Azərbaycan sülh gündəliyini ardıcıl formada təşviq edir


Digərləri 25 Okt 2025 18:05:00 95 0

Azərbaycan sülh gündəliyini ardıcıl formada təşviq edir

Cənubi Qafqaz regionunda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması əhəmiyyətli dərəcədə post-münaqişə dövründə Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi ilə bağlıdır. Bu ilin avqust ayının 8-də Vaşinqtonda fövqəladə əhəmiyyətli sənədlərin imzalanması bütöv bir bölgənin inkişafı üçün tarixi şans yaratmışdır. Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin görüşünün nəticələrinə dair Birgə Bəyannamənin 3-cü bəndində ikitərəfli və beynəlxalq təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyəti təsdiq edilmışdır. Əlavə olaraq,  "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in iki ölkənin xarici işlər nazirləri tərəfindən paraflanan mətninin X-cu maddəsində tərəflərin  iqtisadiyyat, tranzit və nəqliyyat sahələrində əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmaların bağlanması məsələsi əksini tapmışdır. Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq ədalətə söykənən səyləri, eyni zamanda, konkret xoşməramlı addımalrla müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti cari ilin oktyabr ayının 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində verdidyi bəyanatda qeyd etmişdir ki, Ermənistana işğal dövründən mövcud olan yüklərin tranziti məhdudiyyətləri aradan qaldırılmışdır. İlk tranzitin Qazaxıstanın Ermənistana taxıl yükü olması rəmzi məna daşıyır və Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, eyni zamanda dövlətlərarası praktikada mövcudluğunun göstəricisidir.  Sülhün və əmin-amanlıqın bərqərar olunmasını təşviq edən addımların həmçinin Ermənistan tərəfindən atılması əhəmiyyətli xarakter daşıyır. Məsələ burasındadır ki, paraflanan sülh sazişinin yekun imzalanması və ratifikasiyası üçün ən ciddi maneə Ermənistanın Konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarıdır. Əgər zamanın tələblərindən irəli gələn konstitusiyon dəyişikliklər baş verərsə, sülh müqaviləsinin hüquqi reallığa çevrilməsi üçün ən ciddi maneə aradan qaldırılmış olar. Azərbaycan Respublikası Prezidentinin dediyi kimi, Ermənistan "konstitusiyasının dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir".   Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü  

Bakıda məşhur restoran bağlanır? like
  • 25 Okt 18:00  
Digərləri Bakıda məşhur restoran bağlanır?

"Pakdad 2008" və "Coffee Service" MMC-lər ləğv olunduğu

arrow Ətraflı
Xarici ölkədə qanunsuz silahlı birləşməyə qoşulan şəxsə hökm oxundu like
  • 25 Okt 17:53  
Digərləri Xarici ölkədə qanunsuz silahlı birləşməyə qoşulan şəxsə hökm oxundu

Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşməyə qoşulmaqda, həm

arrow Ətraflı
Pakistanda dəhşətli yol qəzası: 1 ailənin 5 üzvü həlak oldu like
  • 25 Okt 17:41  
Dünya Pakistanda dəhşətli yol qəzası: 1 ailənin 5 üzvü həlak oldu

Pakistanın şərqində yerləşən Pəncab əyalətində ağır yol qəzası ba

arrow Ətraflı
“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək  FOTO like
  • 25 Okt 17:23  
Kriminal “Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

26 oktyabr tarixində Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Ass

arrow Ətraflı
Torpaq sahələri kəskin bahalaşdı  AÇIQLAMA like
  • 25 Okt 17:11  
Digərləri Torpaq sahələri kəskin bahalaşdı AÇIQLAMA

Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələrinin

arrow Ətraflı
Bəzi çaylardan sel keçəcək like
  • 25 Okt 17:02  
Digərləri Bəzi çaylardan sel keçəcək

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərə

arrow Ətraflı
Çayınıza bir ədəd əlavə edin  Qaraciyərin dərmanıdır like
  • 25 Okt 17:00  
Digərləri Çayınıza bir ədəd əlavə edin Qaraciyərin dərmanıdır

Qış aylarında həm bədəni isidən, həm də immunitet sistemini gücləndir

arrow Ətraflı
İsveçrədə yaşayan Validə arxiv FOTOlarını paylaşdı like
  • 25 Okt 16:32  
Şou-biznes İsveçrədə yaşayan Validə arxiv FOTOlarını paylaşdı

“Miss Millenium” titullu Validə Abbasovadan arxiv paylaşımı

arrow Ətraflı
Makronun bu addımı Fransada etirazlara səbəb oldu like
  • 25 Okt 16:19  
Dünya Makronun bu addımı Fransada etirazlara səbəb oldu

Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya "Mirage" qırıcıları

arrow Ətraflı
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ like
  • 25 Okt 16:17  
Digərləri Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

arrow Ətraflı
Qorumaq üçün doğulanlar: Bu bürclər hər kəsin “uğur simvolu” sayılır like
  • 25 Okt 16:00  
Digərləri Qorumaq üçün doğulanlar: Bu bürclər hər kəsin “uğur simvolu” sayılır

Astroloqların fikrincə, bəzi insanlar ətrafındakıların həyatını doğru

arrow Ətraflı
Rusiya Ukraynaya ballistik raketlər və "Shahed" dronları ilə hücuma keçdi like
  • 25 Okt 15:40  
Dünya Rusiya Ukraynaya ballistik raketlər və "Shahed" dronları ilə hücuma keçdi

Rusiya Ukraynaya gecə hücumu etdi: Ballistik raketlər və "Shahed"

arrow Ətraflı