələ bu ilin aprelində "Bakı Metropoliteni" QSC-də "Metro İstanbul"un nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşün əsas məqsədi iki metro qurumu arasında davamlı əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyalar və rəqəmsal həllər sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi olub.
Müzakirələrdə data əsaslı qərarvermə yanaşmaları (data-driven decision making), data analitikası, eləcə də real vaxt məlumatlarının işlənməsi imkanları xüsusilə diqqət mərkəzində olub. Rəqəmsal texnologiyaların nəqliyyat sistemlərində tətbiqi, sərnişin axınının yönləndirilməsi və dispetçer idarəetməsində innovativ həllər kimi sahələr üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsi və Azərbaycanın 2025-2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.
Nümayəndə heyəti həmçinin Bakı metrosunun müxtəlif sahələrində əməliyyat prosesləri ilə yerində tanış olublar. Son.az
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
Xəbər verdiyimiz kimi, 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il t
Yapon alimlərinin hazırladığı intervallı gəzinti metodu gündəlik gəzin
Türkiyənin İzmir bölgəsinin Karşıyaka rayonunda çoxsaylı cinayətlərd�
Əməkdar artist Elza Seyidcahan yeni açıqlaması ilə diqqət çəkib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin
Gürcüstanda təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Türkiyə
Noyabrın 14-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Həkim bəzi populyar qida əlavələrinin faydasız olduğunu bildirib.
Azərbaycanın rayonlarında noyabrın 14-ü axşamdan 15-i gündüzədək bəzi
Noyabrın 12-nə keçən gecə başlayan maqnit qasırğası artıq təxminən 3
Ermənistan sülhün nə olduğunu bilmir və təcrübəsi yoxdur.
Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini dah
Maykl Ceksonun yeganə qızı, 27 yaşlı Peris Cekson illər boyu narkotik madd
Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Kamera musiqisi axşamı
