Yaşlandıqca zaman niyə daha sürətli keçir?
Digərləri 25 Okt 2025 22:10:00 69 0
Yaş artdıqca insanların çoxu eyni hissi yaşayır: "Zaman getdikcə daha sürətli keçir."
Bu xəbəri də oxu: Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Elm insanları bu təsirin arxasında duran səbəbi aydınlaşdırmaq üçün beyin fəaliyyətlərini təhlil ediblər və maraqlı nəticələr əldə olunub.
Son.az xəbər verir ki, mütəxəssislərə görə, uşaqlıq dövründə beyin çoxlu yeni məlumat qəbul edir və hər şey ilk dəfə yaşanır. Bu səbəbdən, zaman daha "yavaş" keçir kimi görünür.
Yaş artdıqca isə yeni təcrübələr azalır, beyin artıq tanış hadisələrlə qarşılaşdığı üçün zaman hissi sürətlənir.
Beynəlxalq bir araşdırma qrupu, nəticələri Communications Biology adlı elmi jurnalda dərc olunan yeni tədqiqatında bu mövzuya elmi cavab tapmağa çalışıb.
Elm insanları Kembric Yaşlanma və Neyroelm Mərkəzinin uzunmüddətli tədqiqat məlumatlarından istifadə ediblər. Yaşları 18-dən 88-ə qədər dəyişən 577 nəfər iştirakçıdan, Alfred Hitchcock Presents serialının "Bang! You're Dead" adlı 8 dəqiqəlik hissəsini izləmələri istənilib. Bu zaman onların beyin fəaliyyəti funksional MRT cihazı ilə izlənilib.
Bu video, beyinin hadisələri ardıcıl şəkildə necə izlədiyini öyrənmək üçün ideal vasitə kimi seçilib.
Elm adamları xüsusi bir alqoritm vasitəsilə, beynin bir vəziyyətdən digərinə keçidini izləyiblər.
Nəticədə məlum olub ki, yaşlı iştirakçıların beyni videodakı hadisələr zamanı yeni fəaliyyət vəziyyətlərinə daha az keçid edir və bu vəziyyətlər daha uzun sürür.
Müğənni Sevda Yahyayeva "Həftənin qonağı" verilişində həyat
Son dönəmlərdə xərçəng xəstələrinin internetdə ən çox axtarış etd
Rusiyanın Xalq artisti Qriqori Leps Vladivostokda baş tutan qalmaqallı konser
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağa
Alman mətbəxinin ən vacib hissələrindən biri çörəkdir - və bu, yalnız
Remzi bəzi restoranların əvvəlki gündən qalan ərzaqları yenidən istifad
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub.
Gəncə şəhər polis idarəsində aparılan istintaqla Zabil Qəhrəmanova xul
Çoxsaylı çay növləri arasında orqanizmə son dərəcə mənfi təsir göst
İtaliyada katolik kilsəsi ilə bağlı daha bir böyük qalmaqal gündəmə g�
Bakıda 75 yaşlı qadına qarşı quldurluq edərək, onu amansızlıqla öldü
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, tan
Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rej
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda, həm
