Bir gecədə qiyməti dəyişən maşınlar...
Digərləri 24 Okt 2025 09:50:00 86 0
Uzun müddətdir ki, hibrid və elektrik avtomobillərə edilən güzəştlərlə bağlı gözlənilən qərar verildi. Ekoloji cəhətdən təmiz avtomobillər üçün güzəştlər saxlanıldı, ancaq, bu qərar sadəcə elektrikli avtomobillərə şamil olunur. Belə ki, hibrid avtomobillər bu güzəştdən kənarda qaldı.
Bu xəbəri də oxu: Bakının mərkəzində bu binalar plana düşdü: söküntüsünə başlanılır
Yeni qərar ölkədəki avtomobil qiymətlərinə bir gecədə təsir edib. İkinci əl benzinli avtomobil bazarında xeyli canlanma müşahidə olunur. Artıq elan saytlarında minimum 500 manat qiymət artımı gözə çarpmaqdadır. Buna səbəb kimi, hibrid maşınlarına cəmi 2 ay güzəştin qalmasıdır. Hansı ki, bu müddət xaricdən sifarişlə maşın gətirtmək üçün kifayət etmir.
Keyfiyyət problemləri ilə tanınan Çin maşınlarının əsasən ucuz olduğuna görə satıldığını nəzərə alsaq, onların güzəştin bitməsi səbəbindən bahalaşması fonunda yaxın bir il ərzində ikinci əl benzinli avtomobil bazarı xeyli canlanacaq.
Güzəşt müddətinin uzadıldığı elektrik avtomobilləri ölkəmizdə çox da etibarlı maşın kimi tanınmır. Buna səbəb elektrikli maşınlarla bağlı radiasiya iddiaları, uzaq yolda şarj bitməsi, soyuq havalarda şarjın tez bitməsi və s. bu kimi neqativ hallardır. Bu səbəbdən də sırf elektriklə işləyən maşınların satışının artacağı proqnozlaşdırılmır.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 2019-cu ilin yanvar ayının birindən yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitələrinin idxalı əlavə dəyər vergisindən azad edilmişdi. Daha sonra Məcəlləyə əlavə edilən yeni müddəaya görə, 2022-ci il yanvarın birindən etibarən belə avtomobillərin ölkə daxilində satışı da ƏDV-dən azad sayılır.
Bundan başqa, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə enerji doldurma məntəqələrinin, eləcə də istehsal ili üç ildən artıq olmayan və mühərrik həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci ildən başlayaraq üç il müddətinə əlavə dəyər vergisindən azad edilmişdi.
Bu güzəşt müddəti 2025-ci ilin sonunda başa çatır. Yəni, 2026-cı ildən etibarən qeyd olunan xüsusiyyətlərə malik hibrid avtomobillərin idxalı və satışı da əlavə dəyər vergisinə daxil ediləcək.
İsmayıl Son.az
Atv-də yayımlanan verilişlərin birində maraqlı anlar yaşanıb.
İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan nef
Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində
Astroloqlar bu ayın son günlərində bəzi bürclərin maliyyə baxımından &
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurb
Türkiyəli məşhur komediya aktyoru Şahan Gökbakar ölkəni tərk edib.
Türkiyənin məşhur həkimi Canan Karatay, tahinin xüsusilə doşabla birlikd
Amerikalı alimlər meyvə və tərəvəzləri təzə saxlamağın elmi yolları
Netflix-də yayımlanan yeni Türk serialı "Enfes Bir Akşam" beynəl
Soyuq hava mövsümünün başlaması ilə birlikdə bir çox evdə paltar qurut
600-ə yaxın məktəbin direktoru yoxdur. Aylardır ki, vakant yerlər boş qal
Bağırsaq xərçənginə qarşı 4 güclü meyvə - Həkim gündə birinin kifa
"Tezliklə insanlar işləmək məcburiyyətində qalmayacaq: süni intelle
Meksika hakimiyyəti sentyabrda Texas sərhədindən cəmi 113 km məsafədə ö
