İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib


Siyasət 28 Okt 2025 18:34:00 84 0

İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.

x x x

Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak edib.

Dövlətimizin başçısına kənddə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.

Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib. Son.az

İlham Əliyev Ərdoğanı təbrik edib like
  • 28 Okt 18:03  
Siyasət İlham Əliyev Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �

arrow Ətraflı
Kişilər niyə susur? like
  • 28 Okt 18:00  
Digərləri Kişilər niyə susur?

Kişilər adətən uşaqlıqdan duyğularını göstərməməyə öyrədilirlər

arrow Ətraflı
Sabiq icra başçısı külli miqdarda borca düşdü  FOTO like
  • 28 Okt 17:57  
Digərləri Sabiq icra başçısı külli miqdarda borca düşdü FOTO

"Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət

arrow Ətraflı
Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib  FOTO like
  • 28 Okt 17:55  
Kriminal Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

arrow Ətraflı
“Şahid”lər ballistik raketlərdən daha təhlükəlidir" like
  • 28 Okt 17:25  
Dünya “Şahid”lər ballistik raketlərdən daha təhlükəlidir"

"Şahid" PUA-ları indi bəzi yerlərdə ballistik raketlərdən daha

arrow Ətraflı
“Qarın əzələsi olanlar mənə mesaj yazır” like
  • 28 Okt 17:04  
Şou-biznes “Qarın əzələsi olanlar mənə mesaj yazır”

Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin C

arrow Ətraflı
Məşhur incəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq  VİDEO like
  • 28 Okt 17:02  
Siyasət Məşhur incəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq VİDEO

Bu mövsümün ən yaddaqalan incəsənət hadisələrindən biri - Art Weekend

arrow Ətraflı
Adnan Əhmədzadənin həbsindən sonra cəmi 56 uşaq saxlayıblar like
  • 28 Okt 16:56  
Digərləri Adnan Əhmədzadənin həbsindən sonra cəmi 56 uşaq saxlayıblar

İş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın "

arrow Ətraflı
Pakistan hava məkanını bağlayır like
  • 28 Okt 16:53  
Dünya Pakistan hava məkanını bağlayır

Pakistan 28 və 29 oktyabr tarixlərində Hindistanla sərhəddə yerləşən P�

arrow Ətraflı
Adnanın supermarketlər şəbəkəsi bağlandı like
  • 28 Okt 16:40  
Digərləri Adnanın supermarketlər şəbəkəsi bağlandı

"Bolmart" supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyy�

arrow Ətraflı
"8 ay ərzində 8 müharibəyə son qoydum" like
  • 28 Okt 16:31  
Dünya "8 ay ərzində 8 müharibəyə son qoydum"

ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının beynəlxalq siyasətdə �

arrow Ətraflı
Güclü külək əsəcək  XƏBƏRDARLIQ like
  • 28 Okt 16:28  
Digərləri Güclü külək əsəcək XƏBƏRDARLIQ

Oktyabrın 29-u gündüzdən 30-u gündüzədək Bakıda və Abşeron yarımadas

arrow Ətraflı