Məşhur aşpaz “Restoranlarda bu yeməyi əsla sifariş verməyin”
Digərləri 25 Okt 2025 19:47:00 67 0
Remzi bəzi restoranların əvvəlki gündən qalan ərzaqları yenidən istifadə edərək "xüsusi menyu" adı ilə təqdim etdiyini bildirib.
Bu xəbəri də oxu: Zabil Qəhrəmanov məhkəməyə gətirildi
Son.az xəbər verir ki, məşhur aşpaz bu barədə belə xəbərdarlıq edib: "Restoranda 'günün şorbasını' sifariş etməzdən əvvəl, dünənki 'günün şorbası' nə idi - onu soruşun. Çünki bəzən o şorba sadəcə 'ayın şorbası'na çevrilir."
Remzi əlavə edib ki, yeni bir restorana gedəndə sifariş verməzdən əvvəl qarsonlardan məsləhət aldığını deyir: "Bu, restorandan restorana dəyişir, amma qarsonlar adətən menyudakı bir çox yeməkləri dadır. Onlar sizə aşpazın hansı yeməklərə üstünlük verdiyini və yerli müştərilərin nələri sevdiyini izah edə bilərlər. Səyahət zamanı ən yaxşı tövsiyələri adətən qarsonlardan alıram."
Qordon Ceyms Remzi - 8 noyabr 1966-cı ildə Şotlandiyanın Constoun şəhərində anadan olub, İngiltərədə böyüyüb. O, dünyaca tanınmış aşpaz, restoran sahibi, televiziya siması və yazardır.
1998-ci ildə Londonda açdığı "Restaurant Gordon Ramsay" qısa müddətdə üç Michelin ulduzu qazanıb və bu statusunu bu günədək qoruyur. Hazırda Remzi Londondan Nyu-Yorka, Dubaydan Sinqapura qədər dünyanın müxtəlif şəhərlərində 30-dan çox restoranın sahibidir.
Karyerası ərzində ümumilikdə 7 Michelin ulduzu qazanan aşpaz, yeməklərində sadə, lakin yüksək keyfiyyətli inqrediyentlərə, güclü dad balansına və mükəmməl texnikaya böyük önəm verir. Bundan başqa, o, bir çox mətbəx kitablarının müəllifidir və həm qastronomiya, həm də televiziya sahəsində onlarla beynəlxalq mükafat qazanıb. Lalə Qüdrətova Son.az
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub.
Gəncə şəhər polis idarəsində aparılan istintaqla Zabil Qəhrəmanova xul
Çoxsaylı çay növləri arasında orqanizmə son dərəcə mənfi təsir göst
İtaliyada katolik kilsəsi ilə bağlı daha bir böyük qalmaqal gündəmə g�
Bakıda 75 yaşlı qadına qarşı quldurluq edərək, onu amansızlıqla öldü
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Xalq artisti, tan
Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rej
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda, həm
31 oktyabr - 2 noyabr tarixlərində Bakıda "Bakıya Uçuş. İncəsənət
Pakistanın şərqində yerləşən Pəncab əyalətində ağır yol qəzası ba
Texnologiya nəhəngi "Apple" növbəti "iPhone 18" seriyas�
26 oktyabr tarixində Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Ass
Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələrinin
Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərə
