İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı


Siyasət 28 Okt 2025 19:09:00 87 0

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

İstanbul Baş Prokurorluğu tərəfindən "casusluq" ittihamı ilə aparılan istintaq çərçivəsində TELE1 kanalının qurucusu Mərdan Yanardağla bağlı yeni iddialar yayılıb.

Son.az Modern.az-a istinadla xəbər verir ki, Türkiyənin rəsmi nəşrləri ("TRT Haber" və "Anadolu") istintaq işi ilə bağlı detalları açıqlayıblar.

Qeyd edək ki, "casusluq" işi çərçivəsində İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu, onun yaxın adamı hesab edilən Necati Özkan və Mərdan Yanardağ barəsində həbs qərarı çıxarılıb.

Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi (MASAK) tərəfindən hazırlanan ilkin hesabatda qeyd olunur ki, cinayət işi çərçivəsində saxlanılan şübhəli şəxs Hüseyn Gün 2023-cü ildə keçirilən seçkilərdən təxminən bir ay əvvəl Yanardağa iki dəfəyə 15 min avro göndərib. Hüseyn Günün köməkçisi B.Y.-nin ifadəsinə əsasən, bu məbləğlər "Seyrantepədə yerləşən ofisə şəxsən zərf içində" çatdırılıb.

B.Y. ifadəsində bildirib ki, Hüseyn Gün ona "Merdan bəyi dəstəkləyirik" deyərək zərfi çatdırmağı tapşırıb. Bank araşdırması nəticəsində Günün hesabından 19 aprel 2023-cü ildə 10 min avronun çıxarıldığı təsdiqlənib. MASAK hesabatında qeyd olunur ki, 2018-2025-ci illər arasında Günün hesabından 117 milyon lirədən çox məbləğdə nağd pul çıxarılıb.

İstintaq materiallarında Günün ABŞ, Böyük Britaniya və İsrail kimi ölkələrdəki maliyyə dairələri ilə təmasda olduğu, "Avicenna Holding" və "Avicenna Capital" kimi şirkətləri 2005-ci ildə təsis etdiyi bildirilir. Məlumata görə, həmin şirkətlər formal şəkildə mövcud olsa da, real iqtisadi fəaliyyət göstərməyib və müdafiə sənayesi sahəsində pərdələnmiş maliyyə dövriyyələri aparılıb.

İlkin ifadələrdə Hüseyn Günün "Cellcrypt" adlı şifrələmə proqramını dövlət qurumlarına təklif etməyə çalışdığı, bu proqram vasitəsilə yüksək vəzifəli şəxslərin telefonlarına daxil olma imkanı əldə edilməsinin mümkün olduğu qeyd edilib. İstintaq bu proqramın Böyük Britaniya kəşfiyyatına bağlı fəaliyyət göstərə biləcəyi ehtimalını da araşdırır.

İstintaq materiallarında Azərbaycanla bağlı hissə də yer alıb. Məlumat verən Ü.D.A adlı şəxs bildirib ki, Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə "Freedom LLC" adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə "Azərbaycanın demokratikləşməsi adı altında" bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.

"Hüseyn Gün o dövrdə Böyük Britaniyanın MI6 kəşfiyyat xidməti ilə əlaqədə olub, həmçinin Açıq Cəmiyyət Fondunun nümayəndələri ilə görüşərək müəyyən layihələr üçün maliyyə istəyib. Məqsəd isə regionda, o cümlədən Azərbaycanda müxalif qüvvələri gücləndirmək və siyasi proseslərə təsir göstərmək olub", - qeyd olunur.

Mənbə həmçinin iddia edib ki, Gün bu dövrdə Özbəkistanda hakimiyyəti devirmək məqsədilə də fəaliyyət göstərib və bunun üçün həm ingilis kəşfiyyatı, həm də Corc Sorosa məxsus Açıq Cəmiyyət Fondundan maliyyə axtarışına çıxıb.

İfadələrdə Hüseyn Günün İsrail və Afrika ölkələrinə tez-tez səfərlər etdiyi, həmin ölkələrdə müxtəlif gizli görüşlər keçirdiyi də bildirilir. Günün avtomobilində siqnal bloklayıcı cihazlar saxladığı, polis nəzarətindən yayınmaq üçün texniki vasitələrdən istifadə etdiyi də vurğulanıb.

Ü.D.A-nın sözlərinə görə, Gün "Ərdoğana inamın bitdiyini" bildirərək, 2016-cı ildə ətrafındakılara "Türkiyəyə investisiya etməyin, vəsaitlərinizi İsveçrə və İngiltərəyə köçürün" məsləhəti verib.

Qeyd edək ki, bu iddialar hazırda yalnız şahid ifadələrinə əsaslanır və rəsmi ittiham səviyyəsinə çatmayıb.

İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub like
  • 28 Okt 19:06  
Siyasət İlham Əliyev Zəngilanda 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi

arrow Ətraflı
Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayırlarmış like
  • 28 Okt 19:05  
Kriminal Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayırlarmış

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəs

arrow Ətraflı
Şiddət görüntülərinə görə saxlanıldı  Foto like
  • 28 Okt 18:49  
Digərləri Şiddət görüntülərinə görə saxlanıldı Foto

Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağl�

arrow Ətraflı
Bakının bu qəsəbəsində qaz olmayacaq like
  • 28 Okt 18:45  
Digərləri Bakının bu qəsəbəsində qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvə

arrow Ətraflı
Vüqar Qurbanov ona yüksək vəzifə verdi  FOTO like
  • 28 Okt 18:43  
Digərləri Vüqar Qurbanov ona yüksək vəzifə verdi FOTO

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.

arrow Ətraflı
İlham Əliyev Ərdoğanı təbrik edib like
  • 28 Okt 18:03  
Siyasət İlham Əliyev Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �

arrow Ətraflı
Kişilər niyə susur? like
  • 28 Okt 18:00  
Digərləri Kişilər niyə susur?

Kişilər adətən uşaqlıqdan duyğularını göstərməməyə öyrədilirlər

arrow Ətraflı
Sabiq icra başçısı külli miqdarda borca düşdü  FOTO like
  • 28 Okt 17:57  
Digərləri Sabiq icra başçısı külli miqdarda borca düşdü FOTO

"Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət

arrow Ətraflı
Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib  FOTO like
  • 28 Okt 17:55  
Kriminal Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

arrow Ətraflı
“Şahid”lər ballistik raketlərdən daha təhlükəlidir" like
  • 28 Okt 17:25  
Dünya “Şahid”lər ballistik raketlərdən daha təhlükəlidir"

"Şahid" PUA-ları indi bəzi yerlərdə ballistik raketlərdən daha

arrow Ətraflı