"Ramiz Mehdiyevin kürəkəni məni ölümlə təhdid edir"


Digərləri 23 Okt 2025 17:22:00 78 0

"Ramiz Mehdiyevin kürəkəni məni ölümlə təhdid edir"

Şabran rayonundan sahibkar Mansur İbrahimov iddia edir ki, dövlətə xəyanət ittihamı ilə gündəmə gəlmiş Ramiz Mehdiyev və onun kürəkəni İlham Əlisəftər oğlu Əliyev vəzifədə olduqları dövrdə onun milyonlarla manat dəyərindəki əmlakını və təsərrüfatını aldatma və hədələmə yolu ilə ələ keçiriblər.

İbrahimovun açıqlamasına görə Quba, Xaçmaz və Şabran rayonlarında böyük torpaq sahələri və mülklər Ramiz Mehdiyevin yaxınları tərəfindən zəbt olunub.

O vurğulayıb ki, İlham Əliyev 2010-cu ildə Xaçmaz-Xudat Seçki Dairəsindən deputat seçildikdən sonra bu bölgədəki sahibkarların çoxunun əmlakları əlindən alınıb və işlər məhkəmələrdə uzun müddət süründürülüb.

"Mən də bu cür özbaşınalıqların qurbanlarından biriyəm. 2006-cı ildə Şabran və ətraf rayonlarda sahibkarlıqla məşğul olmağa başlamışam. Bu məqsədlə "Turaz" MMC-ni yaratmışam. 100 hektara yaxın torpaqda ən müxtəlif meyvə bağları salmışam. Kürdəmirdən 2 min ədəd nar tingi gətirib bağ yaratmışam, bütün ailəmi bu təsərrüfata səfərbər etmişəm.

2011-ci ildə isə "Dostluq - MK" MMC-ni YAP Xaçmaz rayon təşkilatının sədri olmuş Məhəmməd Balaqadaşovun oğlu Cavid Balaqadaşovla birlikdə yaratdıq. Nizamnamə kapitalımız cəmi 20 manat olub - yəni hər təsisçinin payı 10 manat (50 faiz) təşkil edib. Düşünürdüm ki, banklardan kredit götürüb şirkətin fəaliyyətini genişləndirəcəyəm. Bir neçə aydan sonra Məhəmməd Balaqadaşov gəlib dedi ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev bizə şərik olmaq istəyir, şirkətə 50 faiz yatırım etmək istəyir. Mən də razılaşdım. Şirkətin inkişafı üçün 2 milyon 547 min manat vəsait yatırmışdım. İlham dedi ki, mənə 3 milyon manat verəcək və səhmlərimi alacaq. Mən də razılaşdım.

Amma İlham Əlisəftəroğlu 1 qəpik pul qoymadan 2 şirkətimi, 100 hektara yaxın torpağımı ələ keçirdi. Mənə dedi ki, notarius vasitəsi ilə alqı-satqı edək, mən də razılaşdım. 1 saylı Notariusa gəldik, İlham Əliyev özü gəlmədi, "Watshap"da şəxsiyyət vəsiqəsini göndərdi, torpaq sahələrim onun adına rəsmiləşdirildi. 3 milyon manatlıq alqı-satqı müqaviləsində formal məbləğ cəmi 5 min 600 manat göstərildi. Buna etiraz edəndə İlham Əliyevin adamları dedilər ki, bu, vergidən yayınmaq üçündür. Sonra dedilər ki, 5 min 600 manatı da mən ödəyim, guya İlham həmin məbləği artıqlaması ilə ödəyəcək. Mən də kişi sözünə inanıb, ödədim.

Səhəri gün pulu istəyəndə dedilər ki, İlham müəllim Bakıdadır, gəlib pulu verəcək. Bu adla bir ay yubatdılar, sonra telefonlarıma cavab vermədilər".

Sahibkar qeyd edib ki, aldadıldığını başa düşəndə notariusa gedib, müqavilənin ləğv edilməsini istəyib: "Amma mənə dedilər ki, buna görə məhkəməyə müraciət etməliyəm. Məhkəməyə müraciət etdim, bu gün də müraciət edirəm, amma xeyri yoxdur.

Hakimlər mənə deyirlər ki, sən haqlısan, amma Mehdiyevin kürəkəninin xeyrinə qərar çıxarırlar. Proseslərin hamısında hakimlər deyirdilər ki, çarəsizdirlər, Ramiz Mehdiyev sifariş verir. 12 hektarlıq fındıq bağımı məhv etdilər, ardınca Məhəmmədlə İlham birləşib şirkətdən 1 milyon 200 min manatlıq oğurluq ediblər, məni isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdilər ki, guya bu məbləği mən mənimsəmişəm. Adıçəkilən idarə araşdırma aparandan sonra iddianı rədd etdi. Daha sonra İlham məni məhkəməyə verməyə başladı..."

İş adamı bildirdi ki, əmlakını geri almaq üçün müraciət etdiyi məhkəmələr işi yubadır, qərar çıxarmır, süründürməçiliyə salırlar: "İş Bakı Kommersiya Məhkəməsinə də verildi. Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən iclasda İlham Əliyev özü etiraf etdi ki, alqı-satqı müqaviləsi üzrə mənə bir qəpik də ödəniş etməyib. Amma məhkəmə yenə mənim xeyrimə qərar çıxarmadı, hüquqlarımı bərpa etmədi".

Sahibkar deyir ki, Apelyasiya və Ali məhkəmələrinə müraciət etsə də, hakimlər yenə də Ramiz Mehdiyev sifarişinin icra etməyə məcbur olub.

