İlham Əliyev Ərdoğanı təbrik edib
Siyasət 28 Okt 2025 18:03:00 83 0
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Son.az xəbər verir ki. məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Sizin həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasət nəticəsində bu gün Türkiyə bütün sahələrdə yeni zirvələr fəth edir, böyük uğurlara imza atır, beynəlxalq məsələlərdə söz sahibi olan güclü və qüdrətli dövlət kimi tanınır. Qlobal aləmdə və regionda cərəyan edən proseslərdə fəal və prinsipial mövqeyi, sülhün, sabitliyin bərqərar olması üçün səyləri Türkiyəyə dünyada böyük nüfuz və etimad qazandırmışdır. Biz qardaş ölkənin hər bir uğuruna sevinir və bundan fərəhlənirik.
Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və "Bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək pillədə qərarlaşması böyük fəxr hissi doğurur. Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş dövlətlərarası əlaqələrimizin gündən-günə daha da dərinləşməsi və yeni məzmun kəsb etməsi qəti siyasi iradəmizin və ardıcıl birgə səylərimizin parlaq ifadəsidir.
Bu gün dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi və müttəfiqliyi eyni zamanda regionda sülhə, təhlükəsizliyə, rifaha və əməkdaşlığa xidmət edən mühüm amildir.
Oktyabrın əvvəlində Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün Qəbələyə səfərinizi ən xoş təəssüratlarla xatırlayıram. Sizin Türk Dünyasının birliyi və TDT-nin beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində əzmkar fəaliyyətinizi xüsusi qeyd etmək istərdim.
Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş və zamanın sınağından çıxmış qardaşlıq münasibətlərimizin və səmərəli əməkdaşlığımızın xalqlarımızın iradəsinə uyğun olaraq daha da genişləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram". Son.az
"Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət
 Ətraflı
 Ətraflı
                                                Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma
 Ətraflı
 Ətraflı
                                                "Şahid" PUA-ları indi bəzi yerlərdə ballistik raketlərdən daha
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin C
 Ətraflı
 Ətraflı
                                                Bu mövsümün ən yaddaqalan incəsənət hadisələrindən biri - Art Weekend
 Ətraflı
 Ətraflı
                                                İş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın "
 Ətraflı
 Ətraflı
                                                Pakistan 28 və 29 oktyabr tarixlərində Hindistanla sərhəddə yerləşən P�
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbra
 Ətraflı
 Ətraflı
                                                "Bolmart" supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyy�
 Ətraflı
 Ətraflı
                                                ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının beynəlxalq siyasətdə �
 Ətraflı
 Ətraflı
                                                Oktyabrın 29-u gündüzdən 30-u gündüzədək Bakıda və Abşeron yarımadas
 Ətraflı
 Ətraflı
                                                Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsin
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bı�
 Ətraflı
 Ətraflı
                                                Gəncə Dövlət Universitetinin baş müəllimi dünyasını dəyişib.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            