“Fəzail müəllim deyir ki, istefa verməyib, ancaq videodan aydın görünür ki...” Oğlu


Digərləri 25 Okt 2025 22:48:00 71 0

“Fəzail müəllim deyir ki, istefa verməyib, ancaq videodan aydın görünür ki...”  Oğlu

Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında Fəzail Ağamalı və övladları arasında gərginlik yaşanıb.

Qalmaqala səbəb Günay Ağamalı ilə Elçin Ağamalının partiya sədrliyi postu uğrunda mübarizəsi və Fəzail Ağamalının qızını dəstəkləməsidir.

F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.

Günün qəhrəmanı, AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb:

"Təşkilati məsələlər üzrə sədr müavini olmağıma baxmayaraq, qurultayın hazırlanması və gedişatı prosesində iştirak etməmişəm. Fəzail müəllim deyir ki, istefa verməyib, ancaq videogörüntülərdən də aydın görünür ki, Fəzail müəllim qurultayda açıq şəkildə istefasını elan edib və  uzun illər onunla birgə fəaliyyət göstərənlərə təşəkkürünü də çatdırıb".

Onun sözlərinə görə, proseslərin xaotik vəziyyət alması namizədlərin irəli sürülməsindən sonra başladı:

"Dörd namizəd irəli sürüldü. Günay xanımı Fəzail müəllimin özü təklif etdi. Mənim namizədliyim səsləndirildikdən sonra isə zalda gurultulu alqışlar və böyük dəstək oldu. Bunu görən Fəzail müəllim qurultayın gedişatının onun planına uyğun getmədiyini hiss etdi və prosesi pozmağa cəhd göstərdi".

E. Ağamalı söyləyib ki, bütün bunlara baxmayaraq, əksər partiya üzvləri qurultayın işini sona çatdırdılar və orada iştirak etdilər:

"Halbuki bir çoxlarına, o cümlədən mənə qarşı təhdidlər edildi, zalın işığı belə söndürüldü. Hətta hotelin mühafizəçiləri də qurultayı pozmaq üçün zala göndərilmişdi. Bütün bunlara baxmayaraq, nümayəndələrin əksəriyyəti böyük iradə və əzmkarlıq göstərərək qurultayın işini sona çatdırdı".

"Biz o uşaqları evdə dustaq etmişik" like
  • 25 Okt 22:24  
Şou-biznes "Biz o uşaqları evdə dustaq etmişik"

Xalq artisti Ağadadaş Ağayev "Təpədən dırnağa" verilişində q

arrow Ətraflı
Yaşlandıqca zaman niyə daha sürətli keçir? like
  • 25 Okt 22:10  
Digərləri Yaşlandıqca zaman niyə daha sürətli keçir?

Yaş artdıqca insanların çoxu eyni hissi yaşayır: "Zaman getdikcə dah

arrow Ətraflı
Sevda əri ilə belə tanış olubmuş like
  • 25 Okt 21:54  
Şou-biznes Sevda əri ilə belə tanış olubmuş

Müğənni Sevda Yahyayeva "Həftənin qonağı" verilişində həyat

arrow Ətraflı
Baytarlıq apteklərində satılan “Kreolin" xərçəngi sağaldır? like
  • 25 Okt 21:39  
Digərləri Baytarlıq apteklərində satılan “Kreolin" xərçəngi sağaldır?

Son dönəmlərdə xərçəng xəstələrinin internetdə ən çox axtarış etd

arrow Ətraflı
Leps xəstəxanaya yerləşdirildi  Vəziyyəti ağırdır like
  • 25 Okt 21:00  
Şou-biznes Leps xəstəxanaya yerləşdirildi Vəziyyəti ağırdır

Rusiyanın Xalq artisti Qriqori Leps Vladivostokda baş tutan qalmaqallı konser

arrow Ətraflı
Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı like
  • 25 Okt 20:31  
Digərləri Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yaydı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağa

arrow Ətraflı
Almanlar buna görə hər yeməkdə çörək yeyir like
  • 25 Okt 20:04  
Digərləri Almanlar buna görə hər yeməkdə çörək yeyir

Alman mətbəxinin ən vacib hissələrindən biri çörəkdir - və bu, yalnız

arrow Ətraflı
Məşhur aşpaz  “Restoranlarda bu yeməyi əsla sifariş verməyin” like
  • 25 Okt 19:47  
Digərləri Məşhur aşpaz “Restoranlarda bu yeməyi əsla sifariş verməyin”

Remzi bəzi restoranların əvvəlki gündən qalan ərzaqları yenidən istifad

arrow Ətraflı
Kürdəmirdə "Jiquli" traktora çırpıldı, ölənlər var like
  • 25 Okt 19:31  
Digərləri Kürdəmirdə "Jiquli" traktora çırpıldı, ölənlər var

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub.

arrow Ətraflı
Zabil Qəhrəmanov məhkəməyə gətirildi like
  • 25 Okt 19:23  
Digərləri Zabil Qəhrəmanov məhkəməyə gətirildi

Gəncə şəhər polis idarəsində aparılan istintaqla Zabil Qəhrəmanova xul

arrow Ətraflı
Ən zərərli çay: bir fincanı 100 siqaretdən də pisdir like
  • 25 Okt 19:00  
Digərləri Ən zərərli çay: bir fincanı 100 siqaretdən də pisdir

Çoxsaylı çay növləri arasında orqanizmə son dərəcə mənfi təsir göst

arrow Ətraflı
İtaliyada kilsə qalmaqalı: minlərlə zərərçəkən, Papa Fransiskdən sərt reaksiya like
  • 25 Okt 18:41  
Dünya İtaliyada kilsə qalmaqalı: minlərlə zərərçəkən, Papa Fransiskdən sərt reaksiya

İtaliyada katolik kilsəsi ilə bağlı daha bir böyük qalmaqal gündəmə g�

arrow Ətraflı
Maştağada 450 manata görə baş verən qətlin like
  • 25 Okt 18:27  
Kriminal Maştağada 450 manata görə baş verən qətlin

Bakıda 75 yaşlı qadına qarşı quldurluq edərək, onu amansızlıqla öldü

arrow Ətraflı
“Bir Axşam Payızda” – Xalq artisti Salman Qəmbərovun konserti keçirildi  FOTO like
  • 25 Okt 18:16  
Kriminal “Bir Axşam Payızda” – Xalq artisti Salman Qəmbərovun konserti keçirildi FOTO

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, tan

arrow Ətraflı