M.İbrahimovun sözlərinə görə, əlindən alınan əmlaklar, şirkətlər hazırda Ramiz Mehdiyevin kürəkəninin istifadəsindədir: "Ramiz Mehdiyevə cinayət işi başlanandan sonra İlham Əlisəftər oğlu yoxa çıxıb. İndi o, həmin şirkətləri idarə etmək üçün əraziyə başqa şəxslər təyin edib. İlham yenə də məni və ailəmi təhdid edir, xəbərlər göndərir ki, başımın ağrımaması üçün sakit oturum. Hər gün məhəlləmizdə tanımadığım maşınlar dayanır, məni və ailə üzvlərimi izləyirlər. Ətrafımda olanlar vasitəsilə mənə xəbər göndərirlər ki, sakit oturum. Mən özümün və ailəmin təhdid edilməsi barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmişəm. Əmlakımı əlimdən alıblar, özümü və ailəmi isə ölümlə təhdid edirlər".

M.İbrahimov deyir ki, R.Mehdiyevin adamları təkcə onun deyil, bölgədə digər sahibkarların da əmlaklarını əllərindən alıb: "Xaçmazda hektarlarla fındıq sahələrini, bir fındıq zavodunu sahibkarın əlindən aldılar. Daha sonra bir sahibkar dostumun illər ərzində min bir əziyyətlə yaratdığı "Aysberq" pivə zavodunu bir günün içində əlindən aldılar. Quba yolunun üstündə göl var. Həmin göldən ətraf kəndlərə su verilirdi. Ora sahibkarın əlindən alındı, Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirildi. Hazırda gölün ətrafındakı 7 kənd susuz qalıb. 7 kənddə camaatın əkin sahələri məhv olur, ağaclar quruyur. Göldən həmin kəndlərə bir damcı da su verilmir"./oxu.az

Onların təhsilhaqqını gələn il də dövlət ödəyəcək like
  • 23 Okt 17:16  
Digərləri Onların təhsilhaqqını gələn il də dövlət ödəyəcək

Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdi

arrow Ətraflı
Qumral ərinin 2ci arvadıdır?  Toylarından VİDEO yayıldı like
  • 23 Okt 17:10  
Şou-biznes Qumral ərinin 2ci arvadıdır? Toylarından VİDEO yayıldı

Müğənni Qumral Musayeva maraqlı açıqlama verib.

arrow Ətraflı
Bakıda yeniyetmələrdən ağılasığmaz quldurluq  TƏFƏRRÜAT like
  • 23 Okt 17:09  
Digərləri Bakıda yeniyetmələrdən ağılasığmaz quldurluq TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi

arrow Ətraflı
Yüzlərlə insanın yoluxduğu xəstəliyin səbəbi bu tərəvəz imiş  Yumaq da bəs eləmir like
  • 23 Okt 17:00  
Digərləri Yüzlərlə insanın yoluxduğu xəstəliyin səbəbi bu tərəvəz imiş Yumaq da bəs eləmir

Avropada on yeddi ölkədə yüzlərlə insanın yoluxduğu Salmonella epidemiya

arrow Ətraflı
Tramp Qəzzaya səfər edəcək like
  • 23 Okt 16:50  
Digərləri Tramp Qəzzaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağına səfər planlaşdırdığını a�

arrow Ətraflı
“Azparking”dən toplanan pullar hara xərclənir?  AÇIQLAMA like
  • 23 Okt 16:41  
Digərləri “Azparking”dən toplanan pullar hara xərclənir? AÇIQLAMA

Şəhər həyatında nəqliyyat sıxlığı və parkinq çətin məsələdir. Bu

arrow Ətraflı
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır like
  • 23 Okt 16:40  
Digərləri Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır

Alkoqollu içkilər üçün aksiz dərəcəsi 5 manata qaldırılır

arrow Ətraflı
Azərbaycanda gələn il də minimum maaş 400 manat olacaq like
  • 23 Okt 16:37  
Digərləri Azərbaycanda gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda gələn il minimum əməkhaqqının builki səviyyədə - 400 mana

arrow Ətraflı
AMEAda seçkilər nə vaxt keçiriləcək?  İsa Həbibbəyli AÇIQLADI like
  • 23 Okt 16:24  
Digərləri AMEAda seçkilər nə vaxt keçiriləcək? İsa Həbibbəyli AÇIQLADI

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaxın zamanda həqiqi və müx

arrow Ətraflı
Sabah hava meteohəssas insanlar üçün necə olacaq? like
  • 23 Okt 16:15  
Digərləri Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

Oktyabrın 24-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
Bu ölkədə sığınacaqlardan qara pişiklərin götürülməsi qadağan edildi like
  • 23 Okt 16:08  
Dünya Bu ölkədə sığınacaqlardan qara pişiklərin götürülməsi qadağan edildi

İspaniyanın Terrassa şəhəri "Halloween" zamanı qara pişiklərin

arrow Ətraflı
Azərbaycana 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək like
  • 23 Okt 16:00  
Digərləri Azərbaycana 5,2 milyon doza dabaq peyvəndi gətiriləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) da

arrow Ətraflı
Sadələşdirilmiş vergi limiti 400 min olacaq like
  • 23 Okt 15:58  
Digərləri Sadələşdirilmiş vergi limiti 400 min olacaq

Azərbaycanda sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəl

arrow Ətraflı
Media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti uzadıla bilər like
  • 23 Okt 15:56  
Digərləri Media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti uzadıla bilər

Azərbaycanda media subyektlərinin (audiovizual media subyektləri istisna olma

arrow Ətraflı